Cəfər Xəndanın Şah İsmayılla bağlı yazısı üzə çıxdı - Təbrizdə çap olunub

Cəfər Xəndanın Şah İsmayılla bağlı yazısı üzə çıxdı - Təbrizdə çap olunubSəfəvişünas alim Elnur Nəciyev görkəmli ədəbiyyatşünas Cəfər Xəndanın Şah İsmayılla bağlı məqaləsini üzə çıxararaq, onu əski əlifbadan latın qrafikalı əlifbaya transliterasiya edib.
KONKRET.az-ın Modern.az-a istinadən məlumatına görə, bu məqalə Təbrizdə çıxan "Vətən yolunda" qəzetinin 1945-ci il 2 sentyabr tarixli nömrəsində dərc olunub.
Cəfər Xəndanın məqaləsini ixtisarla oxuculara təqdim edirik:
"Azərbaycan xalqının siyasi-ictimai tarixində görkəmli mövqe tutan dövlət xadimi Şah İsmayıl, eyni zamanda, Xətai təxəllüsü ilə məşhur olmuş bir şairdir. XV qərinənin (əsrin – E.N.) axırları – XVI qərinənin əvvəllərində yaşamış bu böyük sənətkar təxminən 1486-cı miladi ilində (1487 – E.N.) Ərdəbil şəhərində anadan olmuşdur. Şərq tarixində ona Səfəvi dəxi (də – E.N.) deyilir. Çünki o, məşhur sufi Səfiəddin İshaqın nəslindəndir.
Hələ 15 yaşında ikən sərkərdəliyə başlayan Şah İsmayıl Şirvanı, Bakını, Ərdəbili, Naxçıvanı ələ keçirərək, nəhayət 1502-ci miladi ilində (1501 – E.N.) Təbrizə daxil olur və burada özünü Azərbaycan şahı elan edir.
Cəmi 38 il ömür sürən Xətai Azərbaycan ədəbiyyatı və mədəniyyətinə böyük xidmət etmişdir. O, hakimi olduğu sarayda Azərbaycan dilini rəsmi dövlət dili elan edərək, hətta Türkiyə (Osmanlı – E.N.) sultanı Süleymanın məktubuna azərbaycanca cavab vermişdir.
Xətai öz dövrünün Həbibi, Şahi, Sərvəri kimi şair, alim, rəssam və nəqqaşlarını ətrafına – saraya toplamışdı. Onun dövründə saray, eyni zamanda, mədəni bir mərkəzə çevrilmişdi.
Xətainin Azərbaycan dilində dörd böyük əsəri vardır: "Divan-e Dəhnamə", "Nəsihətnamə", "Mənaqib əl-əsrar" və "Behcət əl-əhrar". Xətainin şeirləri əksərən sadə, xalqın anlayacağı bir tərzdə yazılmışdır. Məşhur Azərbaycan alimi və tarixçisi Abbasqulu Ağa Bakıxanov bu sözləri heç də təsadüfi söyləməmişdir: "Xətainin türk dilində yazdığı şeirlər indi də xalqın əzbərində yaşayır". Milli fəxrimiz olan Şah İsmayıl Xətaini Azərbaycan xalqı hər zaman yad edəcəkdir".

Siyasi       Tarix: 25 may 2025
f Paylaş

Oxşar xəbərlər

İsrail qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirildi – KİV

İsrailin müdafiə qüvvələri İranın qəfil hücum ehtimalı ilə bağlı yüksək hazırlıq vəziyyətinə gətirilib. xəbər verir ki, bu barədə İsrailin mediası məlumat yayıb. Bildirilib ki, ABŞ kəşfiyyatı İran İnqilab Keşikçiləri Korpusunu

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd

İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi

Prezident İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbuna təbrik ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "1 Noyabr – İnqilab Günü münasibətilə Sizi və Sizin simanızda bütü

Ərdoğan Türkiyə prezidentliyini ona təhvil verdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Koreyaya səfəri müddətində prezident vəzifəsini müvəqqəti icra edəcək şəxsin kimliyi bəlli olub. KONKRET. -a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Rəsmi Qəzet"ind

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /

Ombudsman vəzifəsinə namizədlər müəyyənləşib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlər müəyyənləşib. xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə aparılıb. Qeyd edilib ki, Preziden


son xeberler yeni xeberler azerbaycan xeberleri azerbaycanda son xeberler futbol xeberleri xəbər az sou biznes