Çətənə yağının faydaları

Çətənə yağının faydalarıÇətənə yağı unikal tərkibə malik olan yağlardandır. Çətənə yağının bioloji qiyməti misilsizdir. Bu yağın faydalı təsiri çox böyük olmasına baxmayaraq o, istifadəsi unudulmuş yağlardandır. Belə ki, son illər bu yağdan demək olar ki, istifadə edilmir. Bunun səbəbi isə çətənə kollarının yetişməsinə icazə verilməməsidir. Çətənə yağı nadir hallarda əldə oluna bilən yağlardandır. Çətənə yağının tərkibi doymamış yağ turşuları və doymamış turşularla zəngindir. Soyuq sıxılma yolu ilə əldə edilmiş çətənə yağı öz tərkibindəki kimyəvi maddələrin tərkibini itirmir. Onun tərkibində linolen, olein, stearin, palmit, A, B qrup, K vitaminləri, aminturşuları və mikroelementlər var. Çətənə yağının tərkibində olanlar orqanizmə xərçəng əleyhinə təsir bağışlayır. Çətənə yağının bir çox xəstəliklərin müalicə və profilaktikasında rolu böyükdür. O orqanizmə aşağıdakı təsirlərə səbəb olur.
Ürək-damar sistemi
Çətənə yağının tərkibində olan Omeqa3 və Omeqa6 yağı olduğuna görə o qanda və qan damarlarında olan xolesterinin miqadarını azaldır, damarlarda olan şlakları təmizləyir və qan dövranının yaxşılaşmasına səbəb olur. Onun tərkibində olan E, C, B6 vitaminləri, kalium, maqnium, marqanes, ürək əzələsini və ürək damarlarını möhkəmləndirir. Davamlı olaraq çətənə yağından istifadə etmək atereskleroz əlamətlərini azaldır, işemik xəstəliklərin, tromboflebitin, varikozun, insultun , infarktın əmələ gəlməsinin qarşısını alır.
Qan dövranı sistemi
Çətənə yağının tərkibində olan xlorofill, sink, dəmir və s. minerallar qan hüceyrələrinin sintezində mühüm rol oynayır. Anemiya zamanı çətənə yağından istifadə etməkdə fayda var.
Tənəffüs sistemi
Astma və tənəffüs sisteminin infeksiya xəstəlikləri zamanı çətənə yağından istifadə eləmək orqanizmə müalicəvi təsir göstərir. Onun müalicəvi təsirlərinin olması XX əsrin 90-cı illərində öz təsdiqini tapıb. Bronxit, pnevmoniya, yuxarı tənəffüs yollarının kataral xəstəlikləri, bronxektaziya, vərəm, astma və pnevmoniya xəstəlikləri zamanı çətənə yağından istifadə etmək xəstəlik əlamətlərinin azalmasına səbəb olur.
Həzm sistemi
Davamlı olaraq çətənə yağından istifadə etmək həzm sisteminin normallaşmasına səbəb olur. Onun yüngül sakitləşdirici, ağrıkəsici, iltihab əleyhinə, yarasağaldıcı qabiliyyətə malik olması həzm sisteminə müsbət təsir bağışlayır. Ondan istifadə eləmək kolit, enterekolit, babasil, xolisistit əlamətlərinin azalmasına səbəb olur. O bağırsaqların yaxşı işləməsinə və qəbizliyin aradab qalxmasına səbəb olur.
Dəri.
Dəridə əmələ gələn yaraların tez sağalması üçün çətənə yağı ilə kompres qoyduqda xəstəlik əlamətləri aradan qalxır. Çətənə yağı dəridə olan səpgilərin, iltihabi xəstəliklərin, qızartıların, sıyrıqların sağalmasını sürətləndirir.
Hərəkət-dayaq sistemi
Çətənə yağının tərkibində olan alfa-linolin yağı orqanizm tərəfindən kalsiumun sorulmasını sürətləndirir və sümüklərin bərkiməsinə, osteoporozun aradan qalxmasına, artroz, artrit əlamətlərinin azalmasına səbəb olur. Sümük sınmaları zamanı çətənə yağından istifadə etmək sınan nahiyələrin tez bir zamanda bitişməsinə səbəb olur. Çətənə yağı maddələr mübadiləsinin yaxşılaşmasına, sidik sistemi üzvləri xəstəliklərinin sağalmasına, immunitetin yüksəlməsinə səbəb olur.
Çətənə yağı qadınlarda klimateriya əlamətlərinin azalmasına və aybaşıönü əlamətlərin aradan qalxmasına səbəb olur. Ondan istifadə eləmək mastopatiya əlamətlərinin azalmasına və aradan qalxmasına səbəb olur.
Çətənə yağından davamlı olaraq istifadə etmək kişilərdə cinsi fəaliyyətin yüksəlməsinə səbəb olur. Bu kişilərdə prostat vəzi xəstəliklərinin əmələ gəlməsinin qarşısını alır.
Yağın istifadə edilmə qaydası
Çətənə yağının müalicəvi faydasının görmək üçün onu gündə 2-3 dəfə 1 çay qaşığı olmaq şərti ilə yeməkdən sonra qəbul etmək lazımdır. Bu qayda ilə yağdan istifadə edildikdə 2-3 həftə ərzində onun müalicəvi faydasını görmək mümkün olur. İmmuniteti yüksəltmək üçün 3 həftə bu qayda ilə çətənə yağı içmək lazımdır.
Babasil xəstəliyində pambıq tamponu çətənə yağına batırıb düz bağırsağa qoymaq və gecə boyu saxlamaq lazımdır. Dəridə kəsiklər və ya sıyrıntılar olduqda çətənə yağını yara yerinə sürtüb bağlamaq lazımdır.
Qızılca və məxmərək zamanı çətənə yağını dəridəki qızartıların üstünə kompres şəklində qoymaq lazımdır.
Radikulit tutmaları zamanı belin ağrıyan hissəsinə çətənə yağı sürtmək lazımdır.
Qəbizlik zamanı çətənə yağı əlavə edilmiş ilıq su ilə imalə etmək bağlırsaqların boşalmasını sürətləndirir.
Kosmetologiiyada istifadəsi
Kosmetologiyada çətənə yağının qidalandırıcı və regenerasiyaedici xüsusiyyətlərindən istifadə edilir. O dərinin dərin qatlarına nüfuz etmək qabiliyyətinə malikdir. Onu dəriyə sürtdükdə dəialtı kapilyarların fəaliyyətini yaxşılaşdırır, damar divarlarını möhkəmləndirir. Onu quru saçlara və quru dəriyə tətbiq etdikdə onların strukturu normallaşır və yağlılıq əlamətləri aradan qalxır.
Çətənə yağının zərərli xüsusiyyətləri
Psixoloji narahatçılığı və əsəb sistemində çatışmazlıqları olanlara çətənə yağından istifadə edərkən həkimlə məsləhətləşmələri lazımdır.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 20 sentyabr 2020
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

D vitamininin ən yaxşı növü: Bunu içməlisiniz

D vitamini bədənimizin düzgün işləməsi üçün lazım olan vacib qida maddələrindən biridir. Sağlam sümükləri, dişləri və əzələləri qorumaq üçün lazım olan fosfat və kalsium miqdarını tənzimləməyə kömək edir. Lazım olan D vitaminini

Saç qaynağının gizli təhlükəsi - Keçəlləşməyəsəbəb ola bilər

Süni saç qaynağından imtina etdikdən sonra əksər qadınlar daraqda çoxlu miqdarda tük görərək saçlarının əhəmiyyətli hissəsini itirdiklərini düşünürlər. Lakin bu hal həmişə keçəlləşməyə işarə etmir: saçların bir qismi təbi

Qan qrupunuz sənəddə belə yazılıb: Bəs xəstəxanada yenidən yoxlanıla bilərmi?

Qan köçürülməsi zamanı xəstənin qan qrupunun düzgün müəyyən edilməsi həyati əhəmiyyət daşıyır. Vətəndaşların şəxsiyyət vəsiqəsində qan qrupu barədə məlumat qeyd olunsa da, bu məlumatın tibbi prosedur zamanı nə dərəcədə əsa

Yayda ən çox 3-4 dəfə kabab yeyə bilərsiniz - SƏBƏB

Əti açıq odda qızartmaqla kabab şəklində yemək orqanizmə zərərlidir. Ona görə də kababı yayda ən çox üç dəfə – ayda bir dəfə yesəniz, sağlamlığınıza zərər verməz. KONKRET. -a istinadən xəbər verir ki, bu fikri Perm Mill

Yüksək hərarət, qusma, bağırsaq pozğunluğu: Dünyadakı dəhşətli virus Azərbaycana da çatır?

İtaliyada Ebola virusuna yoluxma ilə bağlı iki ehtimal olunan hal qeydə alınıb. KONKRET.azxəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, humanitar təşkilatlarda çalışan bir kişi və bi

Bu qidalar ishala səbəb ola bilər

Qəbizlik zamanı bağırsaqları hərəkətə gətirən qidalar tez-tez axtarılır. Liflə zəngin, bağırsaq hərəkətlərini sürətləndirən və həzm sistemini stimullaşdıran bəzi qidalar bu təsirə malikdir. KONKRET.azpravdaaz-a istinadə

Texnologiyanın görünməyən təhlükəsi: Bədənimiz niyə daha tez qocalır?

Texnologiyanın bizə bəxş etdiyi ən böyük lüks oturduğumuz yerdən hər şeyə çatmaq imkanıdır. Artıq uzun məsafələri qət etmədən, sadəcə bir tətbiq vasitəsilə istədiyimizə sahib oluruq. Bir kliklə gələn bu komfort həyatımız

COVID-19-dan ölənlərin sayı 7 milyonu keçdi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, indiyədək dünya üzrə COVID-19-dan ölənlərin sayı 7 milyon 115 min 86 nəfərə çatıb. KONKRET.aztrend-ə istinadən xəbər verir ki, ÜST-nin məlumatına əsasən, qlobal miqyasd

"Ebola virusu sürətlə yayılır" - ÜST

Ebola virusunun Bundibuqyo ştamının yayılması müşahidələrin ilk ayı ərzində yayılma sürətinə görə Afrikada ən böyük epidemiya olub. KONKRET.azoxuaz-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəlad


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən video son xəbərlər azərbaycanda bu gunun xeberleri haqqinda melumat