Cəlilabadda narkotik satan 2 nəfər həbs edildi

Cəlilabadda narkotik satan 2 nəfər həbs edildiCəlilabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı əməliyyat tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Open.az-a verilən məlumata görə, Cəlilabad RPŞ-nin əməkdaşlarının keçirdikləri növbəti tədbir zamanı narkotik maddələrin satışı ilə məşğul olan daha 2 nəfər tutulub.
Əməliyyat zamanı paytaxt sakini Səbuhi Gülməmmədov və Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Ağamirzə Salahov Ələt-Astara magistral yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində saxlanılıblar.
S.Gülmməmədovun əlindəki və idarə etdiyi avtomobildəki bağlamalara baxış zamanı ümumi çəkisi 2 kiloqram 150 qram olan narkotik vasitə - tiryək və 555 qram narkotik vasitə - heroin aşkar olunaraq götürülüb. Saxlanılan şəxslər ifadələrində narkotik vasitələrin onlara məxsus olduğunu və satmaq niyyəti ilə əldə etdiklərini bildiriblər.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və saxlanılan şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaq-əməliyyat tədbirləri davam etdirilir. /open.az

Hadisə       Tarix: 26 fevral 2020
f Paylaş

Oxşar xəbərlər

Bakıda qanlı dava: İki ayağından bıçaqlandı

Bakının Nərimanov rayonunda dava zamanı 37 yaşlı şəxs bıçaq xəsarətləri alıb. KONKRET.azxəbər verir ki, hadisə Əliəşrəf Əlizadə küçəsində, Elm və Təhsil Nazirliyinin binasının qarşısında qeydə alınıb. Məlumata görə, Zaqatal

Oyun oynadığına görə ərini bıçaqladı - Rusiyada kuryoz hadisə

Rusiyanın Kronştadt şəhərində sərxoş qadın kompüter oyunlarına aludə olan və ona diqqət göstərməyən həyat yoldaşını bıçaqlayıb. KONKRET.azxəbər verir ki, bu barədə Rusiyanın " portalı məlumat yayıb. Bildirilir ki, spirtl

Faciəvi şəkildə ölən Vəli Nofəl Süleymanovun qardaşı imiş

Xəbər verdiyimiz kimi, Ağcabədidə 24 yaşlı Vəli Süleymanov elektrik cərəyanı vurması nəticəsində vəfat edib. xəbər verir ki, faciəvi şəkildə həlak olan gənc məşhur mərhum gitara ifaçısı Nofəl Süleymanovun ögey qardaşıdır

Bakıda "Rənc Rover" ağır qəza törətdi: ölən var

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib. KONKRET. -a istinadla xəbər verir ki, hadisə bu gün günorta saatlarında Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsində baş verib. Küçədə hərəkətdə olan "Rən

Vətən müharibəsi qazisi bıçaqlandı

Ağdərə rayonunun Suqovuşan qəsəbəsində bıçaqlanma hadisəsi baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayon sakini, Vətən müharibəsi qazisi Sadiq Abbaslı bıçaqlanıb. İlkin məlumata görə, hadisəni onun həmyerlis

Kürdəmirdə yük maşını aşıb - Xəsarət alan var

Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib. -ın məlumatına görə, Gədəbəy sakini Vahid Allahverdiyevin idarə etdiyi "KamAz" markalı yük avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü xəsarət alıb. Faktl

Tovuzda kişi anasına əsəbiləşdi, orta məktəbə gəlib arvadını döydü

Tovuz rayonunda kişi arvadını orta məktəbdə döyüb. -ınoxu.az-a istinadən məlumatına görə, hadisə şəhər ərazisindəki orta məktəblərdən birində baş verib. Rayon sakini, 1994-cü il təvəllüdlü Elvin Məmmədov (soyad şərtidir

Nəsimidə oğurluq edən iki nəfər saxlanıldı

Paytaxtın Nəsimi rayonunda baş verən iki ayrı oğurluq faktı üzrə şübhəli şəxslər polis tərəfindən saxlanılıb. xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, keçirilən əməliyyat-axtarış tədbirlər

Tanınmış alpinist infarkt keçirdi

Azərbaycanın tanınmış alpinisti və dağ bələdçisi Sirxan Məmmədov infarkt keçirib. xəbər verir ki, bu barədə məlumatı sosial şəbəkə hesabında tanınmış fotoqraf Aleksey Lyokin paylaşıb. O, alpinistin səhhətində ciddi proble


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən yeni xəbərlər cəbhədən son xəbərlər 2026 son xabarlar cəbhədən ən son xəbər