Cənub bölgəsində HİND CƏNGƏLLİYİ: Lənkəranın bambuk bağından FOTOREPORTAJ

Cənub bölgəsində HİND CƏNGƏLLİYİ: Lənkəranın bambuk bağından FOTOREPORTAJCənub bölgəsində HİND CƏNGƏLLİYİ: Lənkəranın bambuk bağından FOTOREPORTAJ
Adətən, sitrus bağları ilə məşhur olan Lənkəranı bu dəfə oxuculara tamam fərqli gözəlliyi ilə təqdim edəcəyik. Bu maraqlı reportajın sorağını Cəlilabadda aldıq. Dedilər ki, bir nəfər Lənkəran sakini maraqlı təsərrüfat qurub. Belə ki, o, daha çox tropik ölkələrdə rast gəlinən bambuk bitkisini həm becərir, həm də ondan müxtəlif əşyalar düzəldir.
Təsərrüfatın məşhurluğu, hətta xaricilərin belə qulağına çatıb. Gəlib-gedənlərin nə sayı var, nə hesabı.
Lənkərana gəldikdən sonra yerli sakinlərlə maraqlanıb, bambuk meşəsini tapdıq. Qarşımda hündür, dümdüz bambuklar boy-boy düzülüb.
Ətraf isə yamyaşıldır...
Bir anlıq özümü Amazon meşələrində hiss etdim. Elə bildim ki, indicə bir yaquar, ya da anakonda qarşıma çıxacaq. Lakin elə bu anda bir səs eşitdim: "Xoş gəlmişsiniz, buyurun".
Bizi səsləyən bambuk bağını salan Eynulla Calalov idi. Eynulla Calalov 1992-ci ildə Lənkəranın Talışlı kəndinə köçüb, bu ərazini satın alaraq burada bambuk əkməyə başlayıb.
Eynulla Calalov deyir ki, buralarda bambuk ağacları hələ sovetlər dönəmindən olub. Gürcüstandan gətirilən bu bitki balıqçılıq təsərrüfatlarında istifadə üçün nəzərdə tutulubmuş.
Təsərrüfat sahibinin sözlərinə görə, su kənarlarında kol-kos arasında bir-neçə bambuk kökləri qalıbmış. Məhz o köklərdən istifadə edib, bambukları çoxaltmağa başlayıb. Deyir ki, "uşaqlıqdan bu ağacın nəsə əhəmiyyətinin olduğunu bilirdim".
Hazırda bambuk meşəsinin ümumi sahəsi 0,16 hektardır.
Bambuk bir çox xüsusiyyətlərinə görə digər bitkilərdən fərqlənir. Belə ki, bu bitkinin toxumu 5 ildən sonra cücərir. 27 metr hündürlüyə qədər ucala bilir. 45 il sonra toxum verən bu bitki ömrünü sona çatdırır. Hind qamışı kimi də tanınan bambuk dünyanın ən sürətli böyüyən bitkisi hesab olunur.
Cənub bölgəsində HİND CƏNGƏLLİYİ: Lənkəranın bambuk bağından FOTOREPORTAJ30 ildən çoxdur ki, bambuk becərən Eynulla Calalov hələ ki, bu bitkinin toxum verdiyini görməyib. Elə buna görə də təsərrüfatında onları kök vasitəsilə çoxaldır. Artıq buna müvafiq istehsal təsərrüfatı da qurub. Hətta lazımi yerlərə bitkini xammal kimi də satır.
Eynulla Calalovun bambuk bağı həm də cənub bölgəsinə gələn turistlərin ən çox ziyarət etdiyi məkanlardandır.
Söhbət əsnasında öyrəndik ki, çox adam gördüyü gözəllik qarşısında ilhama gələrək, bambuk təsərrüfatı qurmaq eşqinə düşsə də, bu, elə maraq olaraq qalıb. Elə ona görə də Eynulla Calalov neçə illəridir bambuk təsərrüfatı ilə məşğul olan yeganə təsərrüfatçıdır.
Onun bambukdan hazırladığı əl işləri dəfələrlə müxtəlif sərgilərdə nümayiş olunub, özü isə müxtəlif diplomlara layiq görülüb.
Cənub bölgəsində HİND CƏNGƏLLİYİ: Lənkəranın bambuk bağından FOTOREPORTAJCənub bölgəsində HİND CƏNGƏLLİYİ: Lənkəranın bambuk bağından FOTOREPORTAJCənub bölgəsində HİND CƏNGƏLLİYİ: Lənkəranın bambuk bağından FOTOREPORTAJCənub bölgəsində HİND CƏNGƏLLİYİ: Lənkəranın bambuk bağından FOTOREPORTAJ

Maraqlı       Tarix: 14 dekabr 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz. Alimlər əsrin ortalarına qədər gözlənilən ömür uzunluğunun nə qədər artacağını müəyyən ediblər. Beynəlxalq alimlər qrupu 2050-ci ilə qədər qlobal ömür uzunluğu il

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub. "Fiziki fəaliyyət hüceyrə funksiyasını yaxşılaşdırır və orqanizmdə xərçənglə bağlı xroniki iltihabı aradan qaldırır". Bu barədə xərçəngin reabilitasiyas

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı. İlon Maskın "Neuralink" proqramı çərçivəsində 2024-cü ilin martında ilk dəfə beyninə çip yerləşdirilmiş xəstənin son vəziyyəti açıqlanıb. Xəst

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb. Tədqiqatçılar karbon qazı və digər istixana qazlarını udan yeni növ məsaməli material hazırlayıblar. Bu barədə "Science Alert" nəşrində dərc olunan məqaləd

Chevrolet Ehtiyyat Hissələri seçərkən baxmalı olduğunuz 5 Məqam

Chevrolet ehtiyyat hissələri avtomobilin texniki sağlamlığını qorumaq, təhlükəsiz hərəkətini təmin etmək və uzunmüddətli istifadəsini mümkün etmək baxımından əsas rol oynayır. Bu hissələrin keyfiyyətsiz və ya uyğun olmaya

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb. Arktikada Şpitsbergen arxipelaqında torpaq sahəsi 300 milyon avroya (323 milyon dollar) satışa çıxarılıb. Qeyd olunub ki, geosiyasi əhəmiyyəti olan əraz

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?. "Maqnit qasırğası zamanı uçuşlar və avtomobil səfərləri xroniki ürək-damar xəstəlikləri olan insanlar üçün əlavə sağlamlıq riskləri yaradır. Onların vəziyyət

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB. "Dayaq-hərəkət aparatının xəstəlikləri, xüsusən də artroz olan xəstələrdə hava şəraiti dəyişdikdə ağrılar artır". Bu barədə rusiyalı revmatoloq Alina Puzakova danışıb

Duzlu qida sevənlərə xəbərdarlıq: Dəhşətli xəstəliyə səbəb olur

Duzlu qida sevənlərə xəbərdarlıq: Dəhşətli xəstəliyə səbəb olur. Vyana Tibb Universitetinin (Avstriya) alimləri qidaya duz əlavə etmək, həmçinin duzlu qidaların həddindən artıq istehlakı ilə mədə xərçənginə tutulma riskini


son xeberler azerbaycan xeberleri yeni xeberler kriminal maraqlı xəbərlər sonxeberler en yeni xeberler