Bulvar ərazisində skuter sürənlər narazılıq yaradır: Onlar bilməlidir ki

Bulvar ərazisində skuter sürənlər narazılıq yaradır: Onlar bilməlidir kiSkuter sürücüləri paytaxtda təhlükə yaratmaqda davam edir. Xüsusən, son günlər Dənizkənarı Milli Park ərazisində elektron skuterlərdən əyləncə məqsədi ilə istifadə edənlərin sayı artıb.
Onların paytaxt sakinlərinin arasında necə gəldi hərəkət etmələri istirahət etmək istəyənlərin narazılıqlarına səbəb olur.
Vətəndaşlar bildirir ki, skuter sürənlərə görə rahat gəzməkdə çətinlik çəkirlər. İnsanların sıx olduğu yerlərdə belə sürətlə keçərək təhlükə yaradırlar.
Bulvar ərazisində skuter sürənlər narazılıq yaradır: Onlar bilməlidir kiMövzu ilə bağlı nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov azxeber.com-a açıqlama verib.
O hesab edir ki, elektron skuterlər üçün yeni qaydaların müəyyənləşdirilməsinə ehtiyac var:
"Bu qaydalar müəyyənləşdirilənə qədər elektron skuterlərlə bağlı problemlər qalacaq. Nizamsız qaydada skuterlərin sürülməsi, piyada vurma hallarının sayı artıb. 15-16 yaşlı şəxslərin bu nəqliyyat vasitəsini istifadə etdiyinin şahidi oluruq. Skuter sürən şəxslər bilməlidirlər ki, onların yaşı 16-dan azdırsa, bu nəqliyyat vasitəsini avtomobil yolunda sürə bilməzlər. Skuter sürücüləri yolun sol zolağı və ortası ilə deyil, sağ zolağı ilə hərəkət etməlidirlər. Sürən şəxslər mütləq dəbilqə taxmalıdırlar. Skuterin önündə və arxasında fənərlər olmalıdır".
Ekspert qeyd edib ki, skuter sürənlər üçün ayrıca yollar olmalıdır:
"Bulvarda skuterlər üçün ayrıca zolaq çəkilə bilər ki, onlar həmin zolaqla hərəkət etsinlər. Yeni qaydalar müəyyənləşdirilməzsə, skuterlərlə bağlı bu problemlər həllini tapmayacaq".
Bulvar ərazisində skuter sürənlər narazılıq yaradır: Onlar bilməlidir kiMəsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli azxeber.com-a açıqlama verib.
O bildirib ki, son üç ay ərzində Bakı şəhərində 500-ə yaxın skuter sürücüsü cərimələnib:
"Skuterləri idarə edənlər də digər hərəkət iştirakçıları kimi məsuliyyət daşıyır və qaydaları pozarlarsa, cərimələnirlər. Hər bir hal İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsində müəyyən olunmuş məsuliyyətlər formalaşdırır. Baş geyimindən düzgün istifadə etməmək 40 manat, digər hallarda isə qayda pozuntularına uyğun olaraq 20-100 manat cərimələr müəyyən edilib.
Son üç ay ərzində Bakı şəhərində 500-ə yaxın skuter sürücüsü əsasən dəbilqəsiz və düzgün zolaq seçmədiyinə görə cərimələnib".
Dənizkənarı Bulvar İdarəsinin açıqlamasında bildirilib ki, Milli Park ərazisində hərəkətdə olan skuterlərin sürət həddi maksimal olaraq 17 km/saat olması qərara alınıb.
Qeyd olunub ki, vətəndaşların sıx olduğu dənizkənarı zolaq skuterlərin hərəkəti üçün tam məhdudlaşdırılıb. Hərəkət üçün təyin olunmuş digər zolaqlarda yeni quraşdırılan yol nişanları skuter istifadəçilərinə maneəsiz hərəkət üçün kömək olacaq.
Bu nəqliyyat vasitəsini sürən şəxslərdən qaydalara riayət etməsi, onu icarəyə verən operatorlardan proqram təminatlarında məhdudiyyətlərlə bağlı bu yenilikləri skuterlərə tətbiq etmələri, proqram təminatı olmayan operatorlardan isə proqram təminatını yaradıb, qaydalara əməl etmələri xahiş olunur. Əks təqdirdə müvafiq tədbirlər görüləcək.
Şəbnəm Zahir

Sosial       Tarix: 10 iyul 2023
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

Magistraturada 949 plan yeri niyə boş qaldı? - Ekspert səbəbləri açıqladı

Xəbər verdiyimiz kimi, magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən 1457 bakalavrdan 508 nəfəri ali təhsil müəssisələrinin magistratura səviyyəsin

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman


son xeberler azerbaycan xeberleri yeni xeberler xeber.az 2026 dunya xeberleri son xeberler bugun 2026 azerbaycan xeber.az son xeberler