AAYDA-da da maliyyə nöqsanları aşkarlandı

AAYDA-da da maliyyə nöqsanları aşkarlandıAvtomobil yolları üzrə vəsaitlərin idarə olunmasında nöqsanlar var.
azxeber.com Report-a istinadən xəbər verir ki, bu barədə Hesablama Palatasının "Dövlət auditi" bülletenində bildirilib.
Sənədə əsasən, audit zamanı avtomobil yollarına ayrılan vəsaitlərin effektivliyi təhlil olunub. Müqayisə nəticəsində müəyyən edilib ki, 2024-cü ildə (piyada keçidləri, tunellər, körpülər və yol ötürücüləri nəzərə alınmadan) 1 kilometr yol üçün orta hesabla 17 012 manat vəsait ayrılıb. Bu göstərici 2023-cü ildəki 17 037 manatla müqayisədə demək olar ki, dəyişməyib.
Eyni zamanda, 2024-cü ildə "Avtomobil yolları" Məqsədli Büdcə Fondunun gəlirlərini formalaşdıran mənbələr üzrə daxilolmaların ümumi məbləği 330 milyon manat proqnoza qarşı 506,43 milyon manat və yaxud 153,5 % səviyyəsində icra olunub ki, bu da 176,4 milyon manat artıq vəsait deməkdir.
Auditdə qeyd olunub ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) maliyyə fəaliyyətində, xüsusilə xərclər smetasının planlaşdırılması və icrası sahəsində çatışmazlıqlar mövcuddur.
Belə ki, maliyyə vəsaitlərinin idarə olunması zamanı Vergi Məcəlləsinin, eləcə də Maliyyə Nazirliyinin müvafiq qərarı ilə təsdiq edilmiş mühasibat uçotu qaydalarının tələblərinə tam əməl olunmayıb. Xərclərin gəlirdən çıxılan (əməliyyat xərcləri) və çıxılmayan (kapitallaşdırılmalı xərclər) istiqamətlər üzrə düzgün qruplaşdırılması təmin edilməyib. Bu isə maliyyə uçotunun beynəlxalq standartlara uyğun aparılmasında problemlərin olduğunu göstərir.
Bundan əlavə, Agentlik 2024-cü ilin xərclər smetasında və müvafiq qaydalarda nəzərdə tutulmadığı halda məqsədli büdcə fondunun vəsaitləri hesabına 19 milyon 599,5 min manatı bank kreditləri üzrə ödənişlərə yönəldib. Auditə görə, bu yanaşma avtomobil yollarının və onlarla əlaqədar mühəndis qurğularının, eləcə də təhkim zolaqlarının saxlanılması və təmiri ilə bağlı xərclərin qarşılanmasında məhdudiyyətlər yaradıb, eyni zamanda dövlət büdcəsinin borclarla bağlı hesabatlılığında uyğunsuzluqlara səbəb olub.
Qeyd olunub ki, ümumilikdə bu sahədə vəsaitlərin planlaşdırılması və icrası istiqamətində zəruri tədbirlərin tam həyata keçirilməməsi maliyyə idarəçiliyinin təkmilləşdirilməsinə ehtiyac olduğunu göstərir.

Sosial       Tarix: 22 aprel 2026
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakıda valideynlərinin işgəncə verdiyi bacı-qardaşın taleyi necə olacaq? - RƏSMİ AÇIQLAMA

Bakıda valideynləri tərəfindən işgəncə gördükləri üçün evdən qaçan və daha sonra tapılan azyaşlı bacı-qardaşla bağlı daha bir rəsmi açıqlama verilib. -ın sorğusuna cavab olaraq Sosial Xidmətlər Agentliyindən bildirilib ki

Belə evləri alanlar uduzur - Açıqlama

Son illərdə daşınmaz əmlak bazarında qiymət dəyişiklikləri alıcıların diqqət mərkəzindədir. Bir çox vətəndaş mənzil alarkən yalnız hazırkı qiymətə deyil, onun gələcəkdə dəyərinin artıb-artmayacağına da önəm verir. . Mənzili

Beyləqanda "pambıqla baş kəsən" kimlərdir? – "Ağ qızıl" üzərində qara əməliyyatlar

Azərbaycan pambıqçılığı uzun illərdir qeyri-neft sektorunun əsas inkişaf istiqamətlərindən biri kimi təqdim olunur. Dövlət bu sahəyə hər il milyonlarla manat subsidiya ayırır, fermerlərə dəstək proqramları həyata keçirilir

Gələcəyin rəhbərləri üçün ideal seçim – ADNSU Biznes Məktəbinin MBA proqramının üstünlükləri – FOTO

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Biznes Məktəbində MBA proqramı üzrə təhsil almağın bir sıra üstünlükləri var. Bizim.Media xəbər verir ki, sözügedən MBA proqramı gələcəyin rəhbərləri, sahibkarları və qərarvericilər

Ömər Eldarov xəstəxanaya yerləşdirildi

Görkəmli heykəltaraş Ömər Eldarovun vəziyyəti pisləşib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, 99 yaşlı akademik Eldarov Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilib. Ö.Eldarov hazırda orada müalicə alır

Ucuz bilet almaq istəyənlərin diqqətinə - Açıqlama

İstirahət mərkəzləri, hotellər və ya turizm xidmətləri üçün bazar qiymətindən xeyli aşağı məbləğ təklif edərək vətəndaşlardan əvvəlcədən ödəniş alınması, lakin sonradan xidmətin göstərilməməsi və ya ümumiyyətlə belə təklifi

Okeanlarda çalışan azərbaycanlıların qazancı: Kim nə qədər maaş alır?

Xəbər verdiyimiz kimi, Dövlət Dəniz və Liman Agentliyi xarici sularda üzən gəmilərdə çalışan azərbaycanlı dənizçilərə müraciət edib. Belə ki, son aylarda xarici sularda üzən gəmilərdə çalışan azərbaycanlı dənizçilərin həla

Azərbaycan Milli Mətbuatı 151 yaşını qeyd edir

Bu gün Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür. xəbər verir ki, ölkədə ilk mətbu orqanın – əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş "Əkinçi" qəzetinin nəşrə başladığı 22 iyul tarixi 1991-ci ildə

Neft qiymətləri ucuzlaşdı

Dünya birjalarında neftin qiymətində enmə qeydə alınıb. xəbər verir ki, "ICE London" qitələrarası birjasında aparılan ticarət zamanı 2026-cı ilin avqust ayı üzrə "Brent" markalı neftin fyuçersləri 0,47


son xeberler yeni xeberler azerbaycan xeberleri xəbərlər.com xeber.az bu gun son xeberler az gunun xeberleri