CAR prezidenti İlham Əliyevi təbrik etdi
Cənubi Afrika Respublikasının (CAR) Prezidenti Matamela Siril Ramafoza Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.
President.az xəbər verir ki, məktubda deyilir:
"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Cənubi Afrika Respublikasının Hökuməti, xalqı adından və şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimi çatdırıram.
Cənubi Afrika Respublikası ölkələrimiz arasında müxtəlif səviyyələrdə,
o cümlədən ikitərəfli, regional, kontinental və qlobal çağırışlarla bağlı məsələlər üzrə əməkdaşlıq etmək üçün platforma yaratmağa imkan verən tarixi və siyasi əlaqələrimizə möhkəm sadiqdir. Cənubi Afrika Respublikasının Hökuməti Azərbaycanla mövcud olan möhkəm əlaqələri, Azərbaycan xalqı və Hökuməti ilə həmrəyliyi daha da inkişaf etdirmək niyyətindədir.
Azərbaycan xalqı Sizin liderliyinizə inamını təsdiqlədi. Mən Cənub-Cənub əməkdaşlığını və ümumi inkişafın, qlobal bərabərliyin, sosial ədalətin təşviqini daha da irəli aparmaq üçün Sizinlə birgə işləməyi səbirsizliklə gözləyirəm.
Sizə möhkəm cansağlığı, firavanlıq və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayır, əməkdaşlığımızın gələcəkdə də davam edəcəyinə inamımı ifadə edirəm.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm". / azxeber.com

Azər Türk Bank dayanıqlı bankçılıq sahəsində beynəlxalq mükafata layiq görüldü
Citynet yeniləndi - hər kəs üçün daha da rahat olacaq
Krım təcrid olunur? – Rusiya üçün təhlükəli ssenari
"Ticarət Şəbəkələrinin İnkişafı" İctimai Birliyi və GROTTO Resort Azərbaycanda unikal əməkdaşlığa başlayır
Kartlardan pul silinməsi ilə bağlı müəmma: Bank sistemindəki nasazlıq, yoxsa?
"Bitcoin"in qiyməti 60 min dollardan aşağı düşüb
DÇ-2026: Türkiyə mundialı qələbə ilə başa vurdu
Türkiyə millisində ilk: Arda Gülər tarixə düşdü
Azərbaycan səfiri Qazaxıstanın "Dostık" ordeni ilə təltif olunub
Montella: Bu qələbəni qazanmaq çox vacib idi
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
Trampın keçmiş köməkçisindən ŞOK ETİRAF - Həbs edilə bilər
Bugünkü oyunları yayımlayacaq kanallar
Ramil Şeydayev Rusiya klubuna keçə bilər
"Araz-Naxçıvan"ın yeni prezidenti o seçildi