Ceyhun Bayramov Almaniya Federal Parlamentinin vitse-prezidenti ilə görüşdü - FOTO

Ceyhun Bayramov Almaniya Federal Parlamentinin vitse-prezidenti ilə görüşdü - FOTOBu gün xarici işlər naziri Ceyhun Bayramov Almaniya Federal Parlamentinin vitse-prezidenti Katrin Görinq-Ekart ilə görüşüb.
Bu barədə KONKRET.az-a XİN-dən bildirilib.
Nazir Ceyhun Bayramov, bu il diplomatik münasibətlərin 30 illiyinin qeyd olunduğu Almaniya ilə ikitərəfli münasibətlərin, habelə Parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdıraraq, cari ilin mart ayında Almaniyaya səfərini və keçirilmiş görüşləri məmnunluqla xatırlayıb.
Görüş zamanı, ikitərəfli və regional, habelə Ukrayna və onun ətrafında vəziyyət, enerji təhlükəsizliyi ilə bağlı məsələlər barədə fikir mübadiləsi aparılıb. Azərbaycanın enerji təhlükəsizliyi, enerji resurslarının Avropaya ixracı və alternativ enerji resurslarının inkişaf etdirilməsi sahəsində həyata keçirdiyi işlər və perspektivlər müzakirə olunub.
Görüşdə, həmçinin 44 günlük Vətən müharibəsində Azərbaycanın qələbəsindən sonra cari regional vəziyyət, sülh quruculuğu səyləri, işğaldan azad edilmiş ərazilərdə yenidənqurma işləri, eləcə də işğaldan azad edilmiş ərazilərdə "yaşıl enerji" layihələri barədə qarşı tərəfə məlumat verilib.
Daha sonra, Azərbaycanla Almaniya arasında humanitar və mədəniyyət sahəsində əməkdaşlıq, habelə digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Siyasi       Tarix: 18 iyul 2022
f Paylaş

Oxşar xəbərlər

Prezident əfv Sərəncamı imzaladı

Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş bəzi şəxslər cəzanın çəkilməmiş hissəsindən azad ediliblər. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmi

İmzalanmış sənədlər Prezidentin iştirakı ilə mübadilə edildi - FOTOLAR

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlərin sentyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə mübadiləsi mərasimi olub. xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məluma

Ceyhun Bayramov İƏT toplantısında çıxış edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Koordinasiya Toplantısında çıxış edib. xəbər verir ki, bu barədə XİN-in "X" hesabında bildirilib. Nazir İƏT-in yeni Baş katib

İlham Əliyev bu şirkətlərin rəhbər şəxslərini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Çinin "01.AI" və "Sinovation Ventures" şirkətlərinin baş icraçı direktoru Kei-Fu Lini, İtaliyanın "TEHA Group" şirkətinin Beynəlxal

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qloba

Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye nazirini qəbul edib

Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 26-da Suriya Ərəb Respublikasının iqtisadiyyat və sənaye naziri Məhəmməd Əl Şaar ilə görüşüb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat verilib. Bildirilib ki, görüşd

2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək

Azərbaycan Respublikasının 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2027-ci il və sonrakı üç il üzrə iqtisadi və sosia

Ermənilər Kərkinin Azərbaycana qaytarılmasının əleyhinə çıxdı – 59 faiz "yox" deyir

Ermənistanda keçirilən sorğu zamanı respondentlərin əksəriyyəti Azərbaycanın Sədərək rayonunun 1990-cı ilin yanvarında işğal olunan Kərki (ermənilər "Tiqranashen" adlandırır-red.) kəndini "erməni yaşayış məntəqəsi"

ABŞ məhkəməsi Tramp administrasiyasını jurnalistləri Ağ Evə buraxmağa məcbur etdi

ABŞ-da məhkəmə Donald Tramp administrasiyasına jurnalistlərin Ağ Evə girişinə yenidən icazə verməyi tapşırıb. Hakim Timoti Kelli administrasiyanın CNN, MS NOW və "Politico" nəşrinin jurnalistlərini Ağ Evə buraxmama


yeni xeberler azerbaycan xeberleri son xeberler sonxabar az xeberlər idman xeberleri son xeberler azerbaycan