Çalabyan: "Artıq hakim iqtidarda ziddiyyətlər var, çatlar dəqiq görünür"

Çalabyan:

" class="imgbcode" />"44 günlük müharibədən sonra Ermənistanın təhlükəsizlik sistemi nəinki pozulub, hətta son 3 ildə təhlükəsizlik vəziyyəti sıfırlanıb".
KONKRET.azxəbər verir ki, bu fikirləri "HayaVote" təşəbbüsünün koordinatoru Avetik Çalabyan deyib.
O, müsahibəsində vurğulayıb ki, "Ermənistanın təhlükəsizliyinə zəmanət vermək istəyən Fransanın bu regionda heç bir iştirakı yoxdur və olmayacaq. Onlar Rusiyanı əvəz etməyə hazır olduqları ilə bağlı illüziya yaradıblar. Bu bizə nə verəcək, bax həmin sualın cavabını anlamaq lazımdır. Hər kəs dəqiq bilməlidir ki, sıxışdırsaq, Rusiya bizə əks-hücuma keçəcək. Proseslər də onu göstərdi ki, Moskva bölgəni tərk etməyəcək, amma getsə belə, ondan nə əldə edəcəyimizi anlamaq lazımdır".
Avetik Çalabyan hesab edir ki, "Artıq hakim iqtidarda ziddiyyətlər var, çatlar dəqiq görünür. Çünki onlar da başa düşürlər ki, Rusiya ilə münasibətləri pozmaq təhlükəlidir. İranın müdafiə naziri Tehranda erməni həmkarı Suren Papikyanla görüşündə deyib ki, regiondan kənarda təhlükəsizlik axtarışları əks nəticə verəcək. Məhəmməd Rza Aştiani hesab edir ki, təhlükəsizlik arxitekturası regionun özündə formalaşmalıdır, əks halda ölkəmiz bütün nəticələr və təhdidlərlə fövqəldövlətlər arasında münaqişələr meydanına çevriləcək. Biz regionun əcnəbilər üçün rəqabət meydanına çevrilməsinə imkan verməməliyik ki, bu da bütün region ölkələrinin təhlükəsizliyinə və sabitliyinə təsir edəcək.
İranın mesajı çox aydındır və ilk dəfə deyil ki, belə bir mesaj verilir. Ermənistanın getməyə çalışdığı yolu vaxtilə Suriya tutub. Bu gün Suriya ərazisində bir neçə super güc müharibə aparır. Ermənistanın Suriyaya çevrilməsinə imkan vermək olmaz.
Suriyaya çevrilmək istəmiriksə, necə gücləndiyimizi, daxili resursumuzun nə olduğunu başa düşməliyik. Biz güclənsək, həm Rusiya, həm də Fransa ilə daha güclü mövqedən danışacağıq".
Politoloq vurğulayıb ki, "Ermənistanda daha bir saray inqilabı olmamalıdır. Paşinyanı əvəz etmək üçün onun yerinə kimin gələcəyi ictimaiyyətə çatdırılmalıdır. Və Ermənistanın təhlükəsizliyinə təhdid olan Paşinyandan qurtulmaq lazımdır. İctimai-siyasi sahədə yeni konsolidasiya, əməkdaşlıq mühiti formalaşmalıdır. Çünki Ermənistan heç vaxt bu qədər həssas olmayıb".
Natiq Səlim,
KONKRET.az

Siyasi       Tarix: 08 mart 2024
f Paylaş

Oxşar xəbərlər

Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"

ABŞ senatoru Ted Kruz Texas ştatında Demokratlar Partiyasının qazandığı tarixi qələbələri şərh edərək bildirib ki, seçicilərin bir hissəsi qəzəb və narazılıq səbəbindən Respublikaçılara səs verməyib. O, Texasın yenidən Respublikaçıları

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

"Blumberq" agentliyinin məlumatına görə, Rusiyanın Ukraynaya qarşı başladığı müharibə Moskvanın ənənəvi tərəfdaşlarından biri olan Hindistan üçün böyük qazanc mənbəyinə çevrilib. Yeni Dehli bir tərəfdən Rusiyada

Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək

Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ölkəsinin Bakıdakı yeni səfirliyinin rəsmi açılış mərasimində iştirak etmək üçün noyabrın sonunda Azərbaycana səfər edəcək. xəbər verir ki, bunu Marqus Tsahkna bildirib. "Tərəfdaşlığımızı

Mirziyoyev İlham Əliyevi təbrik etdi

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevə məktub ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Hörmətli İlham Heydər oğlu. Dəyərli qardaşım. Ölkənizin şanlı bayramı – Zəfər Günü münasibətilə Siz

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırır. Son günlər Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı sosial şəbəkələrdə müxtəlif müzakirələ

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Hindistan "Pinaka" raket artilleriyası proqramını genişmiqyaslı şəkildə genişləndirməyə doğru irəliləyir. Hazırda təxminən 400 raketin tədarük prosesi həyata keçirilir. -a istinadən xəbər verir ki, bu barədə "İndia


son xeberler azerbaycan xeberleri yeni xeberler bugünkü son xəbərlər sou xeberler xeberler bu gun xeberler bugun