Yekaterinburqda həbs edilən həmyerlimizin vəkili danışdı

Yekaterinburqda həbs edilən həmyerlimizin vəkili danışdıRusiyanın Yekaterinburq şəhərində həbs edilən azərbaycanlılardan biri Əhliman Gənciyev Sverdlovsk vilayəti üzrə İstintaq Komitəsində işgəncələrə məruz qalıb.
azxeber.com xəbər verir ki, bu barədə "Report"un Rusiya bürosuna Ə.Gənciyevin hüquqlarını müdafiə edən vəkil İlkin Əmirov deyib.
Onun sözlərinə görə, istintaq müvəkkilinin ittiham olunduğu cinayətdə iştirakına dair bir dənə də olsun sübuta malik deyil.
"Əhliman Gənciyevin qətllə heç bir əlaqəsi yoxdur və mərhum Yunus Paşayevlə heç vaxt tanış olmayıb. Cümə günü (27 iyun - red.) səhər saat 6-da təhlükəsizlik qüvvələri müvəkkilimin evinə soxulub, onu iki saata yaxın vəhşicəsinə döyüb, axtarış aparıb, telefonlarını, sənədlərini və digər əşyalarını götürüb aparıblar. Bundan sonra Gənciyev naməlum şəkildə yoxa çıxıb", - İ.Əmirov bildirib.
Qohumları və vəkilləri saxlanılan şəxsin yerini müəyyənləşdirməyə çalışsalar da, heç bir nəticə əldə olunmayıb. Sonradan onun İstintaq Komitəsinə aparıldığı, işgəncələrə məruz qaldığı məlum olub. Şənbə günü (28 iyun - red. ) gecə ona zəng gəlib ki, həmin gün həbs-qətimkan tədbiri ilə bağlı məhkəmə iclası keçiriləcək.
"Əhliman Gənciyev Yunus Paşayevin qətlinin təşkilində ittiham olunur. Lakin Gənciyevin adı nə iş materiallarında, nə də dindirilən şahidlərin ifadələrində keçmir. O, Paşayevin kim olduğunu belə bilmir və bunu hamı çox gözəl anlayır", - vəkil vurğulayıb.
İ.Əmrov həbs müddətinin uzadılmasını həm mənfi, həm də müsbət məqam hesab edir: bir tərəfdən müvəkkilinin ölümü ilə nəticələnə biləcək işgəncələrin davam etdirilməsi riski var, digər tərəfdən də sübutun olmaması ittiham tərəfinin sonradan azadlığa buraxılmasına imkan yaradır.
Vəkil əlavə edib ki, işdə yeganə "sübut" işgəncə ilə alınan bir nəfərin etirafı və istintaqın maraqları naminə şəxsiyyəti gizlədilən iki şahidin ifadəsidir ki, bu da onun sözlərinin doğruluğunu yoxlamağı mümkünsüz edir.
"Bu işə son qoymaq perspektivi var və biz ədalət axtaracağıq", - İ.Əmirov yekunlaşdırıb.
Bundan əvvəl məhkəmənin qərarı ilə Akif, Ayaz və Məzahir Səfərovlar barəsində 22 sutka, Bəkir Səfərov, Əhliman Gənciyev və Şahin Lalayev barəsində isə 3 sutka həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır.
Azərbaycanın Xarici İşlər Nazirliyi də iyunun 28-də Yekaterinburq şəhərində Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin azərbaycanlılara hücumları ilə bağlı bəyanat yayıb.
Bundan başqa, Rusiyanın müvəqqəti işlər vəkili Yekaterinburqdakı hadisəyə görə Azərbaycan XİN-ə çağırılıb, kəskin etiraz bildirilib.

Siyasi       Tarix: 30 iyun 2025
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb

Azərbaycan I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı BMT-də bəyanat yayıb. xəbər verir ki, bəyanatı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Nahidə Bağırova "Növbəti dörddəbir əsrdə Qadınlar

Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?

Çox mənidar hadisədir:. İttihad və Tərəqqi rəhbərlərinin Osmanlı taxtını bölüşdükləri ərəfədə Qüdsün Böyük Müftisi Hüseyn Səlim əl-Hüseyni ağ bayraq altında ingilis hərbi qüvvələrinə müraciət edərək şəhərin açarını onlar

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad

Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə

Sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin görüntülərindən istifadə edilən videolar paylaşılır. xəbər verir ki, bu materialları izləyərkən onların hansı hesabda yayımlandığına və ilkin mənbəyinə diqqət yetirmə

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib. Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlını

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb. icmalı təqdim edir:

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqı təbrik edib. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasına səfərə gedərkən təyyarəsi Azərbaycanın hava məkanın

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd


azerbaycan xeberleri son xeberler yeni xeberler maliyye xeberler bugun sonxeber.az sonxabar valyuta mezennesi 2026