"Cənnət bağı"nda minlərlə ağac kəsməyə görə cinayət işi başlanıldı

"Cənnət bağı"nda minlərlə ağac kəsməyə görə cinayət işi başlanıldıBaş Prokurorluq qanunsuz ağac kəsmə ilə bağlı məlumat yayıb.
Qurumun Mətbuat Xidmətindən Open.az-a daxil olan məlumatda deyilir:
"Ölkəmizdə bütün sahələrdə olduğu kimi, ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi və təbii ehtiyatlardan səmərəli istifadə olunması istiqamətində mühüm işlər görülür. Lakin bəzi hallarda ətraf mühitin mühafizəsi qaydalarının pozulması halları müşahidə olunur və prokurorluq orqanları tərəfindən belə hallara qarşı ən ciddi mübarizə tədbirləri davam etdirilir.
Belə ki, Altıağac Milli Parkında yerləşən "Cənnət bağı" istirahət mərkəzinin ərazisində ağac və kolların məhv edilməsi barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) daxil olmuş material üzrə Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.
Aparılan araşdırmalarla "Cənnət bağı" istirahət mərkəzinin ərazisində müxtəlif cinsli 2 036 ədəd ağacın və 103 ədəd kolun qanunsuz kəsilərək məhv edilməsi, eləcə də həmin istirahət mərkəzində saxlanılan marallar tərəfindən müxtəlif cinsli 3 589 ədəd ağacın gövdəsi və qabığının yeyilərək məhv olması nəticəsində təbiətə ümumilikdə 30 min 240 manat məbləğində ziyanın dəyməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Baş Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 259.2.4 (qanunsuz ağac kəsmə, külli miqdarda ziyan vurmaqla törədildikdə), 314.1 (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanmaqla istintaqın aparılması Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinə tapşırılıb.
Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları, ətraf mühitə vurulmuş maddi ziyanın məbləğinin müəyyən edilərək ödənilməsinin təmin edilməsi və nəticələrinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər davam etdirilir".

Hadisə       Tarix: 26 sentyabr 2020
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

BMV VAZ-la toqquşdu: 1 ölü, 4 yaralı

Salyanda yol qəzası baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Qırxçıraq kəndi ərazisində qeydə alınıb. BMV və VAZ markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər ölüb, 4 nəfər – Neftçala rayon sakinlər

Naxçıvanda yeniyetmə bıçaqlandı

Naxçıvanda 16 yaşlı yeniyetmə bıçaqlanıb. -ın əldə etdiyi məlumata görə, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib. Belə ki, mübahisə zamanı 2010-cu il təvəllüdlü S. Məmmədov (ad şərtidir) bıçaqlanıb. Yaralı Naxçıva

Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı

Biləsuvar rayonunda əlverişsiz hava şəraiti elektrik enerjisinin verilişində fasiləyə səbəb olub. xəbər verir ki, ildırım elektrik dayağının izolyatorunu vurub. Nəticədə elektrik təchizatında yaranan problem səbəbindən rayonu

Bakıda yük avtomobili qəza törətdi, yol bağlandı

Nərimanov rayonu, Ziya Bünyadov prospektinin Atatürk prospekti ilə kəsişmədə yük avtomobili qəza törədib. xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumat yayıb. Qəza səbəbindən metronu

Ata ona yeni ayaqqabı alması ilə bağlı irad bildirən qızını döydü

Sumqayıt Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Nağı Kərəmovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. . -a istinadə

İki ay faiz ödədi, üçüncü ay qətl törətdi - Siyəzəndə baş verən qətlin detalları

Siyəzən rayonunda sələmə pul verən qadın qətlə yetirilib. oxuaz-a istinadən xəbər verir ki, hadisə dünən səhər saatlarında rayonun Böyük Həmyə kəndində baş verib. Kənd sakini, 1983-cü il təvəllüdlü Xəyalə Muradağa qızı Ağamalıyev

Kəlbəcərdə ağır qəza: sürücü öldü, arvadı yaralandı

Kəlbəcərdə ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə Kəlbəcər-İstisu avtomobil yolunda qeydə alınıb. Hərəkətdə olan "KİA" markalı minik avtomobili idarəetmədə

Cavid Ağaməliyev həbs edildi

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tərkibindəki "Naxçıvan Aqroservis" ASC-nin mənimsəmə ittihamı ilə saxlanılan sədri Cavid Ağaməliyev məhkəməyə çıxarılıb. -ın məlumatına görə, prokuror cinayəti

Bu yollar təmirə bağlanır - Sürücülərin nəzərinə

Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən Emin Quliyev küçəsində, eləcə də Məhərrəm Seyidov küçəsinin Salyan şossesi ilə kəsişməsindən Şahlar Əsgərov küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işlərinə başlanılır. xəbə


azerbaycan xeberleri son xeberler yeni xeberler xeber saytlari son xeber az valyuta en son xeberler