Azərbaycanın 5 vətəndaşı Suriyadan repatriasiya olundu
Suriya Ərəb Respublikasının münaqişə bölgəsindən 21 aprel 2026-cı il tarixində iki qadın və üç uşaq olmaqla, ümumilikdə beş Azərbaycan vətəndaşının Türkiyə üzərindən Azərbaycana repatriasiyası həyata keçirilib.
Bu barədə azxeber.com-a Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.
Qeyd olunub ki, proses Azərbaycan hökuməti tərəfindən görülmüş mərhələli və koordinasiyalı tədbirlər nəticəsində Azərbaycan Prezidentinin 2023-cü il 28 oktyabr tarixli 2336 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici ölkədə çətin həyat şəraitində olan yetkinlik yaşına çatmayan Azərbaycan vətəndaşlarının repatriasiyası və reabilitasiyası Qaydaları"nın müvafiq müddəalarına uyğun baş tutub.
İlk növbədə, repatriantların yeri, şəxsiyyəti və Azərbaycan vətəndaşlığına mənsubiyyəti müəyyən edilib və daha sonra Türkiyə ərazisinə keçidi təşkil olunub.
İraq və Suriyadan Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul olan müvafiq dövlət qurumlarının nümayəndələri Türkiyənin İstanbul şəhərinə ezam edilib, repatriantların ilkin tibbi və psixoloji müayinəsinin həyata keçirilməsi təmin olunub.
Azərbaycanın Türkiyədəki Səfirliyi və İstanbuldakı Baş Konsulluğu tərəfindən müvafiq əlaqələndirmə işi aparılmaqla vətəndaşlarımız Azərbaycana qayıdış şəhadətnamələri və uçuş biletləri ilə təmin edilib.
21 aprel 2026-cı ildə nümayəndə heyətinin müşayiəti ilə qeyd olunan vətəndaşların Azərbaycana repatriasiyası həyata keçirilib.
Repatriantların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
"Xarici ölkələrin ərazisində silahlı münaqişənin qurbanına çevrilmiş Azərbaycan vətəndaşlarının repatriasiyası üçün zəruri tədbirlərin görülməsi davam etdiriləcək", - deyə XİN-dən vurğulanıb.

17 yaşlı tələbə qız faciəvi şəkildə öldü
Bakıda qadın stəkanla döyüldü
Şahbuzda ağır qəza - 3 nəfər ölüb, 9 nəfər yaralanıb
Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib
Zəngəzur dəhlizi üçün yeni tarix açıqlandı
Zelenskinin ofisində axtarış aparıldı
Zelenski Rusiyanın zərbələrinə cavab hazırladıqlarını açıqladı
Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO
Meloni İlham Əliyevə təşəkkür etdi
Bir stəkan su ilə dünyaya diplomatiya dərsi - Deputat yazır
Deputatlar məktəb illərini necə xatırlayır? - 'Müəllim məni döyürdü
"Sabah" ev oyunlarını bu stadionda keçirəcək
Şahbuzdakı ağır qəzada ölənlərin FOTOLARI
ABŞ Ermənistanı Azərbaycanla razılığa gəlməyə necə inandıra bilib?
Toydan çıxdı, faciəvi şəkildə öldü - Sürücü tutuldu