Çəpliyin ən rahat müalicə metodu: gözlərə də botoks vurulurmuş - FOTO

Çəpliyin ən rahat müalicə metodu: gözlərə də botoks vurulurmuş - FOTOMüasir dövrümüzdə "botoks" deyiləndə ilk ağla gələn qadınların, hətta bəzən kişilərin əməliyyat olunmadan xarici görünüşlərində estetik dəyişiklik yaratmaq üçün can atdıqları vasitə olur. Sirr deyil ki, hazırda bütün dünyada bu üsuldan insanların mimik qırışlarının və deformasiyaya uğramış orqanların korreksiyasında geniş istifadə olunur. Maraqlıdır ki, artıq tibdə oftalmologiya sahəsində də bu cür estetik müdaxilə ilə gözlərdəki qüsurları asanlıqla aradan qaldırmaq mümkündür.
KONKRET.az-a bununla bağlı ətraflı danışan peşəkar oftalmoloq Günel Xalıqverdiyeva bildirib ki, botoks üsulu çəpliyin ən rahat müalicə metodudur:
Çəpliyin ən rahat müalicə metodu: gözlərə də botoks vurulurmuş - FOTO"Prosedur tam ağrısız, narkozsuz, qansız və tikişsiz icra olunur. Botoks xüsusi metodika ilə gözün daha gərgin və çəpliyə səbəb olan xarici əzələsinə vurulur. Nəticədə həmin əzələnin gücü zəifləyir və yenidən gözü çəpləşdirə bilmir".
G.Xalıqverdiyeva əlavə edib ki, prosedur cəmi 5 dəqiqəyə icra olunur və heç bir yaş məhdudiyyəti yoxdur:
"6 aylıq uşağa da vurula bilər, 70 yaşlı insana da. Eyni zamanda, botoksdan sonra elə həmin gündən etibarən pasientlər rahat şəkildə öz işləri ilə məşğul ola bilərlər".
Həkim botoksun hər hansı yad təsirlərinin olub-olmamasına isə belə aydınlıq gətirib:
"Prosedurun gözə və görməyə heç bir ziyanı yoxdur. Amerika Oftalmoloqlar Akademiyası tərəfindən təsdiqlənmiş bir üsuldur və çəpgözlükdə 1989-cu ildən uğurla istifadə edilir. Eyni zamanda, effektivliyinin əməliyyatla eyni olması kliniki tədqiqatlarla sübut olunub".
Sonda həkim prosedurun maddi baxımından daha sərfəli olduğunu xüsusilə vurğulayıb.
Sevinc Paşayeva,
KONKRET.az

Sağlamlıq       Tarix: 01 avqust 2023
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur

2025-ci ildə ilk dəfə bədxassəli yenitörəmə diaqnozu qoyulmuş 15 144 nəfər qeydiyyata alınıb. KONKRET.azxəbər verir ki, bu barədə -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, ilk dəfə diaqnoz qoyula

Samuxda 9 nəfərdə qarayara aşkarlandı - RƏSMİ

Samuxda xəstə heyvanla təmasda olan 9 nəfər yoluxucu xəstəliklər şöbəsində izolyasiya edilib. KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan Səhiyyə Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Tibbi Ərazi Bölmələrin

Dayanacaqlarda siqaret və enerji içkilərinin satışı: uşaqlar üçün təhlükə mənbəyi

İctimai nəqliyyat dayanacaqlarında siqaret, elektron siqaret və enerji içkilərinin satışının geniş yayılması azyaşlıların bu məhsullara daha asan çıxış əldə etməsi ilə bağlı narahatlıqları artırır. Xüsusilə məktəb yaşlı uşaqları

Məşhur içki sağlamlıq üçün təhlükəli hesab edilib

Son dövrlər məşhurlaşmış köpüklü çay ("bubble tea") sağlamlıq üçün təhlükəli hesab edilib. Məlum olub ki, bu içkinin tərkibinə əlavə edilən tapioka dənələri bəzi hallarda bağırsaq keçməzliyinə və boğulmaya səbə

Gənc qalmağın sirri açıldı: Nə pul, nə də genetika – Həkimdən sensasion açıqlama

İnsanların gənc görünməsində genetikanın rolu gözlənildiyi qədər böyük deyil. Harvard Universitetinin 80 illik müşahidə və təcrübələrinin nəticələri bu məsələyə fərqli yanaşmağa əsas verir. xəbər verir ki, bu barədə həkim-farmakolo

Kimlərə qarğıdalı yemək olmaz?

Qarğıdalı güclü enerji mənbəyi olmaqla yanaşı, tərkibindəki lif, B və C vitaminləri, həmçinin kalium və maqnezium kimi minerallar sayəsində həzmi yaxşılaşdırır, ürək-damar sistemini qoruyur və göz sağlamlığını dəstəkləyir

Müalicəsi olmayan və gizli yayılan mərəz – Hantavirus COVID-i geridə qoyacaqmı?

"MV Hondius" kruiz gəmisi ətrafında vəziyyət gərgin olaraq qalır: səkkiz nəfər xəstələnib, beş nəfərin And virusuna (təhlükəli hantavirus növü) yoluxduğu laboratoriyada təsdiqlənib. Yoluxanlardan üçü gəmidən kənard

Qəfil görünən damarlar hansı xəstəliklərin xəbərçisi ola bilər?

Əllərdə, ayaqlarda və ya sinə nahiyəsində damarların əvvəlkindən daha çox görünməyə başladığını hiss etmisiniz? Bir çox insan üçün bu, xüsusilə dəyişiklik qəfil olubsa, narahatlıq yaradır. -a istinadla xəbər verir ki, əksə

Yayılan virusla bağlı ÜST-dən açıqlama

"MV Hondius" kruiz laynerində hantavirusun yayılması ilə bağlı yaranan vəziyyət COVID-19 pandemiyasının başlanğıcı ilə bənzərlik təşkil etmir. xəbər verir ki, onun sözlərinə görə, hazırda infeksiyanın qlobal təhlük


azerbaycan xeberleri yeni xeberler son xeberler valyuta mezenesi en son xəbərlər bugün cəbhədən yeni xəbərlər cəbhədən xəbər