Cənab Prezident İlham Əliyev informasiya cəbhəsində yeni bir ənənənin əsasını qoydu' - ŞƏRH

Cənab Prezident İlham Əliyev informasiya cəbhəsində yeni bir ənənənin əsasını qoydu' - ŞƏRH"İlham Əliyevin hər gün ictimaiyyətə açıqlamalar verməsi, tviterdə statuslar paylaşması, Azərbaycan dövlət televiziyası ilə ictimaiyyətə müraciət etməsi informasiya müharibəsində çox fərqli bir yanaşmanı ortaya qoydu".
Bu fikirləri azxeber.com-a Milli Məclisin deputatı Naqif Həmzəyev Prezident İlham Əliyevin 44 günlük Vətən Müharibəsində informasiya müharibəsindəki rolu haqda danışarkən deyib.
Deputat bildirib ki, Azərbaycan prezidenti bütün beynəlxalq platformalarda Ermənistanın işğalçı olduğunu qorxmadan, çəkinmədən bildirirdi:
"Heç kəsə sirr deyil ki, hazırkı dövrdə informasiya məkanında çox böyük mübarizə gedir və faktiki olaraq real müharibə, savaş, eyni zamanda informasiya məkanında da davam etdirilir. Azərbaycan uzun illər başımıza gətirilən müsibətləri ilə bizə qarşı törədilmiş soyqırımların, torpaqlarımızın işğal olunması ilə bağlı həqiqətlərin dünyaya çatdırılması ilə bağlı təxirəsalınmaz işlər həyata keçirdirdi və cənab Prezident İlham Əliyev bütün beynəlxalq platformalarda Azərbaycan həqiqətlərini öz həmkarlarına, diplomatlara, beynəlxaq təşkilatların rəhbərlərinə, əməkdaşlarına, jurnalistlərə, bir sözlə, bütün bu sahə üzrə maraqlı ola biləcək şəxslərə çatdırırdı. 
Ancaq təəssüflər olsun ki, uzun illər ərzində Azərbaycanın apardığı bu təbliğat işləri nəticəsində beynəlxalq təşkilatlar və dünya ictimaiyyəti Azərbaycan həqiqətlərinə birbaşa dəstəklərini nümayiş etdirmirdilər. Onlar ikili standartdan çıxış edirdilər, Ermənistana qarşı hansısa təzyiq tətbiq etmirdilər. Buna baxmayaraq, Azərbaycan həqiqətləri dünyaya çatdırmaqda davam edirdi və Azərbaycan prezidenti də bütün beynəlxalq platformalarda Ermənistanın işğalçı olduğunu, Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini, Ermənistanın terrorçu dövlət olduğunu, Ermənistanın birbaşa şəkildə faşist siyasət həyata keçirdiyini qorxmadan, çəkinmədən səsləndirirdi".
Naqif Həmzəyev həmçinin Prezidentin 44 günlük Vətən Müharibəsində verdiyi müsahiblərdən də danışıb:
"44 günlük Vətən Müharibəsi bütün prosesləri dəyişdi. Azərbaycan öz gücü hesabına BMT-nin 4 qətnaməsini yerinə yetirdi. Azərbaycan ərazi bütövlüyünü bərpa etdi və 44 günlük Vətən Müharibəsinin gedişində də yalnız döyüş meydanında qələbə çalmadı. Azərbaycan informasiya müharibəsində də qalib oldu. Məhz 44 günlük Vətən Müharibəsinin gedişində cənab prezident İlham Əliyevin beynəlxalq informasiya agentliklərinə, televiziyalara, qəzetlərə, jurnallara verdiyi 30-dan çox müsahibə onu deməyə imkan verir ki, bu müsahibələr məhz bu informasiya blokadasının yarılması və Azərbaycan zəfərinin olduğu kimi çatdırılmasında çox böyük rol oynadı. 
Eyni zamanda biz həmin müsahibələrə diqqətlə nəzər yetirsək, görərik ki, jurnalistlərin böyük bir qismi təxribat xarakterli suallarla, ittihamlarla çıxış edirdilər. Ancaq cənab prezident məhz onların öz dillərində yerində, tutarlı arqumentlər səsləndirməklə onların bu təxribatlarının qarşısını ala bilirdi. Cənab prezidentin səsləndirdiyi fikirlər, verdiyi müsahibələr daha sonda tezislərə çevrilir və biz də - Azərbaycan gəncləri bu tezislərdən istifadə edərək informasiya müharibəsini davam etdirirdik. 
Bir sözlə, cənab prezident İlham Əliyev yeni bir ənənənin əsasını qoydu. Bu müsahibələrdə yanaşı, prezidentin hər gün ictimaiyyətə açıqlamalar verməsi, tviterdə statusları paylaşması, Azərbaycan dövlət televiziyası ilə ictimaiyyətə müraciət etməsi də, informasiya müharibəsində çox fərqli bir yanaşmanı ortaya qoydu və bu yanaşma bu gün də ən yüksək formada davam etdirilir".
Millət vəkili sonda əlavə edib ki, informasiya müharibəsindəki ən önəmli məqamlardan biri cənab prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyevanın birlikdə işğaldan azad olunmuş torpaqlara səfərlər etmələri və ermənilərin həmin ərazilərdə törətdikləri vandal siyasəti dünya ictimaiyyətinə göstərmələri olub:
"Müharibə başa çatdıqdan sonra, Azərbaycan zəfərini rəsmiləşdirdikdən sonra, Ermənistan kapitulyasiya aktını imzaladıqdan sonra da cənab prezident bu sahədə işlərini davam etdirdi, məhz müharibə bitəndən bir neçə gün sonra da cənab prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyevanın birlikdə işğaldan azad olunmuş torpaqlara səfərlər etmələri və Ermənilərin həmin ərazilərdə törətdikləri vandal siyasəti dünya ictimaiyyətinə göstərmələri həmin qaynar nöqtələrdən xalqa, dünya ictimaiyyətinə müraciətlər etmələri də informasiya müharibəsindəki ən önəmli məqamlardan biri kimi qeyd edilməlidir".
Mikayıl Mirzəzadə

Siyasi       Tarix: 06 noyabr 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Deputatlar süni intellektdən necə istifadə edir? - SORĞU

Süni intellekt artıq gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. İnsanlar müxtəlif sahələrdə işlərini asanlaşdırmaq, məlumat əldə etmək və vaxt qazanmaq üçün süni intellekt alətlərindən istifadə edirlər. Milli Məclisi

"Bunları etməsəydik, bəzi ölkələr kimi qapı-qapı gəzib gərək kiməsə ağız açaydıq

"Bir daha demək istəyirəm, bu 20 il ərzində görülmüş işlər imkan verdi ki, biz əsas infrastruktur layihələrimizi icra etdik. O vaxt xaricdən həm təbii qaz, həm də elektrik enerjisi alırdıq". xəbər verir ki, bu sözlər

Prezident əfv Sərəncamı imzaladı

Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş bəzi şəxslər cəzanın çəkilməmiş hissəsindən azad ediliblər. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmi

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə

Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir

1 saat danışdılar - Lavrov və Rubio nəyi müzakirə etdi?

Nyu-Yorkda Rusiya xarici işlər naziri Sergey Lavrov ilə ABŞ Dövlət katibi Marko Rubio arasında təkbətək danışıqlar başa çatıb. "RİA Novosti"yə istinadən xəbər verir ki, diplomatik görüş təxminən bir saat davam edib

Prezident icra başçısını vəzifəsindən azad etdi

Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb

Azərbaycan daha bir ölkə ilə vizanı ləğv etdi – Kimlər gedə biləcək?

Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Banqladeşin xarici işlər naziri Xəlilur Rəhman "Azərbaycan Respublikası Hökuməti ilə Banqladeş Xal

"Qısqanclıq kişi ilə qadın arasında olur" - Putin həmin görüşdən danışdı

Rusiya Prezidenti Vladimir Putin ÇXR Sədri Si Cinpinlə ABŞ Prezidenti Donald Trampın Vaşinqtondakı görüşünə qısqanclıqla yanaşmadığını bildirib. TASS-a istinadən xəbər verir ki, Rusiya dövlət başçısı bu cür hisslərin beynəlxal

Azərbaycan 3 ölkə ilə viza rejiminin sadələşdirilməsinə dair sazişlər imzalayıb - FOTOLAR

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Sent-Kits və Nevis, Antiqua və Barbuda, həmçinin Benin xarici işlər nazirləri ilə görüşüb. xəbər verir ki, görüşlər zaman


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeberler az valyuta mezennesi 2026 valyuta mezennesi banklar beynelxalq bank mezenne