Buxarada Azərbaycan–Özbəkistan dostluq konserti təşkil olunub

Buxarada Azərbaycan–Özbəkistan dostluq konserti təşkil olunubBuxarada keçirilən "Azərbaycan Mədəniyyəti: Ədəbiyyat və Sənət Həftəsi" çərçivəsində şəhərin tarixi məkanlarından biri olan Kukeldaş mədrəsəsində Azərbaycan və Özbəkistan musiqiçilərinin iştirakı ilə konsert proqramı təşkil olunub.
Bu barədə azxeber.com-a Azərbaycanın Özbəkistandakı Səfirliyinin tabeliyində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.
Bildirilib ki, Özbəkistan Buxara Vilayəti Hakimliyi və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Buxara vilayətinin rəsmiləri, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri, yerli sakinlər və şəhərin qonaqları iştirak ediblər.
Tədbirdə çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin rəhbərliyi ilə iki ölkə arasında dostluq, qardaşlıq və müttəfiqlik münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini qeyd edib. O, dövlət başçılarının mədəni-humanitar əməkdaşlığın genişləndirilməsinə göstərdikləri xüsusi diqqət və dəstəyin birgə mədəni layihələrin həyata keçirilməsinə geniş imkanlar yaratdığını vurğulayıb.
Buxara vilayət hakiminin müavini Botirjon Şaxriyorov çıxışında Azərbaycan və Özbəkistan arasında ortaq tarixi köklərə, zəngin mədəni irsə və milli-mənəvi dəyərlərə əsaslanan çoxəsrlik dostluq və qardaşlıq münasibətlərindən bəhs edib. O, Buxarada Azərbaycan mədəniyyətinə həsr olunmuş silsilə tədbirlərin keçirilməsinin xalqlarımız arasında mədəni əlaqələrin daha da möhkəmlənməsinə xidmət etdiyini vurğulayaraq, bu cür layihələrin qarşılıqlı mədəni tanıtım və əməkdaşlıq baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
Rəsmi çıxışlardan sonra Azərbaycan və Özbəkistan musiqiçilərinin iştirakı ilə zəngin konsert proqramı təqdim olunub. Konsertdə iki qardaş xalqın zəngin musiqi irsini, milli-mədəni dəyərlərini və sənət ənənələrini əks etdirən müxtəlif musiqi əsərləri səsləndirilib.
Buxarada Azərbaycan–Özbəkistan dostluq konserti təşkil olunubBuxarada Azərbaycan–Özbəkistan dostluq konserti təşkil olunubBuxarada Azərbaycan–Özbəkistan dostluq konserti təşkil olunubBuxarada Azərbaycan–Özbəkistan dostluq konserti təşkil olunubBuxarada Azərbaycan–Özbəkistan dostluq konserti təşkil olunubBuxarada Azərbaycan–Özbəkistan dostluq konserti təşkil olunub

Siyasi       Tarix: 16 oktyabr 2026
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakıda Azərbaycan və Qazaxıstan prezidentləri görüşdülər - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 15-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə görüşü olub. Söhbət zamanı Azərbaycan-Qazaxıstan strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələrini

Çin xarici işlər naziri Van İ Azərbaycana səfər edəcək

Çinin xarici işlər naziri Van İ oktyabrın 15-də Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə görüşündə iştirak edəcək. Bu barədə Çin Xarici İşlər Nazirliyi məluma

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit Bakı Dövlət Universitetinin (BDU) tələbələri ilə görüşüb. Bu barədə -a BDU-nun mətbuat xidmətindən məlumat verilib. Tədbiri açan BDU-nun rektoru Elçin Babaye

Paşinyan: Ermənistan və Azərbaycan arasında anklav və eksklav olmamalıdır

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün hansı prinsiplər əsasında qurulmalı olduğunu açıqlayıb. Paşinyan bunu sosial şəbəkələrdəki canlı yayım zamanı deyib. Onun sözlərinə görə, sülh sazişinin nəticəsind

İlham Əliyev Qətər Əmiri ilə görüşüb - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşüb. /

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsrail Dövlətinin Prezidenti İsxak Hersoq ilə görüşü olub. xəbər verir ki, görüş zamanı İsrail Prezidenti Azərbaycanı Asiyada Qarşılıqlı Fəaliyyət və Etima

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - Foto

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib.   AZƏRTAC-

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Bəhreyn Krallığının xarici işlər naziri Əbdüllətif bin Rəşid Al Zayanini qəbul edib. AZƏRTAC-a istinadla xəbər verir ki, qonaq Bəhreyn Kralı Həməd bin İs

İran səfirindən "Sahar Azəri"nin yaydığı görüntülərə reaksiya

"Azərbaycanla İran arasındakı münasibətlərdə inkişaf müşahidə olunmalıdır. Bu da ondan irəli gəlir ki, biz qonşu və qohum xalqlarıq, müxtəlif sahələrdə ortaq maraqlarımız var. Çalışmalıyıq ki, bütün imkanlardan istifad


azerbaycan xeberleri son xeberler yeni xeberler xeber az cəbhədən ən son xəbər cəbhədən son xəbər cəbhədən yeni xəbərlər