Cahangir Əsgərov daha bir vəzifədən azad edildi
"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) sabiq sədri Cahangir Əsgərov daha bir vəzifədən azad edilib.
Bir neçə ildir Milli Aviasiya Akademiyasında Avianəqliyyat istehsalatı kafedrasının müdiri vəzifəsini tutan C.Əsgərov bu yaxınlarda təhsil ocağındakı vəzifəsini itirib.
Cahangir Əsgərovun adı Milli Aviasiya Akademiyasının saytından da çıxarılıb. Belə ki, saytda hazırda Avianəqliyyat istehsalatı kafedrasının müdirinin texnika üzrə fəlsəfə doktoru, dosent Elman Nəcəfov olduğu bildirilib.
Qeyd edək ki, bu kafedranın daxil olduğu Nəqliyyat texnologiyaları fakültəsinin dekanı vəzifəsini Nazim Nağıyev icra edir. N.Nağıyev Bakının Səbail və Binəqədi rayonlarının sabiq polis rəisi işləyib, istefada olan polkovnikdir.
AZAL-ın keçmiş sədri Cahangir Əsgərovun bu şirkətdəki 27 illik karyerasına 2023-cü sentyabrın 1-də son qoyulub. O, ölkə başçısının sərəncamı ilə tutduğu vəzifədən azad edilib.
Qeyd edək ki, Cahangir Əsgərov 1996-cı ildən "Azərbaycan Hava Yolları" QSC-nin sədri idi. 27 il AZAL-a rəhbərlik edən C.Əsgərov bu posta gəlməzdən öncə aviadəstə kapitanı, eskadrilya komandirinin müavini, eskadrilya komandiri, 1993-cü ildən AZAL-ın Türkiyədə baş nümayəndəsi vəzifələrində işləyib.
///Modern.az / azxeber.com
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"1-ci Ailə Kuboku" baş tutdu - FOTOLAR