Çavuşoğlu misirli həmkarı ilə GÖRÜŞÜB: "Nələr edə biləcəyimizdən danışdıq"

Çavuşoğlu misirli həmkarı ilə GÖRÜŞÜB: Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu misirli həmkarı Semih Şükri ilə Misirdə birgə mətbuat konfransı keçirib.
KONKRET.azxəbər verir ki, mətbuat konfransında Misirin xarici işlər naziri Şükri, bu səfərdə ortaq baxış bucağının formalaşdığını bildirib.
"Bu prosesin müsbət nəticələri ilə istədiyimiz nöqtəyə gələcəyik. Demək olar ki, eyni anlayışa malik olduğumuzu gördük. Ortaq adlandıra biləcəyimiz regional problemlərimiz var. Qardaşımı və dostum Çavuşoğlunu salamlayıram. Onun bura gəlməsi çox gözəl bir hadisədir və bizim üçün şərəfdir", – deyə o bildirib.
Nazir Çavuşoğlu isə Misirə səmimi ev sahibliyi üçün təşəkkür edib:
"İndiyədək bizim bura gəlmək şansımız olmayıb. Amma bundan sonra səfərlərimiz tez-tez olacaq. Əziz qardaşımı bir daha ölkəmizdə qonaq etmək istərdik. Xalqımız və biz zəlzələ zamanı göstərdiyiniz dəstəyi heç vaxt unutmayacağıq".
Çavuşoğlu həmçinin iki ölkənin diplomatik əlaqələri barədə də danışıb:
"Bu gün biz yeni dövrdə nələr edə biləcəyimizdən danışdıq. Bu görüş zamanı anladıq ki, aramızda ciddi fikir ayrılığı yoxdur. Biz bu gün regional məsələləri də müzakirə etdik. Suriya, İraq, İran və Somalidəki vəziyyəti dəyərləndirdik. Bizim tarixi bağlarımız var, qohumluq əlaqələrimiz var. Bunu inkişaf etdirməyin ən mühüm yolu turizmi inkişaf etdirməkdir.
Bu gün çox açıq, səmimi söhbətlərimiz oldu. Biz əməkdaşlığımızı və əlaqələrimizi yaxşılaşdırmaq üçün bundan sonra da səylə çalışacağıq. Ümid edirəm ki, diplomatik əlaqələrimizi ən qısa zamanda maksimum səviyyəyə çatdıra bilərik".

Siyasi       Tarix: 18 mart 2023
f Paylaş

Oxşar xəbərlər

İran XİN-dən 14 iranlının Azərbaycanda arzuolunmaz elan edilməsinə münasibət

İran Xarici İşlər Nazirliyi (XİN) 14 İran vətəndaşının Azərbaycanda "arzuolunmaz şəxs" elan edilməsi ilə bağlı məlumata münasibət bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, İran XİN-in sözçüsü İsmayı

Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır

Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

Prezident və xanımı Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında - FOTOLAR

 "Azərsun Holdinq"in müşahidə şurasının sədri Tahir Gözəl dövlət başçısına və birinci xanıma müəssisə barədə məlumat verdi. Bildirildi ki, Holdinq tərəfindən Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılan bu müəssisəd

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

5-6 noyabr tarixlərində Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Bolqarıstanda səfərdə olub. Bu barədə -a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Bildirilib ki, səfər zamanı Sofiya şəhərində Azərbayca

Rusiya bu ölkəyə qarşı da hərəkətə keçir - NATO müharibəyə qoşulur?

Finlyandiya Quru Qoşunlarının komandanı general-leytenant Passi Vəliməki "Bloomberg" agentliyinə açıqlamasında ölkəsinin Rusiya ilə sərhəddə tank əleyhinə xəndəklər və maneələrdən ibarət müdafiə xətti inşa etməy

Ərdoğan sabah Qarabağa gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məluma

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım olunub. paylaşımı təqdim edir:

Ərdoğan: Birdir bizim hər halımız; sevincimiz, kədərimiz; bayraqlarda hilalımız

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X"dəki hesabında Azərbaycana səfəri, Prezident İlham Əliyevlə görüşü barədə videoçarx paylaşıb. xəbər verir ki, Ərdoğan paylaşımına "Birdir bizim hər halımız; sevincimiz


son xeberler azerbaycan xeberleri yeni xeberler xeberler az krminal bu gun xabarlar valyuta