Cəmi 27 gün yaşadı: Əməliyyatdan əvvəl bu analiz mütləqdir, yoxsa... — AÇIQLAMA

Cəmi 27 gün yaşadı: Əməliyyatdan əvvəl bu analiz mütləqdir, yoxsa... — AÇIQLAMATürkiyədə hələ bir ayı tamam olmamış körpənin sünnət əməliyyatından sonra dünyasını dəyişməsi narahatlıq doğurub. Cəmi 27 günlük olan körpənin ölümü bu cür tibbi prosedurların risklərini və təhlükəsizlik qaydalarını yenidən müzakirə obyektinə çevirib. Valideynləri qorxuya salan hadisə kiçik yaşlı uşaqlarda cərrahi müdaxilələrin nə dərəcədə həssas bir məsələ olduğunu ortaya qoyur.
KONKRET.az xəbər verir ki, Məsələ ilə bağlı Demokrat.az-a danışan tibb eksperti Şahvələd Məmmədov bildirib ki, 27 günlük körpənin sünnətdən sonra ölümü ciddi problem hesab olunur:
"Təbii ki, bu, uşaq ölümü kimi qiymətləndirilir və çox təəssüf doğurur. Sünnət proseduru mütləq tibbi personal tərəfindən həyata keçirilməlidir. Əgər əməliyyat təcrübəsiz şəxslər, məsələn, təsadüfi insanlar və ya qeyri-peşəkarlar tərəfindən icra olunarsa, ciddi risklər yaranır. Uşaq cərrahi əməliyyatları isə tamamilə fərqli yanaşma tələb edir", – deyə ekspert qeyd edib.
Şahvələd Məmmədov əlavə edib ki, əməliyyatdan əvvəl uşağın sağlamlıq vəziyyəti diqqətlə qiymətləndirilməlidir:
"Uşağın qanama riski olub-olmaması, qanaxmaya meyilli xəstəlikləri olub-olmaması müəyyən edilməlidir. Bu körpə ən azından qanama nəticəsində həyatını itirib. Buna görə də risk faktorları olan uşaqlar əməliyyatdan əvvəl mütləq tibbi müayinədən keçməlidir", – deyə ekspert bildirib.
O vurğulayıb ki, qan analizi və laxtalanma faktorlarının yoxlanması sünnətin təhlükəsizliyini təmin etmək üçün vacibdir:
"Yəqin ki, burada baş vermiş ölümün səbəbi qan laxtalanma problemi olub", – deyə Şahvələd Məmmədov qeyd edib.
Qeyd edək ki, hadisə valideynlər və tibb ictimaiyyəti üçün uşaq əməliyyatlarının təhlükəsizliyinə diqqəti artıran ciddi xəbərdarlıqdır.

Hadisə       Tarix: 13 fevral 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı

Xəbər verdiyimiz kimi, Baş Prokurorluq Türkiyənin 7 vətəndaşına qarşı cinayət işi açıb ki, onlardan da biri Fateh Tezcandır. -a istinadən xəbər verir ki, Fateh Tezcan 1976-cı ildə İstanbulun Bakırköy rayonunda anadan olub

Kürdəmirdə qatar 50 yaşlı kişini vurub öldürüb? - YENİLƏNDİ 

"Azərbaycan Dəmir Yolları" QSC hadisə ilə bağlı məlumat yayıb. Bildirilib ki, bu gün səhər saatlarında Kürdəmir sahəsində hərəkətdə olan yük qatarının maşinisti yolun kənarında bir nəfər kişi meyiti aşkarlayıb:

Masazırda ağır qəza: ölən var

Masazırda avtomobil piyadanı vuraraq öldürüb. KONKRET.azxəbər verir ki, Vahim Xankişi oğlu Vahidov idarə etdiyi "Mersedes Benz Viano" markalı avtomobillə Abşeron rayonu, Masazır kəndi, Duzlu göl adlanan ərazid

Makiyaj edib dərsə gedən şagirdin atası həbs edildi

Paytaxtın Qaradağ rayonunda yerləşən məktəblərin birində kosmetik vasitələrdən istifadə edən 9-cu sinif şagirdi dərsə buraxılmadığına görə insident baş verib. APA-ya istinadla xəbər verir ki, şagirdin atası Çingiz Balabəyo

İmran Əliyevə 12 il iş istənildi

"Məclis.info" saytının rəhbəri İmran Əliyev, ictimai fəal Elgiz Qəhrəman və Tamella Musayevanın cinayət iş üzrə məhkəmənin növbəti prosesi keçirilib. xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində haki

Bakıda minik avtomobili atla toqquşdu

Paytaxtın Yasamal rayonunun Yeni Yasamal yaşayış massivində minik avtomobili atla toqquşub. KONKRET.azxəbər verir ki, hadisə saat 16 radələrində Murad Mirzəyev küçəsi ilə Əsəd Əhmədov küçəsinin kəsişməsində baş verib. Hadis

Bakının əsas prospekti buna görə iflic oldu

Xətai rayonu, 8 Noyabr prospekti ilə Süleyman Əhmədov küçəsinin kəsişməsində yük avtomobili texniki nasaz olması səbəbindən yolun hərəkətin hissəsində qalıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

"Mərdəkanlı Amin"in qardaşı ilə bağlı QƏRAR

Paytaxtın Xəzər rayonunda yaxın qohumunu güllələyərək qətlə yetirməkdə təqsirləndirilən Pərviz Xudaverdiyev və onun əmisi oğlu Seymur Xudaverdiyevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası baş

Hərəkətdə olan sərnişin avtobusu anidən alışıb yandı

Ucarda sərnişin avtobusu yanıb. KONKRET.azAPA-ya istinadla xəbər verir ki, hadisə bu gün Bakı-Qazax magistralının rayonun Qarabörk kəndindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olar "İkarus" markalı sərnişi


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən son vəziyyət son xeber.az xeber saytlari az xeber