Budapeştdə azərbaycanlı reper Orxan Zeynallının konserti olub - FOTO
Budapeştdə azərbaycanlı reper Orxan Zeynallının konserti olub - FOTO
Amerika Birləşmiş Ştatlarında yaşayan azərbaycanlı reper Orxan Zeynallı Zəfər Günü ərəfəsində Budapeştdə öz dinləyiciləri üçün konsert proqramı ilə çıxış edib.
Azərbaycan hüdudlarından kənarda ilk konsertini verən Orxan Zeynallı 400-ə yaxın azərbaycanlını bir araya toplayıb. Azərbaycan Diasporuna Dəstək Fondunun da dəstəyi ilə baş tutan konsertə Budapeştdə yaşayan azərbaycanlılarla yanaşı, Polşa, İsveç, Belçika, Niderland, Litva, İngiltərə, Estoniya, Almaniya, İtaliya, Çexiya, Fransa, Gürcüstandan və eyni zamanda Azərbaycandan da həmvətənlərimiz qatılıblar.
Reperin xüsusilə "40-cı paralel", "Torpaqdan ev" kimi milli vətənpərvərlik ruhunda olan və milli dəyərlərimizin təbliğinə həsr olunmuş mahnıları böyük rəğbətlə qarşılanıb. İki saata yaxın davam edən konsertdə Orxan Zeynallı sevilən mahnılarını dinləyiciləri ilə birlikdə ifa edib.
Konsertin növbəti günü Budapeşt Azərbaycan Evində Orxan Zeynallının dinləyiciləri ilə maraqlı görüşü olub. Yaxın gələcəkdə digər ölkələrdə də reperin yeni konsertlərinin keçirilməsi planlaşdırılır.





/ oxu.az
Xidmetler [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Politoloq: "3+3" formatı 6 ildir nəticə vermirsə, bundan sonra da real effekti olmayacaq
Bakıda 21 yaşlı kişi bıçaqlandı
Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var
Bakının bu rayonunda 2 gün su olmayacaq - Xəbərdarlıq
"İflic olacağam və yataqda qalacağam
Aİ-nin Azərbaycandakı Nümayəndəliyi Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi bu dəfə Romada fotofaktlarla nümayiş etdirilib
Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram
Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR
Qızıl və gümüş bahalaşdı
Rəis müavini faciəli şəkildə HƏYATINI İTİRDİ
İsrail Prezidenti Bakıya BELƏ GƏLİBMİŞ
Naxçıvanda avtomobil piyadanı vurdu
Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var