Cavid Qurbanovdan sonra sıra ondadır? - Cahangir Əsgərovun AZAL macərası bitir

Cavid Qurbanovdan sonra sıra ondadır? - Cahangir Əsgərovun AZAL macərası bitirXəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev Cavid Qurbanovun "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Digər sərəncamla Cavid Qurbanov Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib. 
Mətbuatda yer alan məlumata görə, sonrakı mərhələdə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyinə veriləcəyi gözlənilir. Quruma nəzarət isə Cavid Qurbanovda qalacaq. Bundan başqa "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) də ləğv edilərək Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyinə veriləcəyi iddia olunur. AZAL prezidenti Cahangir Əsgərovun da vəzifəsindən azad ediləcəyi gözlənilir. 
Bundan öncə "Azərbaycan Hava Yolları" QSC (AZAL) 2020-ci il üzrə maliyyə hesabatını açıqlamışdı. QSC-nin 76 milyonluq ziyanla işlədiyi ortaya çıxıb. 2019-cu ildə şirkət 78,7 milyon manat xalis zərər açıqlamışdı. Xalis zərər 3% azalaraq 76,4 milyon manat olub. AZAL-ın yığılmış ümumi zərəri isə 1,7 milyard manata çatıb.
2020-ci ildə aviaşirkətin daşımalar üzrə və digər gəlirləri 335,2 milyon manat, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar hökumətdən aldığı subsidiyalar 232,8 milyon manat, əməliyyat xərcləri 540,2 milyon, maliyyə xərcləri 83,9 milyon manat, xarici valyuta mübadiləsindən zərəri 9,4 milyon manat, mənfəət vergisi ödəmələri isə 10,2 milyon manata bərabər olub.
Qeyd edək ki, AZAL-ın fəaliyyəti dəfələrlə tənqid olunsa da, bu istiqamətdə elə bir irəliləyişə nail olunmayıb. Hətta ölkə başçısı öz çıxışında QSC-nin fəaliyyətini tənqid edərək bildirmişdi ki, AZAL-ın bütün təyyarələri dövlət tərəfindən alınıb.
Bütün zərərlər və nəticələrlə AZAL-ın fəaliyyəti ilə bağlı yoxlamalara başlanılsa, burada QSC-nin uğurlu nəticələrindən danışmaq çətindir. Bəs, görəsən, ziyanla işləyən AZAL-da təkminləşdirilmə işləri aparılacaq? Ümumiyyətlə AZAL-ın fəaliyyəti başqa bir nazirliyə tabe ola bilərmi? 
Mövzu ilə bağlı azxeber.com-a açıqlama verən iqtisadçı ekspert Rəşad Həsənov deyib ki, AZAL-da ciddi struktur dəyişikliyinə ehtiyac var:
"AZAL-ın fəaliyyətinin şəffaflaşdırılması və sağlamlaşdırılmasına ciddi ehtiyac var. Azərbaycanda hava nəqliyyatı infrastrukturunun idarə edilməsinin təkmilləşdirilməsinə ehtiyac duyulur. Bu istiqamətdə təhlillər aparılır. Hesab edirəm ki, AZAL-ın bu qədər resurslarla zərərlə işləməsi və dövlətdən dotasiya alması onun fəaliyyətində mövcud olan nöqsanlardan, korrupsiyadan və resursların qeyri-səmərəli istifadəsindən qaynaqlanır. Hava nəqliyyatı infrastrukturunu idarə edən zaman burada maraqlar konfilikti yaranır. Bu zaman digər hava yolu şirkətlərinin bazara girməsinə problem yaranır və maraqlar konfilikti burada ciddi təzadla üzləşir. AZAL İnvestisiya Holdinqinin strukturuna daxil edilmiş bir qurumdur. İnvestisiya Holdinqinin də bununla bağlı təklifləri ortaya çıxmalıdır. Modellərdən biri də Azərbaycan hava yolları nəqliyyat infrasturukturunun idarə edilməsinin özəl peşəkar şirkətlərə verilməsidir ki, bu təcrübədən çox istifadə olunur. Qonşu Gürcüstan, Qazaxıstan da son illər bu təcrübəyə keçməklə uğur qazanıb. Mən fikirləşirəm ki, böyük ehtimalla struktur dəyişiklikləri edilə bilər. Amma nə vaxt baş verəcəyini demək çox çətindir".
Ayşən Mirzəyeva

Siyasi       Tarix: 25 may 2022
f Paylaş

Oxşar xəbərlər

Zelenski BMT tribunasından Rusiyanı HƏDƏLƏDİ

Ukrayna Prezidenti Volodimir Zelenski Nyu-Yorkda BMT Baş Assambleyasındakı çıxışı zamanı xəbərdarlıq edib ki, Rusiyanın Ukraynanın enerji infrastrukturuna zərbələrini davam etdirməsi Rusiyanın enerji obyektlərinə cavab hücumlar

Sentyabr ayında mediada ən aktiv deputatlar kimlər olub? - SİYAHI

Sentyabr ayı üzrə təhlillərə əsasən mediada ən aktiv olan deputatlar açıqlanıb. xəbər verir ki, "Mediatrends.ai" platformasının "Media indeksi" göstəricilərinə əsasən, siyahıya 26,06 faizlə deputat Naqi

Ərdoğanla Paşinyan Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanla ikitərəfli ticarət və nəqliyyat sahələrindəki normallaşma prosesini dəstəkləyir, münasibətlərdə əldə edilən müsbət dinamikanın davam etdirilməsini vacib sayır. KONKRET.azxəbə

Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye nazirini qəbul edib

Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 26-da Suriya Ərəb Respublikasının iqtisadiyyat və sənaye naziri Məhəmməd Əl Şaar ilə görüşüb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat verilib. Bildirilib ki, görüşd

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə

Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir

Ermənistan-Türkiyə sərhədi açılacaq? – Türkiyəli generaldan açıqlama

Ermənistan Türkiyə ilə sərhədin açılmasını və iki ölkə arasında dəmir yolu əlaqəsinin bərpasını səbirsizliklə gözləyir. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində keçirilən pane

Siyasi şərhçi: "10 noyabr" Bəyanatının icrasında ciddi problemlər qalırdı

"İkinci Qarabağ müharibəsi nəticəsində  imzalanan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan sonra Ermənistanın atdığı addımlar göstərirdi ki, razılaşmaların icrası ilə bağlı ciddi problemlər qalır. Bəyanatı

Azərbaycan Prezidenti Estoniyanın yeni səfirini qəbul etdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 23-də Estoniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tiina Nirki qəbul edib. xəbər verir ki, səfir etimadnaməsini dövlə

Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman

Azərbaycan Prezidenti İlham Əliyev dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında Fərman imzalayıb. xəbər verir ki, sözügedən Fərmana əsasən, dövlət ümumi təhsil müəssisələrind


son xeberler azerbaycan xeberleri yeni xeberler hava durumu dunya xeberleri cəbhədən son xeber dunyada son xeberler