Çempionlar Liqası: Daha iki komanda pley-offa vəsiqəni təmin etdi
UEFA Çempionlar Liqasının qrup mərhələsinin IV turunda daha iki oyun keçirilib.
KONKRET.az oxu.az-a istinadən xəbər verir ki, A qrupunda "Napoli" İtaliyada Niderland "Ayaks"ını qəbul edib.
Rəqibini 4:2 hesabı ilə məğlub edən meydan sahibləri sona 2 tur qalmış pley-offa vəsiqəni rəsmiləşdiriblər.
B qrupunda isə Madrid "Atletiko"su İspaniyada Belçika "Brügge"si ilə üz-üzə gəlib. Görüş qolsuz heç-heçə ilə başa çatıb. Bu nəticə ilə meydan sahibləri vaxtından əvvəl 1/8 finala yüksəliblər.
Çempionlar Liqası
12 oktyabr
A qrupu
20:45. "Napoli" (İtaliya) – "Ayaks" (Niderland) – 4:2
Qollar: İrvinq Losano, 4. Cakomo Raspadori, 16. Xviça Kvaratsxeliya, 62 (penalti). Viktor Osimhen – Devi Klassen, 49. Stiven Berqveyn, 83 (penalti)
23:00. "Reyncers" (Şotlandiya) – "Liverpul" (İngiltərə)
Xal durumu: "Napoli" – 12 (4 oyuna). "Liverpul" – 6. "Ayaks" – 3 (4 oyuna). "Reyncers" – 0.
B qrupu
20:45. "Atletiko" (Madrid, İspaniya) – "Brügge" (Belçika) – 0:0
23:00. "Bayer" (Almaniya) – "Portu" (Portuqaliya)
Xal durumu: "Brügge" – 10 (4 oyuna). "Atletiko" – 4 (4 oyuna). "Bayer" – 3. "Portu" – 3
Qeyd edək ki, daha əvvəl İspaniya "Real Madrid"i və İngiltərənin "Mançester Siti" komandası pley-offa vəsiqəni təmin edib.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edildi
Əhməd Yılmazdan Azərbaycan çağırışı: Buna öyrəşin
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Hindistanın XİN rəhbəri Azərbaycana gəlir
Milli Məclis Fransadakı hadisələrlə bağlı BƏYANAT YAYDI
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib