Ermənistan bu kəndləri dəyişməyi təklif edə bilər — AÇIQLAMA
Tarixi baxımdan Başkənd azərbaycanlıların ərazisidir və orada yaşayanlar yalnız Azərbaycan türkləri olub. Yalnız XIX əsrin 60-cı illərinə doğru Qarabağdan və Ermənistanın sonradan Şəmsəddin rayonu adlandırılacaq ərazidən ermənilər kütləvi şəkildə Başkəndə köçürülüb. Yəni zamanında necə ermənilər Qarabağa süni olaraq gətirildisə, Başkəndə də erməni əhalini dolduraraq kəndi tədricən erməniləşdirməyə başladılar. Sovet dönəmində bu ərazi Ermənistanın ərazi vahidi kimi göstərilib. Ermənistan Ali Sovetinin 1978-ci il qərarı ilə bu kəndin adı da erməniləşdirilib".
KONKRET.azxəbər verir ki, bunu Demokrat.az-a açıqlamasında politoloq Natiq Miri deyib. O bildirib ki, əgər məsələyə SSRİ dönəmi və Almatı bəyannaməsi prizmasından baxsaq, Başkənd Ermənistan ərazisi kimi göstərilir:
"Buna əsaslanaraq, Paşinyan Başkəndi Ermənistan ərazisi kimi göstərir. Düşünürəm ki, bu məsələ çox həssas məsələ olduğu üçün delimitasiya və demarkasiya prosesinin sonunda həll olunacaq məsələlərdir. Çünki Azərbaycan Ordusunun da Ermənistan ərazisindəki yüksəkliklərdə yerləşmə faktı var. Bu, bir növ Ordumuzun təhlükəsizliyini təmin etmək üçün yaradılmış vəziyyətdir.
Ola bilsin ki, gələcəkdə bu məsələlərin həlli üçün hansısa əvəzetmələr aparılsın. Ola bilər Ermənistan Naxçıvanın Kərki kəndini Başkəndlə əvəz etməyi təklif etsin. Ancaq Azərbaycan buna razı olacaqmı? Bu, gələcəyin məsələsidir. Sərhədlərin müəyyənləşdirilməsi uzun prosesdir".
Xatırladaq ki, Nikol Paşinyan açıqlamasında Başkəndin Ermənistan ərazisi olduğunu iddia edib.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
"Marsol"un təşkilatçılığı ilə region sahibkarları ilə növbəti görüş keçirilib - FOTO