"Yelo Bank" 2026-cı ilin 3-cü rübünü artımla başa vurdu

"Yelo Bank" 2026-cı ilin üçüncü rübünün (yanvar-sentyabr) maliyyə nəticələrini açıqlayıb. Doqquz ay ərzində bank 17,3 milyon manat xalis mənfəət əldə edib, aktivlərini və kredit portfelini genişləndirib, kapital göstəriciləri isə güclənib.
Kredit portfeli ilin əvvəlindən 61,2 milyon manat artaraq 1 milyard 150 milyon manata çatıb. Artımın əsas hissəsi biznes kreditlərinin payına düşür. Real sektorun maliyyələşdirilməsi bankın prioritetində qalmağa davam edir və biznes kredit portfeli 46,9 milyon manat böyüyərək 721 milyon manata yüksəlib. İstehlak kredit portfeli isə ilin əvvəlindən 14,4 milyon manat artaraq 430 milyon manata çatıb.
Bankın təklif etdiyi əmanət şərtlərinin cəlbediciliyi sayəsində fiziki şəxslərin əmanətləri ilin əvvəlindən 15 milyon manat artaraq 946 milyon manata çatıb. Ümumi əmanət portfeli isə rübün sonuna 1 milyard 91 milyon manat təşkil edib. Bankın ümumi aktivləri eyni dövrdə 43 milyon manat artaraq 1 milyard 559 milyon manat olub.
Gəlirlər də artım tempini qoruyub. Faiz gəlirləri ötən ilin analoji dövrü ilə müqayisədə 17,4% artaraq 154 milyon manata çatıb, xalis faiz gəliri isə 8,8% artımla 88 milyon manat təşkil edib. Qeyri-faiz gəlirləri 7 milyon manat olub.
Bankın kapital bazası da möhkəmlənib. Məcmu kapital ilin əvvəlindən təxminən 14 milyon manat artaraq 189 milyon manata çatıb. Məcmu kapitalın adekvatlıq əmsalı 14,35%, birinci dərəcəli kapitalın adekvatlıq əmsalı isə 11,69% təşkil edir. Hər iki göstərici tələb olunan normanı üstələyir və ilin əvvəli ilə müqayisədə yüksəlib.
Bank xidmətləri, eləcə də kredit kalkulyatoru ilə bağlı əlavə suallarınız var?
O zaman 981 nömrəsinə zəng edin və ya "Facebook", "Instagram" , "Whatsapp" və yelo.az hesablarımızı ziyarət edin.
"Yelo Bank" - Parlaq bankçılıq / azxeber.com

İqtisadiyyat       Tarix: 16 oktyabr 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Biləcəri və Xırdalanda mənzillər hansı şərtlərlə satılır?

Mənzil almaq istəyənlər üçün sərfəli seçimlər: hansı ərazilərdə münasib qiymətə ev tapmaq olar?. Mənzil sahibi olmaq istəyirsənsə, seçim edərkən yalnız evin qiymətinə deyil, ilkin ödənişə, ödəniş imkanlarına və ərazinin üstünlüklərin

Radius "Canlı əfsanələr" layihəsinin 2026 kolleksiyasını Qurban Qurbanova həsr edir

Radius ölkəmizin tarixində və cəmiyyətində xüsusi iz qoymuş görkəmli şəxsiyyətlərə həsr olunan "Canlı əfsanələr" layihəsinin 2026 kolleksiyasını təqdim edir. xəbər verir ki, 2026 kolleksiyası Azərbaycan futbolund

Yeni kartdan-karta qaydaları vətəndaşlara da aiddir? - Rəsmi açıqlama

Azərbaycanda aprelin 1-dən kartdan-karta pul köçürmələri üzrə müəyyən edilən yeni xidmət haqqı tariflərinin vətəndaşlara aid olub-olmaması məsələsi müzakirə yaradıb. Məsələnin aktuallığını nəzərə alaraq Mərkəzi Bankla (AMB

Azərbaycanda ən yüksək maaşı kimlər alır?

Ölkədə ən yüksək orta maaş mədənçıxarma sənayesi sahəsində qeydə alınıb. -a istinadla xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında göstərilir. Qeyd olunur ki, bu məbləğ 4207.2 manat təşkil edib. Maliyyə-sığort

Bu şəxslərə maaşın 25 mislinədək mükafat veriləcək

Korrupsiya barədə məlumat verən şəxsə minimum əməkhaqqının 25 mislinədək mükafat veriləcək, bu gəlir vergisindən azad olunacaq. xəbər verir ki, bununla bağlı "Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verə

Türk Dünyası Sığorta Birliyinə yeni sədr və baş katib seçilib

Türk Dünyası Sığorta Birliyinin Türkiyənin Qaziantep şəhərində keçirilən 2-ci Assambleyasında Birliyin yeni sədri və baş katibi seçilib. Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) -a verilən məlumata görə, Türkiyə Sığort

"İrşad"da "Yaşıl Cümə" günləri başlayır: 10 günlük xüsusi endirimlər və sərfəli təkliflər

"İrşad" ənənəvi "Yaşıl Cümə" kampaniyası iləoktyabr ayında da müştərilərinə sərfəli alış-veriş fürsətləri təqdim edir.Kampaniya çərçivəsində müxtəlif məhsullar daha münasib qiymətlər və xüsusi təkliflərlətəqdi

Bu vətəndaşların kredit borcu silinəcək

Kredit götürən hər bir vətəndaşı çətin maliyyə vəziyyətinə düşdükdə borcun silinməsi ehtimalı və bunun hüquqi əsasları maraqlandırır. Azərbaycan qanunvericiliyinə əsasən, bank kreditlərinin avtomatik bağışlanması mexanizm

"Yelo Bank" 2026-cı ilin 3-cü rübünü artımla başa vurdu

"Yelo Bank" 2026-cı ilin üçüncü rübünün (yanvar-sentyabr) maliyyə nəticələrini açıqlayıb. Doqquz ay ərzində bank 17,3 milyon manat xalis mənfəət əldə edib, aktivlərini və kredit portfelini genişləndirib, kapita


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeber.az son.xeber son xeberler azerbaycan xabar az