Cəbrayıllılar doğma yurdlarına qayıdırlar

Cəbrayıllılar doğma yurdlarına qayıdırlarCəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Cəbrayıl şəhəri və rayonun kəndləri işğal müddətində ermənilər tərəfindən dağıdılıb yerlə yeksan edilmişdir.
Cəbrayıl şəhəri, tarixi baxımdan əhəmiyyətli bir bölgədə yerləşir. Şəhər, 1923-cü ildən rayon mərkəzi statusunu daşımışdır. Tarixən, Cəbrayıl həm strateji, həm də iqtisadi cəhətdən önəmli bir mərkəz olub. Cəbrayılın iqtisadiyyatı, tarixi və mədəni sərvətləri ilə yanaşı, kənd təsərrüfatına əsaslanırdı.
İşğal nəticəsində cəbrayıllı məcburi köçkünlər respublikamızın müxtəlif bölgələrində məskunlaşmışlar. Təkcə Abşeron rayonu kənd və qəsəbələrində, eləcədə keçmiş idarə və müəssisələrin köhnə binalarında, yataqxanalarda 2043 ailə-7775 nəfər cəbrayıllı məcburi köçkün müvəqqəti yaşayırdılar. Bu gün Cəbrayılın azad olunması, onun sakinlərinin həyatına yeni ümid gətirmişdir.
2016-cı il Aprel döyüşləri, nəticəsində Azərbaycan Ordusu Ermənistanın hücumunun qarşısını aldı. Bu sırada Lələtəpə kimi strateji yüksəklik də işğaldan azad olundu və bununla da Böyük qayıdışın təməli qoyuldu.
30 ilə yaxın müddət ərzində Azərbaycanın 20 faiz torpaqlarını işğal altında saxlayan Ermənistan sadəcə olaraq vaxt udmaq və havadarlarının köməyi ilə bizim işğalla barışmağımızı istəyirdi. 
Nəhayət 27 sentyabr 2020-ci il Azərbaycan öz torpaqlarını azad etmək üçün Ali Baş Komandan İlham Əliyevin əmri ilə əks hücuma keçdi. 44 günlük  Vətən Müharibəsi dövründə  məhz oktyabrın 4-də Cəbrayıl şəhəri düşməndən azad edildi. Cəbrayılın işğaldan azad edilməsi böyük Zəfərin başlanğıcı oldu.
Cəbrayıl rayonu uğrunda ağır döyüşlər getdi, düşmən bu istiqamətlərdə də ciddi müdafiə sədləri qurmuşdu. Azərbaycan Ordusunun qətiyyəti ilə bu sədlər darmadağın edildi. 
Zəfərdən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərən¬ca¬mı ilə "Cəbrayı¬lın işğaldan azad olunmasına görə" medalı və həmçinin Ölkə başçısının 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edildi. 4 oktyabr isə Cəbrayıl şəhəri günü kimi müəyyən olundu. 
Bu gün artıq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin işğaldan azad edilmiş ra¬yon¬lara hər səfəri quruculuq işlərinin  məsuliyyətinə hesablanır. Cəbrayılın azad olunması, regionun sosial-iqtisadi inkişafına və mədəni irsin qorunmasına yeni imkanlar açmışdır.
Prezident, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Cəbrayıl rayonunda aparılan bərpa quruculuq işləri öz bəhrəsini verməkdədir. Məcburi köçkünlər öz ata-baba yurdlarına böyük sevinc, fərəh hissi ilə qayıdırlar. Bu gün I mərhələdə Cəbrayıl şəhərinə qayıdan məcburi köçkünlərdən 10 ailə-32 nəfər Abşeron rayonunda müxtəlif idarə və müəssisələrdə müvəqqəti məskunlaşmış sakinlərdir.
Erməni  vandalizmindən qurtulan torpaqlarımıza artıq yeni nəfəs qayıdır.  Ali Baş Komandan İlham Əliyev: "30 ilə yaxındır ki, erməni cəlladları torpağımızı işğal edib, bizim bütün tarixi, dini, mədəni abidələrimizi darmadağın edib dağıdıblar... Biz bütün şəhərləri bərpa edəcəyik. Bu bölgələrə həyat qayıdacaq..."
Eltac İsmayılov
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin
Abşeron-Xızı Rayonları Bölməsinin məsləhətçisi / azxeber.com

Sosial       Tarix: 04 oktyabr 2024
f Paylaş

Oxşar xəbərlər

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Ülvi Cəfərova ağır itki - Foto

Əməkdar incəsənət xadimi, professor Əliqismət Lalayev və "Şeron" qrupunun bədii rəhbəri, tanınmış müğənni, aktyor və prodüser Ülvi Cəfərova ağır itki üz verib. Əliqismət Lalayevin bacısı, Ülvi Cəfərovun isə anas

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

Magistraturada 949 plan yeri niyə boş qaldı? - Ekspert səbəbləri açıqladı

Xəbər verdiyimiz kimi, magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən 1457 bakalavrdan 508 nəfəri ali təhsil müəssisələrinin magistratura səviyyəsin

Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər

Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur. Sosioloq Hüseyn İbrahimov yeni sabah-a açıqlamasınd

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard


son xeberler azerbaycan xeberleri yeni xeberler son xabarlar cəbhədən son xeber son xəbərlər beynelxalq bank mezenne