Əliyar Ağayev və Elçin Məsiyev Avroliqa oyunlarında
Azərbaycanın FİFA referiləri Əliyar Ağayev və Elçin Məsiyev UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunun oyunlarına təyinat alıblar.
KONKRET.az qurumun rəsmi saytına istinadla xəbər verir ki, Əliyar Ağayev İspaniyada keçiriləcək "Selta" (İspaniya) – "Yunion" (Belçika) matçını idarə edəcək.
39 yaşlı referiyə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Rauf Cabarov isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Elçin Məsiyev isə Belçikada baş tutacaq "Anderlext" (Belçika) – "Zaltsburq" (Avstriya) qarşılaşmasına təyinat alıb.
35 yaşlı hakimə Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Nicat İsmayıllı dördüncü hakim olacaq.
Qeyd edək ki, "Anderlext" – "Zaltsburq" görüşü noyabrın 5-də, Bakı vaxtı ilə saat 21:45-də, "Selta" – "Yunion" matçı isə noyabrın 5-dən 6-na keçən gecə saat 00:00-da start götürəcək.

Ərdoğanın gözlənilən Bakı səfəri – İki nəticə çıxarmaq olar
Şəxsi evi olanların və kirayəçi saxlayanların nəzərinə: Yeni qaydalar qüvvəyə mindi
Elektron qeydiyyat güzəşti yalnız MMC-lərə şamil oluna bilər
Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib
Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA
Sahibə Qafarova Qazaxıstana səfər edib
Zülfiyyə Xanbabayeva "Bir nəfəs qədər" klipini təqdim etdi
İlham Əliyevdən həmkarına təbrik
Prezident qanuna dəyişiklikləri təsdiqlədi
PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib
Unibank ağacəkmə kampaniyasında iştirak edib
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit
"Yaşa görə pensiyaların orta məbləği 680 manat proqnozlaşdırılır
"ƏDV geri al" mexanizmi bütün konsert növlərini əhatə edəcək
Azərbaycanda bu fond ləğv olunur