Cəriməni ödəmədi, məhkəməlik oldu
Britaniyalı aktyor İdris Elba skuterlə hərəkət edərkən sürət həddini aşdığına görə cərimələnib.
azxeber.com xarici mətbuata istinadən xəbər verir ki, aktyor Londonda skuteri saatda 45 kilometr sürətlə idarə edib.
Halbuki həmin ərazidə icazə verilən maksimum sürət saatda 32 kilometr olub. Qayda pozuntusu iyun ayının sonlarında müşahidə kameraları tərəfindən qeydə alınıb.
Hadisə, aktyorun Böyük Britaniya kralı III Çarlzla əməkdaşlıq edəcəyinin məlum olmasından bir gün sonra baş verib.
Polisin bildirdiyinə görə, İdris Elbaya məsələni məhkəməyə qədər həll etmək və cəriməni ödəmək təklif olunub. Lakin aktyor bunu etməyib və hüquq-mühafizə orqanlarına sürücülük vəsiqəsinin məlumatlarını təqdim etməyib.
Nəticədə iş məhkəməyə çıxarılıb. Məhkəmə Elbanı 147 funt sterlinq məbləğində cərimələyib. Bundan əlavə, aktyor 110 funt sterlinq məhkəmə xərcləri və 59 funt sterlinq zərərçəkənlərə kompensasiya ödəməyə məcbur edilib.
Aktyorun vəkilləri bildiriblər ki, cərimə ilə bağlı bildiriş onlara çatmayıb. Aktyor məhkəmədə özünü təqsirli bilib.

Tanınmış reperi həbsxanada döydülər
Pakistan AQEM-in VII Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib
"Yelo Bank" 2026-cı ilin 3-cü rübünü artımla başa vurdu
Konfrans Liqası: I turun oyunlarına start verilir
Bakı–Şamaxı yolunda avtomobil aşıb, yaralananlar var
Bakıda 20 yaşlı oğlanı bıçaqladılar
ABŞ-la münasibətlərin düzəlməsi üçün 10 il vaxt lazımdır
Nazirlər Kabineti 'Azərişıq' və 'Azərenerji' ilə bağlı qaydada dəyişiklik edib
Teleqramda bu da mümkün olacaq
Buxarada Azərbaycan–Özbəkistan dostluq konserti təşkil olunub
Azercell-in dəstəyi ilə "AWS Agentic Football Cup" keçiriləcək
"Kontakt"dan ad günü sürprizi: kontakt.az-da yenilik var
Bakıda minik avtomobili atla toqquşdu
Goranboyda 17 yaşlı oğlanı maşın vurdu
Paşinyanın Bakıya məktub planı iflasa uğradı – Ermənistan poçtu baş naziri təkzib etdi