Çempionlar Liqası: 1/8 final mərhələsinin püşkü atılacaq
Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi keçiriləcək.
Publika.az xəbər verir ki, Avropa futbol qurumunun İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.
Püşk zamanı komandalar iki səbətdən çıxarılacaqlar:
Səpələnmişlər: "Barselona" (İspaniya, F qrupu), "Bavariya" (Almaniya, B qrupu), "Yuventus" (İtaliya: D qrupu), "Leyptsiq" (Almaniya, G qrupu), "Liverpul" (İngiltərə, E qrupu), "Mançester Siti" (İngiltərə: C qrupu), PSJ (Fransa, A qrupu), "Valensiya" (İspaniya, H qrupu)
Səpələnməmişlər: "Atalanta" (İtaliya: C qrupu), "Atletiko" (İspaniya, D qrupu), "Çelsi" (İngiltərə, H qrupu), "Borussiya" (Dortmund, Almaniya, F qrupu), "Lion" (Fransa, G qrupu), "Napoli" (İtaliya, E qrupu), "Real Madrid" (İspaniya, A qrupu), Tottenhem" (İngiltərə, B qrupu)
Səpələnmişlər səbətindəki komandalar cavab görüşünü öz meydanlarında keçirəcəklər. Püşkdə heç bir komanda öz ölkəsindən olan və qrupda qarşılaşdığı klubla düşə bilməz.
1/8 final mərhələsinin ilk oyunları 18-19 və 25-26 fevralda, cavab görüşləri 10-11 və 17-18 martda keçiriləcək. 1/4 final, yarımfinal və final mərhələlərinin püşkü isə martın 20-də atılacaq. /publika.az

ABŞ-ın İrana əsas tələbləri açıqlandı: Razılaşma buna görə baş tutmur
Macarıstan prezident postuna namizəd axtarır - Şahmat ustası imtina etdi
Bakıda "Neftçi"yə 2 qol vuran Vardanyandan açıqlama
Azərbaycan və Moldova sahibkarları arasında B2B görüş keçirildi - FOTOLAR
İran 7 ölkəyə hücumla bağlı xəbərdarlıq etdi
"Dövlət şirkətlərində maaşlar baş nazirin maaşından yüksək ola bilməz" — Macar
Gəncədə iki bacını avtomobil vurdu
Neft bahalaşdı: Brent 96 dolları keçdi
Rusiyalı qapıçı matç zamanı öldü
"Barselona" yeni hücumçu aldı
"Zirə" ilk matçda "Payde"yə məğlub oldu - Konfrans Liqası
Bu universitetə magistr qəbulu ləğv edildi
Azərbaycan nefti 109 dolları keçdi
Yevlax sakini həmyerlisini qətlə yetirib
Göyçayda piyadanı maşın vurdu