Cəbrayılda "sivilizasiyaların müharibəsi" ssenarisi... - ŞƏRH

Cəbrayılda "sivilizasiyaların müharibəsi" ssenarisi... - ŞƏRHCəbrayılda "sivilizasiyaların müharibəsi" ssenarisi... - ŞƏRH
Ermənilər Azərbaycanın Cəbrayılda "kilsə"ni dağıtdığını iddia edirlər.
"Report"un xəbərinə görə, siyasi icmalçı Asif Nərimanlı bildirib ki, işğal dövründə bütün dini-mədəni irsi məhv edən bir ölkənin belə bir iddiası həyasızlıq olmaqla yanaşı, məkrli planlarından da xəbər verir:
"Kampaniyanın hədəfi xristian dünyasının diqqətini Qarabağa çəkmək və Azərbaycana qarşı mübarizədə dəstək qazanmaqdır. Hətta belə planların işğaldan öncə bu günlər üçün hazırlandığını da deyə bilərik".
Onun sözlərinə görə, ermənilər dağıdıldığı iddia etdikləri "kilsə"ni Zoravor Surp Astvatsatsin (Qüdrətli Tanrının Müqəddəs Anası) adlandırırlar. Əslində bunun əsgərlərin istifadə etdikləri tikili olduğu haqda məlumatlar var:
"Bu adda kilsə İrəvanda yerləşir və vaxtilə Alban katolikosluğuna məxsus olub. Çar Rusiyası tərəfindən Alban katolikosluğunun ləğvi və bütün mülkiyyətinin erməni qriqorian kilsəsinə verilməsindən sonra kilsə də erməniləşdirildi: Zoravor (qüdrətli) sözü də ermənilərin sonradan əlavə etdiyi ifadədir.
Ermənilər Cəbrayılda dağıdılığını iddia etdikləri "kilsəni" 2017-ci ildə tikiblər. Sual yaranır: Düzənliyə çevirdikləri və yalnız heyvandarlıq üçün istifadə etdikləri ərazilərdə niyə kilsə tikmişdilər?
Cavabın bu torpaqları qriqorianlaşdırmaq (erməniləşdirmək) olduğu məlumdur, lakin istisna deyil ki, bu ərazilərin nə vaxtsa işğaldan azad ediləcəyi ehtimalına qarşı indi apardıqları kampaniyanın təməlini də qoymaq planları olub.
Və bu, bir neçə il öncə tikdikləri "kilsənin" müharibədən öncə, yaxud müharibənin gedişatında ermənilər tərəfindən dağıdıldığı ehtimalını yaradır. Azərbaycan Ordusunun Cəbrayılı azad edəndə hər şeyin yerlə-yeksan edildiyi mənzərəsi bu ehtimalı gücləndirir.
Erməni təbliğatı maksimum sürətlə öz işini davam edir: kampaniyaya hazırlıq və arxasında hansı qüvvələrin olduğu maraqlıdır.
- Döyüşlərin getdiyi vaxt müharibəni xristian-müsəlman qarşıdurması kimi qələmə vermək cəhdləri edilirdi, bunun arxasında həm də bir sıra ölkələr, xüsusilə Fransanın dəstəyi var idi;
- Müharibə başa çatsa da, eyni cəhdlər davam edir və yenə eyni qüvvələrin ortaq hərəkəti görünür: "kilsə şousu" dünən başladı və eyni gündə Ermənistan xarici işlər naziri Ara Ayvazyan baş separatçı Araiklə müzakirə apardı. Qasparyanın "hərbi qiyamı" başladığı ilk günlərdə çətin vəziyyətə düşən Nikol Paşinyana qarşı Ayvazyanın Avropadakı səfirlərlə "bunt" hazırladığı və sifarişin Fransadan gəldiyi haqda yazmışdıq. Münaqişənin həllindən, həm də bölgədən uzaq düşən Makron Ermənistanda diplomatlar vasitəsilə fors-major situasiyaya hazırlaşırdı. İndi Ayvazyanın və başçılıq etdiyi idarənin "kilsə şousu"nu diplomatik kanallarla dünya gündəminə çıxarmaq cəhdləri təsadüfi deyil;
- Martın əvvəlində Avropada erməni diaspor təşkilatları və Eçmiədzin kilsəsi "Dağlıq Qarabağ və ətraf ərazilərində xristian tarixi və mədəni irsi" adlı veb-simpoziumlar təşkil edirdi və bu, şounun Avropa paytaxtlarında hazırlandığı versiyasını önə çıxarır;
Və ən maraqlı məqam Paşinyanın Azərbaycanla kommunikasiyanın açılmasına dair müsbət mesajları, bölgədə əməkdaşlığı gücləndirəcək növbəti addımların atılacağı xəbərlərinin yayılmasından dərhal sonra bu kampaniyanın başlanmasıdır.
Proseslərin inkişafı kampaniyanın arxasında təkcə Ermənistanın yox, həm də bölgə üzərində maraq müharibəsi tərəflərinin olduğunu deməyə əsas verir: "sivilizasiyaların müharibəsi" ssenarisini oynayırlar...". /oxu.az

Siyasi       Tarix: 27 mart 2021
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına

Azərbaycan xalqı həm öz qonşularına münasibətdə, həm də ölkə daxilindəki digər etnosların nümayəndələrinə, onların dini etidaqlarına münasibətdə dünyanın ən tolerant xalqlarından biridir. Bizim dövlətimiz də bütün qonşularl

Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."

ABŞ rəsmiləri İranın son addımları və bölgədəki vəziyyətlə bağlı sərt bəyanatlar səsləndiriblər. KONKRET.azxəbər verir ki, ABŞ rəhbərliyindən bildirilib ki, iranlılar öz hərəkətlərində səhvə yol verdiklərini anlayırlar. "Onla

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 27-də Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar. xəbər verir ki, dövlətimizin başçısı Zəfər abidəsinin önünə əkli

Türkiyədə Azərbaycana qarşı kampaniyanın səbəbi nədir? – Cavanşir Abbaslıdan AÇIQLAMA

Son günlər Türkiyə mediasında Azərbaycan əleyhinə müxtəlif yazı və fikirlərin yayılması iki ölkə arasındakı münasibətlər fonunda diqqət çəkib. Bəzi dairələrin bu mövqedən Azərbaycan-Türkiyə əlaqələrinə təsir göstərməyə çalışdığ

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Bu gün Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti və etibarlılığı beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxal

Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı

"İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri və Böyük Qayıdış Proqramının icrası uğurla davam etdirilir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğ

Prezident "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026" 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisini


yeni xeberler azerbaycan xeberleri son xeberler xeber.az bu gun hava proqnozu son xəbər metbuat xeberleri