Ceyhun Bayramov Avropa İttifaqının Azərbaycandakı nümayəndəsini qəbul edib - FOTO

Ceyhun Bayramov Avropa İttifaqının Azərbaycandakı nümayəndəsini qəbul edib - FOTOCeyhun Bayramov Avropa İttifaqının Azərbaycandakı nümayəndəsini qəbul edib - FOTO
Avqustun 6-da Xarici İşlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Kestutis Yankauskası qəbul edib.
XİN-dən Oxu.Az-a verilən məlumata görə, nazir Ceyhun Bayramov Avropa İttifaqı (Aİ) ilə qarşılıqlı faydalı tərəfdaşlıq münasibətlərin Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyini bildirib.
O, Aİ-nin Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə dəstəklə bağlı birmənalı mövqeyini məmnuniyyətlə vurğulayıb.
Tərəflər Aİ – Azərbaycan əməkdaşlıq gündəliyində duran bir sıra məsələlər, o cümlədən enerji sahəsində strateji tərəfdaşlıq, nəqliyyat layihələri, pandemiya ilə mübarizədə həmrəylik və əməkdaşlıq, ikitərəfli münasibətlərin hüquqi əsasını təşkil edəcək yeni hərtərəfli saziş üzrə danışıqların davam etdirilməsi və digər məsələlər üzrə fikir mübadiləsi aparıblar.
Nazir bu ilin 12 iyul tarixində Azərbaycan – Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələri tərəfindən törədilən hərbi təxribat, Ermənistanın nail olmadığı məqsədləri və bölgədəki gərginliyin kökündə duran Ermənistanın təcavüzkar siyasəti barədə qarşı tərəfi məlumatlandırıb.
Azərbaycanın münaqişənin danışıqlar yolu ilə həllinə sadiq olduğunu, lakin danışıqların imitasiya yox, real və mahiyyət üzrə aparılmalı olduğu vurğulanıb. İşğalçı ölkə Ermənistanla, işğala məruz qalan Azərbaycana eyni yanaşmanın nümayiş etdirilməsinin qəbuledilməz olduğunu bildirən Nazir, BMT TŞ qətnamələrinin də tələb etdiyi kimi, işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının və azərbaycanlı məcburi köçkünlərin öz evlərinə geri qayıtmasının zəruriliyini vurğulayıb.
Aİ nümayəndəsi sərhəddə baş vermiş gərginliklə bağlı Avropa Xarici Fəaliyyət Xidmətinin sözçüsünun bəyanatına istinad edib və bölgədə gərginliyin artmasına səbəb olacaq addımlardan çəkinməyə çağırdıqlarını qeyd edib. O, Aİ-nin xüsusi nümayəndəsinin də vəziyyəti yaxından izlədiyini və İttifaqın bölgədə sülh və təhlükəsizliyin təmin olunmasında maraqlı olduğunu vurğulayıb.
Tərəflər arasında, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Ceyhun Bayramov Avropa İttifaqının Azərbaycandakı nümayəndəsini qəbul edib - FOTOCeyhun Bayramov Avropa İttifaqının Azərbaycandakı nümayəndəsini qəbul edib - FOTOCeyhun Bayramov Avropa İttifaqının Azərbaycandakı nümayəndəsini qəbul edib - FOTO

Siyasi       Tarix: 06 avqust 2020
f Paylaş

Oxşar xəbərlər

ABŞ İrana zərbə endirsə, nələr baş verəcək? – Politoloqdan açıqlama

ABŞ Prezidenti Donald Trampın İranın infrastrukturuna zərbə endirməklə bağlı təhdidləri gerçəkləşərsə, İran Silahlı Qüvvələri bölgədəki ABŞ hədəflərinə zərbələr endirəcək. Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpus

Baş nazir Qətərin Azərbaycandakı səfirliyində olub, başsağlığı verdi

Bu gün Baş nazir Əli Əsədov Qətər Dövlətinin ölkəmizdəki səfirliyində olub. Bu barədə -a Nazirlər Kabinetindən xəbər verilib. Əli Əsədov Qətər Dövlətinin görkəmli dövlət xadimi, Ata Əmir Əlahəzrət Şeyx Həməd bin Xəlifə A

Hərbi əməliyyatlar aparılan ərazilərdə işləməyin - Rəsmi Bakı

Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, müxtəlif silahlı münaqişə bölgələrində və yüksək riskli ərazilərdə Azərbaycan vətəndaşlarının fəaliyyət göstərməsi, habelə onların həlak olması və ya müxtəlif dərəcəli bədən xəsarətlər

Kəmaləddin Heydərov Slovakiyanın daxili işlər naziri ilə bir arada - Fotolar

İyulun 14-də Şuşa şəhərində fövqəladə hallar naziri general-polkovnik Kəmalədin Heydərov Slovakiya Prezidenti Peter Pelleqrininin rəsmi səfəri çərçivəsində nümayəndə heyətinin tərkibində Azərbaycana gələn Slovakiyanın daxil

Bayramovla Lavrov arasında görüş keçiriləcək

Moskvada Azərbaycan və Rusiya xarici işlər nazirləri arasında görüş keçiriləcək. xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. Onun sözlərinə görə, Azərbaycan xaric

ABŞ İrana qarşı yeni hücum dalgasına başladı

ABŞ qüvvələri İrandakı hədəflərə qarşı gün ərzində ikinci dəfə hava əməliyyatına başlayıb. ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) yaydığı bəyanatda bildirilir ki, hücumlar yerli vaxtla saat 15:00-da start götürüb. KONKRET.azxəbə

Ceyhun Bayramov Moskvaya gedir

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyulun 16-17-də Rusiyaya səfər edəcək. Bu barədə Rusiya mediası ölkənin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarovaya istinadən məlumat yayıb. Onun sözlərin

Məzuniyyətə çıxmayanların nəzərinə - Həkim xəbərdarlıq etdi

Həddindən artıq işləmək və istirahətə vaxt ayırmamaq təkcə psixoloji deyil, fiziki sağlamlıq üçün də ciddi təhlükə yaradır. Təcili tibbi yardım həkimi və tibbi bloqer Dmitri Molodoy hesab edir ki, işkoliklik bəzi hallard

Fələstin dövlətinin Baş naziri Fəxri xiyabanı ziyarət etdi

Fələstin Dövlətinin Baş naziri Məhəmməd Mustafa iyulun 16-da Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib. KONKRET.azxəbə


yeni xeberler azerbaycan xeberleri son xeberler cebheden xeber cəbhədən şad xəbər hava proqnozu bu gunun xeberleri haqqinda melumat