"Çayın qiyməti qalxacaq" - AÇIQLAMA

2024-cü ilin yanvar-iyun ayları ərzində Azərbaycanın çay idxalı ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 6.8% artaraq 6 576 ton, dəyər baxımından isə 2.3% artaraq 33.5 milyon ABŞ dolları təşkil edib.
"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, hesabat dövründə Azərbaycanın çay ixracı illik müqayisədə həcm baxımından 3% artaraq 344.61 ton, dəyər baxımından isə 3.5% artaraq 3 milyon 122 min ABŞ dolları təşkil edib. Beləliklə, həcm ifadəsində idxal ixracı 19.1 dəfə üstələyib.
Bu dövrdə çayın bir kiloqramının orta idxal qiyməti 8.7 manat, orta ixrac qiyməti isə 15.4 manat təşkil edib.
Hesabat dövründə çay ixracı Azərbaycanın ümumi ixracının 0,02%-ni, çay idxalı isə ölkənin ümumi idxalının 0,38%-ni təşkil edib.
Bəs həcm ifadəsində çay idxalının ixracı üstələməsinin iqtisadiyyata hansı təsirləri ola bilər?
Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Xalid Kərimli bildirdi ki, çay idxalının ixracı üstələməsinin iqtisadiyyata yeni bir təsiri olmayacaq:
"Azərbaycanda idxal da, ixrac da artıb. Bu artım 6 ayın nəticəsi deyil. Həmişə idxal çay məsələsində ixracı üstələyib. Bir çox məsələlərdə də idxal ixracı üstələyir. Çay kənd təsərrüfatı məhsuludur, spesfik iqlim tələb edir. Çay əsasən Lənkəran və Astarada yetişdirilir. Burada yığılan çayın miqdarı Azərbaycanın tələblərini ödəyəcək həcmdə deyil. Buna görə də idxal edirik ki, tələbimizə uyğun çay həcmi formalaşsın. Çay şirkətlərinin satışa buraxdığı çayların üzərində Azərçay və s. yazılarının yazılmasına baxmayaraq, onlar idxal olunan məhsullardır, lakin qablaşdırma Azərbaycanda edilir.  İdxal edilmə o demək deyil ki, ixrac olmasın. Biz həmişə çayı Hindistandan, Çindən, Şri-Lankadan, İrandan idxal etmişik. Biz çay idxal etməsək, bazarda çayın qiyməti indikindən dəfələrlə baha qiymətə olar".
Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmovun sözlərinə görə, çay idxalının ixracı üstələməsinin iqtisadiyyat üçün müsbət təsiri ola bilməz:
"İdxalı artırmaqla ölkədən çıxan valyutanın həcmini artırırıq. Bizim neftdən gəlirlərimiz də gedərək azalır, yaxın gələcəkdə bir o qədər valyuta əldə edə bilməyəcəyik. Bu sahəni isə biz idxaldan asılı vəziyyətə salmışıq. Azərbaycan ənənəvi olaraq 100 ildən çoxdur ki, keçən əsrin əvvəllərindən, hətta ondan əvvəl də çayçılıq ilə məşğul olub, çay istehsal edib. Biz sovet dövründə digər respublikalara çay göndərirdik. Həm özümüzün, həm də digər respublikaları çayla təmin edirdik. Azərbaycanın belə potensialı olduğu halda niyə xaricdən daha çox çay gətirsin? Bu sahədə ixracı artıraraq ölkəyə valyuta axınını artırmaq daha yaxşı olardı. Nəticədə fermerlər daha çox gəlir əldə edər və onların biznesi dayanıqlı olardı. Bilərdilər ki, xarici bazar var və onlar məhsullarını ora çıxara biləcək".
Azərbaycanda çayçılığın inkişafı üçün qəbul edilən dövlət proqramını xatırladan ekspert qeyd etdi ki, Azərbaycan çay əkin sahələrini 1000 hektardan artıq səviyyəyə qaldıra bilməyib:
"2018-2027-ci illər üçün çayçılığın inkişafı üçün dövlət proqramı qəbul edilib. Həmin proqram qəbul edilən zaman nəzərdə tutulmuşdu ki, əkin sahələri 3 000 hektara qədər artırılsın, yaşıl çay yarpağı istehsalını isə 8,1 min tona çatdırsın. Buna baxmayaraq, əkin sahəsi 6 il ərzində 1000 ha artıq səviyyəyə qaldırıla bilməyib, məhsul istehsalı isə 1000 ton səviyyəsindədir. Biz proqramı qəbul edəndə göstərici necə idirsə, elə də qalıb. Bu, onunla bağlıdır ki, həmin sahəyə yetəri qədər diqqət yoxdur. Dövlət proqramı qəbul ediləndə nəzərə almaq lazım idi ki, o sahədə hansı problemlər var və bu problemləri necə aradan qaldırmaq lazımdır? Bu sual çox vacibdir. Çünki sahədə mövcud olan problemləri həll etmədən nəticə almaq mümkün olmur. Əksinə, o sahə davamlı olaraq geriləyir və problemlər dərinləşir".
V.Məhərrəmovun fikrincə, çay əkini ilə məşğul olanları maarifləndirmək lazımdır:
"Bu sahə ilə məşğul olanların bilik bacarığını artırmaq lazımdır. Biz 30 min tondan çox çay istehsal edirdik. Hazırda isə keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına ehtiyac var. Bunun üçün bu sahə ilə məşğul olanları maarifləndirmək lazımdır. Daha sonra su problemi aradan qaldırılmalıdır. Bu sahədə çalışan fermerlərin vaxtında suya olan ehtiyacları ödənilmir. Həmçinin fermerlərə ilk etapda uzunmüddətli kredit resusurslarının verilməsi təklif olunmalıdır. Çünki çay əkini zamanı müəyyən işlər aparılır, bu işlər üçün fəhlələrə ödənişlər edilir, eyni zamanda sahəyə hər il gübrə verilir, zərərvericilərlə mübarizə tədbirləri görülür. Bunların hər birini etmək də maliyyə resursu tələb edir. Fermerlərin o qədər maliyyə ehtiyatı yoxdur ki, bundan istifadə etsin və xərclərini qarşılasın. Bu səbəbdən dövlət hesabına banklar ucuz kredit resursları təklif etməli idi".
Aygün Mirakif,
KONKRET.az

Sosial       Tarix: 06 avqust 2024
f Paylaş

Oxşar xəbərlər

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

Ülvi Cəfərova ağır itki - Foto

Əməkdar incəsənət xadimi, professor Əliqismət Lalayev və "Şeron" qrupunun bədii rəhbəri, tanınmış müğənni, aktyor və prodüser Ülvi Cəfərova ağır itki üz verib. Əliqismət Lalayevin bacısı, Ülvi Cəfərovun isə anas

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Goranboydakı partlayışla bağlı üç qurumdan birgə MƏLUMAT

Ötən gecə Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyini

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind


son xeberler yeni xeberler azerbaycan xeberleri xəbərlər xeberler bu gun gunun xeberleri oxu.az xeberler