"Cənubi Azərbaycan azadlıq uğrunda mübarizə yeni mərhələyə keçə bilər" - ŞƏRH
Qərb bu gün İranda baş verən prosesləri diqqətlə izləyir. Rejim dəyişikliyi ilə bağlı səsləndirilən fikirlərdən görünür ki, Qərb ölkələri də məsələdə maraqlı tərəfdir. Bəziləri isə hazırda molla rejimini devirmək üçün dəqiq plan olmadığını deyir.
Maraqlıdır, Qərb dövlətləri hansı halda İran rejiminə qarşı tədbirlər görə bilər? Əgər hakimiyyət dəyişikliyi olarsa, ölkədə vəziyyət daha da pisləşə bilərmi?
Mövzu ilə bağlı politoloq Məhəmməd ƏsədullazadəKONKRET.az-ın suallarını cavablandırıb. Bildirib ki, hazırda rejim dəyişikliyinə nail olmaq o qədər də asan deyil:
"Altılığın nüvə razılaşmasından çıxaraq, Qərblə bu prosesi dayandırması artıq İranın nüvəni 80 faiz zənginləşdirməsi və nüvə silahı əldə etməsi istiqamətində yeni addımlar atması ilə nəticələnib. İran rejimi beynəlxalq dünya, xüsusilə Qərblə əməkdaşlıqda maraqlı deyil. Yaxın Şərqdə, həmçinin Rusiya ilə birgə Qərbə qarşı bir cəbhədə yer alır və terrorizmi dəstəkləyir. İranın qeyri-konstruktiv mövqe tutması Cənubi Qafqazdakı proseslərə də təsirini göstərir.
Qərbin molla rejimini dəyişmək planı var. Amma hazırda hansı istiqamətdə dəyişiklik edəcəyi isə bəlli deyil. Çünki etirazlar və yaxud hərbi yolla buna nail ola bilər. Hesab edirəm ki, artıq etirazlar nəticə vermir. Mütləq şəkildə ölkədə inqilab olmalıdır. Rusiya-Ukrayna müharibəsindən sonra İran rejimi əgər Qərblə əməkdaşlıq etməsə, hərbi əməliyyatlar məsələsi gündəmə gələ bilər. Həmçinin ölkə infrastrukturu və strateji obyektlər ABŞ tərəfindən məhv edilə bilər. Hazırda rejim dəyişikliyinə nail olmaq bir qədər çətindir. Çünki İran kifayət qədər ciddi dayaqlara malikdir. Artıq prosesin başlaması o demək deyil ki, tezliklə rejim dəyişiləcək. Bu, bəlkə də növbəti illərdə mümkün olacaq".
M.Əsədullazadə bildirib ki, əgər İranda rejim dəyişikliyi olarsa, azadlıq uğrunda iğtişaşlar genişlənə bilər:
"Rejim dəyişikliyi ölkədə xaosa səbəb ola bilər. Bu gün şah varisini hakimiyyətə gətirmək planı gündəmdədir. Amma daxildə böyük qüvvələrin onu qəbul edəcəyi məsələsi polemikadır. Potensial olaraq, dindən ayrı müxalifət olmadığı üçün hakimiyyətin dəyişməsi ölkənin gələcəyi üçün problemdir. Yalnız dindən ayrı olan qüvvələr hakimiyyətə gətirilərsə, ölkədə müəyyən qədər siyasi sabitlik yarana bilər.
Bununla yanaşı qeyd edim ki, rejim dəyişikliyi ölkənin federallaşmasına da səbəb ola bilər. Güney Azərbaycan, Kürdüstan vilayəti və digər ərazilərdəki azadlıq uğrunda mübarizə yeni mərhələyə keçə bilər".
Fidan Ali,
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir