Əliyevin siyasi lüğətinə yeni ifadə daxil oldu – İlk dəfə ona dedi

Əliyevin siyasi lüğətinə yeni ifadə daxil oldu – İlk dəfə ona dediAzərbaycan Prezidenti İlham Əliyevin "Əl-Ərəbiyyə" telekanalına verdiyi müsahibədə İranla münasibətlər və Prezident Məsud Pezeşkian barədə səsləndirdiyi fikirlər diqqət çəkir. Onun İranın Prezident Administrasiyasının və Xarici İşlər Nazirliyinin mövqeyinə üstünlük verməsi dövlət siyasətində ciddi koordinasiyanın olduğunu göstərir. Eyni zamanda, Məsud Pezeşkianın "qan qardaşı" kimi təqdim olunması dövlətlərarası əlaqələrdə etimad, soydaşlıq və milli-mədəni bağların nə qədər önəmli olduğunu ortaya qoyur.
Bu kontekstdə "qan bağı" anlayışı diplomatiyada nə qədər təsirli ola bilər? Pezeşkianın azərbaycanlı kimliyi İran-Azərbaycan münasibətlərində hansı rolu oynayır?
KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov deyib ki, Prezidentin "Əl-Ərəbiyyə" telekanalına verdiyi müsahibə beynəlxalq münasibətlərin və regionda baş verən siyasi proseslərin izahı baxımından ciddi əhəmiyyət daşıyır:
"Azərbaycan Prezidenti mütəmadi olaraq belə televiziya kanallarına müsahibə verməklə təkcə regional məsələləri deyil, həm də dünyada baş verən proseslərə münasibətini bildirir. Dünənki müsahibə də bu qəbildəndir. Prezidentin İranla bağlı verdiyi bəyanatlar kifayət qədər diqqət çəkdi. Məsud Pezeşkianın İranda prezident seçilməsindən sonra münasibətlərin necə olacağı maraq doğururdu. Pezeşkianın prezident seçilməsinin onun Azərbaycanla bağlı apardığı siyasətin iki ölkə münasibətlərinin istiləşməsinə səbəb olacağı gözlənilir. Bu da onun əslən azərbaycanlı olması ilə bağlıdır".
Politoloq qeyd edib ki, rəsmi Bakı Pezeşkianın ölkəmizə münasibətini yüksək qiymətləndirir:
"O, hakimiyyətə gələndə İranın Azərbaycanla münasibətlərinə pessimist yanaşanlar var idi. Hesab edirdilər ki, onun prezident seçilməsi iki ölkənin münasibətlərinə ciddi təsir göstərməyəcək, çünki İran hakimiyyətinin dayağı ali rəhbərdir (Əli Xamenei – red). Hesab edirdilər ki, Pezeşkian Azərbaycan-İran münasibətlərinin inkişafına töhfə verməyəcək. Lakin qısa müddət ərzində həm Azərbaycana, həm də Ermənistana səfəri və verdiyi konkret mesajlar onu deməyə əsas verir ki, pessimist düşünənlər yanılır. Pezeşkianın Azərbaycanla isti münasibəti İranda bəzi dairələrin fikrini dəyişə bilib".
Ə.İbrahimov qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Pezeşkianı "qan qardaşı" adlandırması təsadüfi deyil:
"Bu, sadə ifadə deyil. İlk növbədə, iki lider arasındakı münasibətlərin hansı səviyyədə olduğunu göstərir. Pezeşkianın İran Prezidenti olması onun administrasiyasında Azərbaycanla münasibətlərin yaxşılaşmasına tərəfdar olan qüvvələrin mövcudluğundan xəbər verir. Azərbaycan İrandakı bütün qüvvələrlə işləmək istəyir, amma əlbəttə ki, bu qüvvələrin hamısı bizi istəmir. Hesab edirəm ki, Pezeşkian öz imkanları daxilində əlindən gələni edərək iki ölkənin münasibətlərinin normallaşmasına çalışacaq. Təbii ki, bu, təkcə onun şəxsi təşəbbüsü deyil, amma hər halda bu istiqamətdə səylər göstərəcək.
Əsas odur ki, Azərbaycan Prezidentinin müsahibəsində dediyi məqamlar göstərir ki, ölkə başçısı da bu səyləri görür və müsbət qiymətləndirir".

Siyasi       Tarix: 28 avqust 2025
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Ərdoğan Türkiyə prezidentliyini ona təhvil verdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Koreyaya səfəri müddətində prezident vəzifəsini müvəqqəti icra edəcək şəxsin kimliyi bəlli olub. KONKRET. -a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Rəsmi Qəzet"ind

Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. xəbər verir ki, final görüşündə Çexiya və İspaniya komandalar

Rusiya-Ukrayna münaqişəsində yeni diplomatik mərhələ: Nələr dəyişə bilər?

"Rusiya və Ukrayna arasında qarşılıqlı təhlükəsizlik təminatlarının müzakirəsi münaqişənin həlli istiqamətində mühüm diplomatik addımdır. Lakin bu proses yalnız iki ölkənin mövqeləri ilə məhdudlaşmır. Burada NATO-nu

Sadır Japarovdan Azərbaycana təşəkkür mesajı

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın Türk Dövlətləri Təşkilatındaki (TDT) sədirliyi dövrünü yüksək qiymətləndirib. KONKRET.azxəbər verir ki, Ankarada keçirilən TDT Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşünd

Zelenskidən ÇAĞIRIŞ: "Dnepr vağzalı vuruldu, Rusiya ilə bağlı qətiyyətli addım atın"

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Dnepr şəhərindəki dəmir yolu vağzalına endirdiyi qanlı zərbədən sonra Qərb ölkələrinə sərt çağırış edib. O, Moskvaya qarşı sanksiyaların dərhal sərtləşdirilməsini tələb edib

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb. icmalı təqdim edir:

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Moskva səfər edəcək. KONKRET.azaxaraz-a istinadən əbər verir ki, bu barədə müvafiq qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb. "Ermənistan Təhlükəsizli

Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?

Çox mənidar hadisədir:. İttihad və Tərəqqi rəhbərlərinin Osmanlı taxtını bölüşdükləri ərəfədə Qüdsün Böyük Müftisi Hüseyn Səlim əl-Hüseyni ağ bayraq altında ingilis hərbi qüvvələrinə müraciət edərək şəhərin açarını onlar

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /


yeni xeberler son xeberler azerbaycan xeberleri son xeberler bugun ən son xəbər dunyada son xeberler qurban bayrami 2026