Laçın' sərhəd-buraxılış məntəqəsinin qurulmasından üç il ötür
"Laçın" sərhəd-buraxılış məntəqəsinin qurulmasından üç il ötür.
azxeber.com xatırladır ki, 2023-cü il aprelin 23-ü saat 12:00-da Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.
Yeni yaradılan sərhəd-buraxılış məntəqəsində Azərbaycan Bayrağının ucaldılması mərasimi baş tutub və sərhəd-buraxılış məntəqəsindən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə məruzə edilib.
Qeyd edək ki, Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılmasının məqsədi 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısını almaq olub.
"Laçın" sərhəd-buraxılış məntəqəsinin qurulması Azərbaycanın müasir dövlətçilik tarixində ərazi bütövlüyünün və suverenliyinin tam bərpası istiqamətində atılmış ən həlledici addımlardan biri hesab olunur.
Sözügedən ərazi artıq regionun təhlükəsizlik sisteminin sarsılmaz hissəsidir.

17 yaşlı tələbə qız faciəvi şəkildə öldü
Bakıda qadın stəkanla döyüldü
Şahbuzda ağır qəza - 3 nəfər ölüb, 9 nəfər yaralanıb
Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib
Zəngəzur dəhlizi üçün yeni tarix açıqlandı
Zelenskinin ofisində axtarış aparıldı
Zelenski Rusiyanın zərbələrinə cavab hazırladıqlarını açıqladı
Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO
Meloni İlham Əliyevə təşəkkür etdi
Bir stəkan su ilə dünyaya diplomatiya dərsi - Deputat yazır
Deputatlar məktəb illərini necə xatırlayır? - 'Müəllim məni döyürdü
"Sabah" ev oyunlarını bu stadionda keçirəcək
Şahbuzdakı ağır qəzada ölənlərin FOTOLARI
ABŞ Ermənistanı Azərbaycanla razılığa gəlməyə necə inandıra bilib?
Toydan çıxdı, faciəvi şəkildə öldü - Sürücü tutuldu