Ceyhun Bayramov 4 ölkənin XİN başçısı ilə görüşdü - FOTO

Ceyhun Bayramov 4 ölkənin XİN başçısı ilə görüşdü - FOTOXarici işlər naziri Ceyhun Bayramov Nyu Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində Əlcəzair Xalq Demokratik Respublikasının xarici işlər və xaricdə yaşayan milli icma naziri Ramtan Lamamra, Venesuelanın xalqın xarici gücü naziri Karloq Faria Tortosa, Mərakeş Krallığının xarici işlər, Afrika əməkdaşlığı, xaricdə yaşayan mərakeşlilər naziri Nasser Burita, habelə İordaniya Haşimi Krallığının Baş nazirinin müavini və xarici işlər naziri Ayman Safadi ilə görüşlər keçirib.
KONKRET.az Xarici İşlər Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, görüşlər zamanı tərəflər arasında Qoşulmama Hərəkatı çərçivəsində fəaliyyət və əməkdaşlıq, ikitərəfli münasibətlər və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
C.Bayramov bu ölkələr tərəfindən beynəlxalq platformalarda Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə, eləcə də Qoşulmama Hərəkatı çərçivəsində sədrliyimiz dövründə ölkəmizin təşəbbüslərinə göstərilən dəstəyə görə minnətdarlığını bildirib və qarşıdan gələn planlar barədə həmkarlarını məlumatlandırıb. Qarşı tərəf Azərbaycanla həm Qoşulmama Hərəkatı çərçivəsində, həm də ikitərəfli əsasda əməkdaşlığın daha da genişləndirilməsi niyyətində olduqlarını bildiriblər.
Nazir 44 günlük Vətən müharibəsindən sonra post-münaqişə dövründə ölkəmiz tərəfindən görülən işlər, sülh prosesinin irəlilədilməsi üçün irəli sürdüyü təşəbbüslər və təkliflər barədə həmkarlarını məlumatlandırıb. Ermənistanın Azərbaycana qarşı son təxribatlarının sülh gündəliyinə maneçilik törətmək və prosesləri ləngitmək məqsədi daşıdığı vurğulanıb.
Tərəflər ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif aspektlərinin, xüsusilə də energetika, turizm, ticarət və s. istiqamətlərdə daha da dərinləşdirilməsi, siyasi məsləhətləşmələrin keçirilməsinin və parlamentlərarası təmasların artırılmasının vacib olduğunu qeyd ediblər.
Ceyhun Bayramov 4 ölkənin XİN başçısı ilə görüşdü - FOTOCeyhun Bayramov 4 ölkənin XİN başçısı ilə görüşdü - FOTOCeyhun Bayramov 4 ölkənin XİN başçısı ilə görüşdü - FOTOCeyhun Bayramov 4 ölkənin XİN başçısı ilə görüşdü - FOTO

Siyasi       Tarix: 24 sentyabr 2022
f Paylaş

Oxşar xəbərlər

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə

Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir

Siyasi şərhçi: "10 noyabr" Bəyanatının icrasında ciddi problemlər qalırdı

"İkinci Qarabağ müharibəsi nəticəsində  imzalanan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan sonra Ermənistanın atdığı addımlar göstərirdi ki, razılaşmaların icrası ilə bağlı ciddi problemlər qalır. Bəyanatı

Prezidentdən "AzerGold"la bağlı - Sərəncam

"AzerGold" QSC-nin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli 2515 nömrəli Sərəncamında dəyişiklik edilib. Bununla bağlı Preziden

Zelenski BMT tribunasından Rusiyanı HƏDƏLƏDİ

Ukrayna Prezidenti Volodimir Zelenski Nyu-Yorkda BMT Baş Assambleyasındakı çıxışı zamanı xəbərdarlıq edib ki, Rusiyanın Ukraynanın enerji infrastrukturuna zərbələrini davam etdirməsi Rusiyanın enerji obyektlərinə cavab hücumlar

Sentyabr ayında mediada ən aktiv deputatlar kimlər olub? - SİYAHI

Sentyabr ayı üzrə təhlillərə əsasən mediada ən aktiv olan deputatlar açıqlanıb. xəbər verir ki, "Mediatrends.ai" platformasının "Media indeksi" göstəricilərinə əsasən, siyahıya 26,06 faizlə deputat Naqi

İmzalanmış sənədlər Prezidentin iştirakı ilə mübadilə edildi - FOTOLAR

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlərin sentyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə mübadiləsi mərasimi olub. xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məluma

Ermənistan-Azərbaycan sərhədi ilə bağlı MÜHÜM AÇIQLAMA

Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası üzrə işlər tezliklə bərpa olunacaq. KONKRET.azxəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan bildirib. O, işlərin nə vaxt başlayacağını dəqiqləşdirməyib

Abbas Əraqçi Ceyhun Bayramovla görüşdü

İranın xarici işlər naziri Abbas Əraqçi azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşüb. xəbər verir ki, A. Əraqçi bu barədə özünün "Telegram" kanalında məlumat yayıb. Görüş Birləşmiş Millətlər Təşkilatı (BMT) Ba

Zelenski: Qış sizin üçün də ağır olacaq

Ukrayna Prezidenti Volodimir Zelenski qarşıdakı qışın həm Ukrayna, həm də Rusiya üçün çətin keçəcəyini bildirib. xəbər verir ki, Zelenski ABŞ-ın Nyu-York şəhərində BMT Baş Assambleyasının 81-ci sessiyasının ikinci iclasınd


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən görüntülər ən son xəbərlər bugün son xəbər cəbhədən son durum