Paşinyanın Trampın fotosunu ofisindən asmasının PƏRDƏARXASI: Nikol kimlərə hansı mesajı verir?
Ermənistanın Baş naziri Nikol Paşinyan ofisindən yeni görüntülər paylaşıb. Kadrlarda ABŞ prezidenti Donald Tramp tərəfindən hədiyyə olunan fotonun nümayişi diqqət çəkib. Maraqlıdır, Nikol Paşinyanın ofisində Donald Tramp tərəfindən hədiyyə olunmuş fotonun nümayişi hansı siyasi mesaj daşıyır?
Mövzu ilə bağlı KONKRET.az-a danışan siyasi şərhçi Əli Mustafa bildirib ki, Paşinyanın bu addımı Cənubi Qafqazda ABŞ-ın varlığına işarə daşıyır:
"Donald Trampın hədiyyə etdiyi fotonu paylaşmaqla Paşinyan əslində ABŞ-a arxalandığını göstərmək istəyib. Bununla Ermənistan bir növ Vaşinqtonun dəstəyinə söykəndiyini qabardır və bölgədə marağı olan digər güclərə mesaj verir ki, ABŞ artıq Cənubi Qafqazdadır", – deyə ekspert vurğulayıb.
Əli Mustafa əlavə edib ki, bu mesaj həm də Zəngəzur dəhlizi məsələsi fonunda xüsusi əhəmiyyət kəsb edir:
"ABŞ-ın dəhlizə marağı, onun icarəyə götürülməsi barədə iddialar göstərir ki, Cənubi Qafqaz Vaşinqtonun nüfuz dairəsinə daxil edilməkdədir. Ermənistan da bu gücə arxalanaraq addımlar atır və bölgədə qərar qəbul edəcək digər qüvvələrə bildirir ki, ABŞ-ın mövqeyi nəzərə alınmalıdır".
Siyasi şərhçinin sözlərinə görə, Paşinyanın ofisində Trampın fotosunu qabartması təkcə şəxsi münasibətlərin nümayişi yox, həm də geosiyasi mesaj xarakteri daşıyır.
Müşviq Tofiqoğlu
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
"Marsol"un təşkilatçılığı ilə region sahibkarları ilə növbəti görüş keçirilib - FOTO