Cənub bölgəsində təbii fəlakət 7 məktəbə ziyan vurub - FOTO

Cənub bölgəsində təbii fəlakət 7 məktəbə ziyan vurub - FOTOCənub bölgəsində təbii fəlakət Lənkəran – Astara Regional Təhsil idarəsinin tabeliyində fəaliyyət göstərən 7 təhsil müəssisəsinə ziyan vurub.
APA - nın cənub bürosunun verdiyi xəbərə görə, son günlər cənub bölgəsində havaların kəskin dəyişməsi, çayların məcrasından çıxması bir sıra fəsadlar törədib. Təbii fəlakət, fəsadlar təhsil ocaqlarından da yan keçməyib. Rinə çayının məcrasından çıxması, Astara rayonunun dağ kəndi olan Rinə kənd sakinlərinə ciddi ziyan vurub. Ara yollar tamamilə dağılıb, çay kənarında olan həyətyani sahələrdə meyvə bağları, arı ailələri məhv olub. Ən acınacaqlı vəziyyət isə Rinə kənd tam orta məktəbinin bir korpusundadır. Sel suları məktəbin içinə daxilib olaraq, sinif otaqlarını, invertarları, sənədləri yararsız hala salıb. Binanın içində 50 sm yaxın palçıq yığılıb.
Lənkəran – Astara Regional Təhsil idarəsinin əməkdaşı Tural Kərimov APA - nın cənub bürosuna bildirib ki, artıq, Elm və Təhsil Nazirliyinin Tikinti və Təchizat idarəsinin yerli bölməsinin əməkdaşları məktəbdə olub, vəziyyətlə bağlı ilkin təhlükəsizlik tədbirləri görüblər. "Son günlər hava şəraitinin pisləşməsi nəticəsində, Lənkəran – Astara Regional Təhsil idarəsinin tabeliyində fəaliyyət göstərən 7 təhsil müəssisəsinə ziyan dəyib. Belə məktəb binalarından biri də, Astara rayon Rinə kənd tam orta məktəbinə aiddir. Leysan xarakterli yağışlardan sonra, məktəbin daxilinə və sinif otaqlarına sel suları keçib. Nəticədə partalar, stullar, şkaflar yararsız hala düşüb. Elm və Təhsil Nazirliyinin tikinti və təchizat idarəsinin yerli bölməsinin əməkdaşları məktəbdə olub, vəziyyətlə bağlı ilkin təhlükəsizlik tədbirləri görülüb, araşdırmalardan sonra qısa zamanda bu və digər məktəblərlə bağlı müvafiq tədbirlər görüləcək".
Qeyd edək ki, yaxın bir neçə saat ərzində bölgədə qeyri – sabit hava şəraitinin yenidən başlanacağı proqnozlaşdırılır.
Cənub bölgəsində təbii fəlakət 7 məktəbə ziyan vurub - FOTOCənub bölgəsində təbii fəlakət 7 məktəbə ziyan vurub - FOTOCənub bölgəsində təbii fəlakət 7 məktəbə ziyan vurub - FOTOCənub bölgəsində təbii fəlakət 7 məktəbə ziyan vurub - FOTOCənub bölgəsində təbii fəlakət 7 məktəbə ziyan vurub - FOTOCənub bölgəsində təbii fəlakət 7 məktəbə ziyan vurub - FOTOCənub bölgəsində təbii fəlakət 7 məktəbə ziyan vurub - FOTO

Sosial       Tarix: 29 iyun 2024
f Paylaş

Oxşar xəbərlər

Soyuqdəymənin ilk əlamətləri zamanı bunları edin

Soyuqdəymənin ilk əlamətləri hiss olunan kimi xəstəliyi "ayaqüstə" keçirməyə çalışmaq məsləhət görülmür. Mütəxəssislər bu mərhələdə evdə qalmağı, istirahət etməyi və vəziyyət pisləşərsə həkimə müraciət etməyi tövsiy

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Göygöldə 32 yaşlı kişi bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib. xəbər verir ki, hadisə rayonun Hacıməlik kəndində qeydə alınıb. Belə ki, 1994-cü il təvəllüdlü Elcan Həsənov bıçaqlanma diaqnozu ilə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən son dəqiqə xeberler bu qun son xəbər cəbhədən video