Cənubi Koreya Prezidentinin qayınanası HƏBS EDİLDİ
Cənubi Koreya Prezidenti Yun Sok Yolun qayınanası Çxve In Sun sənəd saxtalaşdırdığına görə hökmdən verilən apellyasiya şikayəti rədd edildikdən sonra saxlanılıb.
KONKRET.azxarici KİV-ə istinadən xəbər verir ki, qərar elan edildikdən sonra 76 yaşlı qadın huşunu itirib.
Qeyd edək ki, hökm 2021-ci ildə çıxarılıb. Daha sonra müttəhimə bir il həbs cəzası verilib, lakin apellyasiya şikayətinə görə onu həbs etməyiblər.
Çxve In Sun özünü təqsirli bilməyib.
Məlumata görə, Prezidentin qayınanası 34,7 milyard von (təxminən 27 milyon dollar) məbləğində depozit sertifikatı saxtalaşdırmaqda təqsirli bilinib. O, bu sənəddən 2013-cü ildə Sonnam şəhərində torpaq sahələri almaq üçün istifadə edib. Məhkəmə bunu ağır cinayət hesab edib.
O, 2015-ci ildə dövlət tibbi sığorta müavinətlərinin saxta yolla alınmasına görə başqa cinayət işində təqsirli bilinib. Birinci instansiya məhkəməsi onu 3 il müddətinə azadlıqdan məhrum edib, lakin sonradan bəraət alıb.
Xatırladaq ki, Yun Sok Yol 2022-ci ilin mayından Cənubi Koreyaya rəhbərlik edir. Bundan əvvəl o, baş prokuror olub (2019-2021), Seul Prokurorluğunda işləyib.
İqbal Rzayev,
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Qazancına görə bütün futbolçuları geridə qoydu
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu
Beyləqanda müəllim komaya düşüb öldü - Foto
Gəncədə beşaylıq körpə ölüb
Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Qara dənizdə hücuma məruz qalan gəmidəki azərbaycanlıların aqibəti bəlli oldu - Rəsmi