Trampdan İranla bağlı ŞOK QƏRAR: ABŞ neft embarqosunu LƏĞV EDİR

Trampdan İranla bağlı ŞOK QƏRAR: ABŞ neft embarqosunu LƏĞV EDİRABŞ prezidenti Donald Tramp İranın neft satışına qoyulan qadağaları faktiki olaraq yumşaldıb. O, "Truth Social" platformasında yaydığı açıqlamasında bildirib ki, Çin artıq İrandan neft ala bilər. "Ümid edirəm ki, onlar həm də ABŞ-dan neft alacaqlar. Bunu həyata keçirmək mənim üçün böyük şərəf oldu", – deyə Tramp vurğulayıb.
KONKRET.az xəbər verir ki, bu bəyanat İrana qarşı tətbiq olunan sanksiyaların mərhələli şəkildə ləğvinə başlanıldığının ilk rəsmi siqnalı kimi qiymətləndirilir. ABŞ-la İran arasında nüvə razılaşmasının detalları hələlik tam razılaşdırılmasa da, Tehran artıq bəzi iqtisadi güzəştləri əldə etməyə başlayıb. Ən önəmlisi – Çin bundan sonra İrandan qorxmadan və sərbəst şəkildə neft ala biləcək.
Əslində, bu alqı-satqı daha öncə də həyata keçirilirdi, lakin Çin bunu sanksiyalara görə ehtiyatla və dolayı yollarla edirdi. İndi isə bu məhdudiyyətlər aradan qalxır. Çinli neftayırma zavodları artıq İran neftinin keyfiyyətinə uyğunlaşdırılıb və Pekin bu alışları endirimlə həyata keçirməyə nail olub.
Bu fonda Trampın Tehrana təklif etdiyi yeni razılaşmanın əsas konturları da formalaşır: İranın uranın zənginləşdirilməsindən tam imtinası qarşılığında ABŞ-ın Yaxın Şərq müttəfiqlərindən 30 milyard dollarlıq maliyyə paketi, həmçinin 6 milyard dollar dəyərində dondurulmuş İran aktivlərinin azad olunması və sanksiyaların mərhələli şəkildə ləğvi.
Bununla belə, Trampın addımları çox ehtiyatla atacağı bildirilir. Ağ Ev üçün əsas məsələ – İranda sanksiyaların faydasının kimə çatacağıdır: əgər islahatçı elitalar və Pəzəşkiyan–Ruhani komandası bu prosesdən güclənərsə, proses irəliləyəcək. Əks halda, bu güzəştlərin İslam İnqilabı Keşikçiləri Korpusunun (KSK) mövqeyini bərpa etməsinə xidmət etməsi nə Tramp, nə İsrail, nə də ABŞ-ın Yaxın Şərq müttəfiqləri üçün qəbulediləndir.
Beləliklə, Tramp diplomatik "ip üzərində" addımlayır – balansı qorumaqla həm daxili, həm də beynəlxalq təzyiqlərdən yayınmağa çalışır. Lakin onun İranlı tərəfdaşlarının vəziyyəti daha risklidir: ABŞ prezidentinin səhvi siyasi zərbəyə səbəb ola bilərsə, iranlı diplomatlar üçün bu, həyati nəticələr doğura bilər.
Natiq Səlim,
KONKRET.az

Siyasi       Tarix: 28 iyun 2025
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb

Azərbaycan I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı BMT-də bəyanat yayıb. xəbər verir ki, bəyanatı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Nahidə Bağırova "Növbəti dörddəbir əsrdə Qadınlar

Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?

Çox mənidar hadisədir:. İttihad və Tərəqqi rəhbərlərinin Osmanlı taxtını bölüşdükləri ərəfədə Qüdsün Böyük Müftisi Hüseyn Səlim əl-Hüseyni ağ bayraq altında ingilis hərbi qüvvələrinə müraciət edərək şəhərin açarını onlar

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad

Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə

Sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin görüntülərindən istifadə edilən videolar paylaşılır. xəbər verir ki, bu materialları izləyərkən onların hansı hesabda yayımlandığına və ilkin mənbəyinə diqqət yetirmə

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib. Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlını

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb. icmalı təqdim edir:

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqı təbrik edib. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasına səfərə gedərkən təyyarəsi Azərbaycanın hava məkanın

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd


azerbaycan xeberleri son xeberler yeni xeberler maliyye xeberler bugun sonxeber.az sonxabar valyuta mezennesi 2026