Moskvanın Bakıya hücumunun əsas səbəbləri - Zəngəzur dəhlizi ilə bağlı nə baş verib?

Moskvanın Bakıya hücumunun əsas səbəbləri - Zəngəzur dəhlizi ilə bağlı nə baş verib?Politoloq Asif Nərimanlı son günlər Rusiyada azərbaycanlıların öldürülməsi və vəhşicəsinə döyülməsi, bundan sonra həmyerlilərimizə qarşı başladılmış repressiyalarla bağlı maraqlı şərhlə çıxış edib.
KONKRET.az məsələnin aktuallığını nəzərə alaraq politoloqun məqaləsini təqdim edir:
Rusiya azərbaycanlılara qarşı hücum kartını niyə işə saldı və Moskva Bakıda nə istəyir?
Soydaşlarımıza qarşı Rusiya dövləti səviyyəsində qətllərlə nəticələnən zorakılıq bu sualın cavab axtarışını aktuallaşdırır. AZAL-ın təyyarəsinin vurulmasından sonra Bakı-Moskva xəttində gərginlik yüksələn xətlə davam edir, xüsusilə Azərbaycanın geri addım atmaması Kremldə imperativ narazılıqlar yaradıb və soydaşlarımıza hücumla "cəza aktı"na əl atırlar. Hərçənd, son günlərin siyasi gündəmi fonunda Kremlin qəzəbinin qorxudan qaynaqlandığı görünür:
– Rusiya Cənubi Qafqazda mövqelərini bərpa etmək imkanından, regional kommunikasiyaların açılmasından – Zəngəzur dəhlizindən məhrum ola bilər;
Ukrayna ətrafından danışıqlar prosesinin başlanması ilə Rusiya regiona – ilk öncə keçmiş forpostu olan Ermənistana qayıdış cəhdlərinə start verdi. Və xüsusilə önünü açan iki amil imkanlarını genişləndirir.
1. Trampın gəlişindən sonra Qərbdə Ermənistan hakimiyyətinə verilən dəstəyin haçalanması;
2. İran ətrafında çəmbərin daralması ilə Ermənistanın regionda Rusiya qarşısında alternativ dəstəyi də zəifləyirdi;
Moskva İran-İsrail müharibəsinə təkcə Ukrayna cəbhəsində yox, həm də Cənubi Qafqazda mövqelərini gücləndirmək imkanı olaraq baxırdı. Ermənistanda yenidən möhkəmlənir və 44 günlük müharibədən dərhal sonra yaranmış regional situasiyanı – Rusiya-Türkiyə tandemində balans arxitekturasını yenidən qurur, bununla Zəngəzur dəhlizi də daxil olmaqla regional kommunikasiyanın bərpasında əsas pay sahiblərindən birinə çevrilir.
Bakı-Ankara-İrəvan xəttində baş verənlər Moskva üçün "soyuq duş" effekti yaradıb.
Nə baş verdi?
İran ətrafında müharibə Ermənistanı regionda təklənmiş vəziyyətə salır və bu situasiya İrəvanın Moskvadan uzaqlaşmaq xəttinə problemlər yaradır. Paşinyan anlayır ki, rusların "geri dönüşü" onu çətin seçim qarşısında qoyacaq: ya kommunikasiyanın açılmasına rus qoşunlarının da yer aldığı ssenari ilə razılaşmalı – 10 noyabr bəyanatının 9-cu maddəsi – və "yeni Ermənistan" konsepsiyasından imtina etməli, ya da hakimiyyətinə yaranacaq təhdidlərlə mübarizə aparmalıdır. Bu situasiyada İrəvan üçün Vaşinqton və Brüssel regionda tarazlaşdırıcı güc rolunu oynaya bilmir, ən azından texniki baxımdan. Yeganə qapı Ankaraya açılır, bu həm də Bakı ilə "ortaq dil"in tapılması imkanları yaradır. Türkiyə Ermənistanın Avropa bazarına çıxış ümidlərinin yeganə marşrutudur.
20 iyunda ilk dəfə Türkiyəyə səfər edən Nikol Paşinyanın məqsədi Ərdoğanla anlaşmaq, Moskva qarşısında regional balansı qorumaq, sərhədlərin açılması və Bakı ilə əsas ziddiyyətli məqam olan kommunikasiyanın açılmasında – Zəngəzur dəhlizində "ortaq məxrəc"in tapılması imkanlarını yoxlamaq idi. İrəvan anlayır ki, Bakı olmadan Ankara ilə anlaşa bilmək cəhdləri vaxt itirmək deməkdir. Ərdoğanın Paşinyandan bir gün öncə – 19 iyunda Əliyevlə bir araya gəlməsi də bunu təsdiq edir. Əslində Ərdoğan-Əliyev, Ərdoğan-Paşinyan görüşünə qədər kadr arxasında mümkün razılaşmaların hazırlandığı, liderlərin bu razılaşmaları müzakirə etdiyi istisna edilməməlidir.
Ehtimal olunan razılaşma: regional kommunikasiya – Zəngəzur dəhlizi artıq qüvvədən düşmüş 10 noyabr bəyanatından kənar formada, Rusiyanın iştirakı olmadan açılır;
Ərdoğan-Əliyev, Ərdoğan-Paşinyan görüşündən dərhal sonra baş verənlər də bu ehtimalı gücləndirir.
– 20 iyunda Naxçıvanın muxtariyyətinin ləğv edilməsinin başlanğıcı hesab oluna biləcək qərar verildi: bu qərar gələcək təhlükələrə hesablanmış addım olmaqla yanaşı, Zəngəzur dəhlizinin açılması perspektivindən də qaynaqlanır;
– Paşinyan Türkiyədən qayıtdıqdan dərhal sonra kilsənin – Ermənistanda Bakı və Ankara ilə anlaşmaya – belə bir anlaşma Zəngəzur dəhlizinin açılması ilə mümkün ola bilər – qarşı çıxacaq, eyni zamanda, hakimiyyətinə təhdid yaradacaq qüvvələrin neytrallaşdırılması istiqamətində hərəkətə keçdi.
– 27 iyunda Türkiyəyə səfər edən Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan iki ölkə arasında ticarət dövriyyəsi və yük daşımaları ilə bağlı məsələləri müzakirə etdi.
İstisna deyil ki, Bakı-Ankara-İrəvan xəttində Zəngəzur dəhlizi ilə bağlı anlaşma var. Mümkün anlaşmaya görə:
– Azərbaycandan Naxçıvana maneəsiz keçid "tranzit" adı ilə açılır;
– Burada "Kalininqrad modeli" üzrə, yəni "Azərbaycandan Azərbaycana prinsipi"nin tətbiqi mümkündür;
– Daşımaların sadələşdirilmiş rejimdə həyata keçirilməsi də variantlar arasında ola bilər, nəticə etibarilə "maneəsiz keçid" təmin olunacaq;
– Həm Rusiyanın oyundan çıxarılması, həm də Ermənistanda Paşinyana qarşı narazılığın neytrallaşdırılması üçün "dəhliz" terminindən imtina edilə bilər;
Rusiyada azərbaycanlılara qarşı dövlət səviyyəsində edilən hücumların məhz bu hadisələrdən sonra baş verməsi təsadüfi deyil.
Moskva regional kommunikasiyanın bərpası üzrə üçtərəfli işçi qrupunun həmsədri Aleksey Overçukla Bakıya mesajlarını-istəklərini göndərəcəkdi, bundan öncə azərbaycanlılara hücumun edilməsi təzyiqlə mövqeyini qəbul etdirməyə hesablanmış addım kimi görünürdü. Bu səfəri ləğv edən Azərbaycan adekvat addımlarla Rusiyaya geri çəkilməyəcəyini nümayiş etdirir.
Moskvaya qarşı həm Bakıda, həm İrəvanda dirəniş sərgilənməsi Cənubi Qafqazda güc balansının gələcəyini müəyyənləşdirəcək faktordur. Bakı-Moskva xəttində qarşıdurma kəskinləşərsə, Ankara diplomatik müstəvidə proseslərə müdaxilə edə bilər. Hadisələrin inkişafına Ermənistanın nə qədər müqavimət göstərə biləcəyi, Rusiya ilə separat danışıqlara gedib-getməyəcəyi yön verə bilər.

Siyasi       Tarix: 01 iyul 2025
f Paylaş

Oxşar xəbərlər

Zelenskidən KRİTİK TƏKLİF: "Rusiya bu addımı atsa..."

Ukrayna qarşılıqlı addım atılacağı təqdirdə Rusiyanın kritik infrastruktur obyektlərinə zərbələr endirməməyə hazırdır. xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" kanalında yazıb

Alen Simonyan Moskvadan soruşdu: "Baza mövzusunu kim qaldırıb?"

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan deyib ki, Gümrüdəki Rusiya 102-ci hərbi bazasının mövzusunu İrəvan qaldırmayıb. Ermənistan KİV-inə istinadən xəbər verir ki, jurnalistlərə açıqlamasında Simonyan bildiri

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) milli təhlükəsizlik müşaviri, Əbu-Dabi Əmirliyi hakiminin müavini Şeyx Tahnun bin Zayed Al Nəhyanı qəbul edib. KONKRET.azxəbə

Prezident Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev "Auditin inkişaf mərhələləri: uyğunluqdan strateji tərəfdaşlığa və etimada gedən yol" mövzusunda beynəlxalq elmi-praktik konfransın iştirakçılarına müraciət ünvanlayıb. xəbər verir ki, müraciətd

Türkiyə generalları Naxçıvanın məşhur kəndinə niyə gedib? – Ankaradan əmr verilib, xüsusi rabitə qurulub – FOTO

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) zabiti Kaşif Kozinoğlunun ölümü ilə bağlı istintaq davam edir. Onun Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəylə birgə fotosu sosial şəbəkələrin Azərbaycan və Türkiyə seqmentind

Azərbaycan Prezidenti: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik

Azərbaycan çox nadir müsəlman ölkələrindəndir ki, Avropa təşkilatlarında iştirak edir. Ona görə biz bilirik orada nələr baş verir. Bu fikirləri Prezident İlham Əliyev Bakıda beynəlxalq konfransların iştirakçıları ilə görüşünd

Ermənistan Aİİ ilə bağlı qərar verdi

Ermənistan Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvü olaraq qalır və bu qurumda iştirakın yaratdığı imkanlardan maksimum istifadə etməyi planlaşdırır. -a istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin plena

BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq

Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən beynəlxalq hüququn pozulması hallarından danışıb. Dövlətimizin başçısı bununla bağlı deyib: "Azərbayca

Hakan Fidan: Azərbaycanla əməkdaşlığımızı daha da dərinləşdirəcəyik

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfərinin yekunlarına dair paylaşım edib. Hakan Fidan qeyd edib ki, Türkiyə və Azərbaycan bölgədə sabitliyin təmin olunmasında mühüm rol oynayan iki ölkədir. "Qarda


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən görüntülər son.xeberler cəbhədən son xəbərlər 2026 son xabarlar