"Bu prosesin başında Putinin formalaşdırdığı ideoloji xətt dayanır" - Deputat

Rusiyada baş verən son hadisələr onu göstərir ki, bu ölkədə milli və dini mənsubiyyətə görə insanlar üzərində sistemli təqib və basqılar artıq təsadüfi deyil, düşünülmüş dövlət strategiyasının tərkib hissəsinə çevrilib. Azərbaycanlılara, Orta Asiya respublikalarından olanlara və ümumiyyətlə, müsəlmanlara qarşı artan zorakılıq halları, polis orqanlarının qəddarlığı və mediada formalaşdırılan neqativ ictimai rəy təsdiqləyir ki, Rusiya təkcə siyasi deyil, eyni zamanda etnik və mədəni səviyyədə təcrid və assimilyasiya siyasəti həyata keçirir.
Bu prosesin başında isə yalnız icraedici strukturlar deyil, birbaşa siyasi rəhbərlik – xüsusilə Prezident Vladimir Putinin formalaşdırdığı ideoloji xətt dayanır. Onun hakimiyyəti illərində Rusiyada "özgə" olan hər şeyə qarşı nifrət siyasəti güclənib – etnik mənsubiyyəti fərqli olan, başqa dildə danışan, başqa dinə inanan hər kəs artıq potensial təhdid kimi qəbul olunur.
Rusiyanın Ukraynaya qarşı sərgilədiyi vəhşilik – şəhərlərin raketlərlə yerlə-yeksan edilməsi, mülki əhalinin hədəfə alınması və insanlığa qarşı cinayətlərin açıq şəkildə törədilməsi – digər xalqlara qarşı da hansı davranışın sərgilənəcəyinə güzgü tutur. Əgər Rusiya "bir millət, bir din, bir dil" prinsipi ilə yaşayan, yaxın slavyan xalqa bu qədər qəddar davrana bilirsə, fərqli mədəniyyət və inanc daşıyıcılarına qarşı münasibətinin necə ola biləcəyini təxmin etmək çətin deyil.
Xüsusilə müsəlman xalqların nümayəndələri, o cümlədən azərbaycanlılar getdikcə daha çox hüquqsuzluq və ayrı-seçkiliklə üzləşirlər. Məhkəməsiz cəzalandırmalar, polis bölmələrində baş verən işgəncələr, qərəzli ittihamlarla həbslər və ictimai linç kampaniyaları artıq adi hadisəyə çevrilib. Bütün bunların fonunda Rus Pravoslav Kilsəsinin susqunluğu və bəzən açıq-aşkar şəkildə bu ideoloji təbliğata dəstək verməsi vəziyyəti daha da ağırlaşdırır.
Yekaterinburqda baş verən son hadisə – azərbaycanlı gənclərə qarşı törədilən fiziki zorakılıq və onların cinayətkar kimi göstərilməsi – artıq fərdi deyil, ümumi tendensiyanın göstəricisidir. Bu, nə sadəcə hüquqi məsələdir, nə də məişət səviyyəli münaqişə. Bu, dövlətin formalaşdırdığı təhlükəli "özgələşdirmə" siyasətinin nəticəsidir.
Hazırda Rusiyada hüquq-mühafizə orqanları faktiki olaraq "etnik süpürgə" alətinə çevrilib. OMON-un və digər strukturların fəaliyyəti "ictimai təhlükəsizlik" adı altında etnik təmizləmə təəssüratı yaradır. İdeoloji müstəvidə isə bunun zəmini hələ 1990-cı illərdə qoyulmuşdu – o zaman "skinhed" dəstələri küçələrdə zorakılıq törədirdi, bu gün isə həmin funksiyanı rəsmi qurumlar icra edir, lakin daha amansız və qanuni don geyindirilmiş şəkildə.
Bu gün Rusiya hüquqi təfəkkür baxımından geriyə – Stalin repressiyaları dövrünə deyil, ondan da arxaik dövrlərə qayıdır. Ən azı Stalinin dövründə hüquqi görüntü saxlanılır, formal da olsa, məhkəmələr qurulurdu. İndi isə yol kənarında döyülmək, heç bir səbəb göstərilmədən saxlanılmaq və işgəncəyə məruz qalmaq adi hal alıb.
Azərbaycan bu siyasətin qurbanı olan ilk ölkələrdən biridir. 20 Yanvar hadisəsi, Xocalı soyqırımı, torpaqlarımızın 30 il işğal altında qalması və Rusiya sülhməramlılarının fəaliyyətsizliyi – bütün bu faktlar Rusiya Federasiyasının tarixən Azərbaycana münasibətində ikili standartlar və zərərli təsirini açıq şəkildə ortaya qoyur.
Bundan əlavə, Rusiya tərəfindən təşkil olunan informasiya müharibələri, kibertəxribatlar, ölkəmizə qarşı hibrid üsullarla aparılan psixoloji basqılar da bu strategiyanın tərkib hissəsidir. Azərbaycan deputatının ölkəyə buraxılmaması kimi təxribatçı addımlar isə Rusiyanın diplomatik protokol qaydalarına da hörmət etmədiyini göstərir.
Biz bu reallıqları yalnız müşahidə etməməli, beynəlxalq ictimaiyyəti də bu məsələdə daha aktiv mövqe sərgiləməyə səsləməliyik. Azərbaycan xalqı tarixən azadlığını və ləyaqətini müdafiə edən xalq olub. Bu gün də eyni prinsipiallıqla haqqımızı müdafiə etməkdən çəkinməməliyik.
Razi Nurullayev, Milli Cəbhə Partiyasının başqanı, Milli Məclisin deputatı / azxeber.com

Siyasi       Tarix: 30 iyun 2025
f Paylaş

Oxşar xəbərlər

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi perspektivləri və ikitərəfli əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfirliyinin "X" sosia

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye

Sadır Japarovdan Azərbaycana təşəkkür mesajı

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın Türk Dövlətləri Təşkilatındaki (TDT) sədirliyi dövrünü yüksək qiymətləndirib. KONKRET.azxəbər verir ki, Ankarada keçirilən TDT Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşünd

Ombudsman vəzifəsinə namizədlər müəyyənləşib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlər müəyyənləşib. xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə aparılıb. Qeyd edilib ki, Preziden

"Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək" - Deputat

"Diplomatiyada mühüm olan ayrı-ayrı tədbirlərdə kimin şəxsən iştirak etməsindən daha çox, dövlətlərarası münasibətlərin davamlılığı, qarşılıqlı hörmət və əməkdaşlığın qorunmasıdır". Bu sözləri -a açıqlamasında Mill

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü çərçivəsində keçirilən Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib. xəbər verir ki, bu barədə Azərbayca

Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb

Azərbaycan I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı BMT-də bəyanat yayıb. xəbər verir ki, bəyanatı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Nahidə Bağırova "Növbəti dörddəbir əsrdə Qadınlar

Elçin Əmirbəyov Vyetnam rəhbərliyi ilə görüşlər keçirib - FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Vyetnama işgüzar səfəri çərçivəsində ölkə Prezidenti və Kommunist Partiyasının Baş katibi To Lam, Prezident Administrasiyasının rəhbər


azerbaycan xeberleri son xeberler yeni xeberler maliyye xeberler bugun sonxeber.az sonxabar valyuta mezennesi 2026