Ceyhun Bayramov: "Azərbaycan-Aİ münasibətləri bərabərhüquqlu əsasda inkişaf edir

Ceyhun Bayramov: Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Avropa İttifaqının (Aİ) qonşuluq və genişlənmə üzrə Komissarı Oliver Varhelyi arasında görüş baş tutub.
azxeber.com xəbər verir ki, görüşdə Ceyhun Bayramov Azərbaycan və Aİ arasında münasibətlərin bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf etdiyini bildirib. Aİ Komissarlarının iştirak etdiyi Cənub Qaz Dəhlizi Məşvərət Şurası VIII toplantısının uğurla keçirildiyinə istinad edən Ceyhun Bayramov, enerji sahəsində Aİ ilə strateji tərəfdaşlığın inkişafını məmnunluqla vurğulayıb.
Nazir bölgədə mövcud olan cari vəziyyət, Ermənistan ilə münasibətlərin normallaşması və delimitasiya prosesi, eləcə də mina təhlükəsi kimi məsələlər barədə qarşı tərəfə məlumat verib. O, həmçinin bölgədə həyata keçirilən bərpa və yenidən qurma işləri və bu xüsusda, Aİ-nin mümkün rolundan danışıb.
Komissar Oliver Varhelyi Aİ üçün Azərbaycan ilə tərəfdaşlıq münasibətlərinin böyük əhəmiyyət kəsb etdiyini və bu münasibətlərin daha da gücləndirilməsinin vacib olduğunu qeyd edib. O, Azərbaycanı Aİ-nin etibarlı tərəfdaşı olduğunu vurğulayıb. Komissar, iqtisadi sərmayə planı çərçivəsində Azərbaycana 2 milyard avroluq maliyyə paketinin ayrıldığını bildirib və bu çərçivədə konkret layihələrin reallaşmasının nəzərdən keçirildiyini qeyd edib. O.Varhelyi, habelə Aİ-nin Azərbaycanda həyata keçirilən bərpa və yenidənqurma prosesində iştirak etməyə hazır olduğunu ifadə edib.
Tərəflər, regional təhlükəsizlik, enerji tərəfdaşlığı, iqtisadi əlaqələr, həmçinin nəqliyyat və bağlantılar, sektoral əməkdaşlıq, habelə qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın həyata keçirilməsi üzrə fikir mübadiləsi aparıblar.
Görüşdə Azərbaycan və Aİ arasında münasibətlərin hüquqi əsasını təşkil edəcək yeni saziş üzrə danışıqların tamamlanmasının əhəmiyyəti qarşılıqlı şəkildə ifadə edilib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb

Siyasi       Tarix: 06 fevral 2022
f Paylaş

Oxşar xəbərlər

Bu gün Azərbaycan-ABŞ münasibətləri çox əladır - Prezident

ABŞ ilə Azərbaycan arasındakı münasibətlərə gəldikdə, bu münasibətlər çox əladır, hətta deyərdim ki, strateji tərəfdaşlıq səviyyəsinə qaldırılıb. xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunu

Pakistan və Qətər hərəkətə keçdi: ABŞ-la İranı

Pakistan ilə Qətər ABŞ və İranı danışıqlar masasına qaytarmaq üzərində işləyir. xəbər verir ki, bu barədə mənbələrə istinadən CNN məlumat yayıb. Xatırladaq ki, iyulun 8-nə keçən gecə ABŞ-ın İrana hücumları bərpa olunub. AB

Baqrat Qalstanyan Paşinyanı məhkəməyə verdi – erməni jurnalistdən sərt ittihamlar

Ermənistan Apostol Kilsəsinin arxiyepiskopu Baqrat Qalstanyan Baş nazir Nikol Paşinyan barəsində məhkəməyə müraciət edib. Datalex məhkəmə informasiya sistemində yerləşdirilən məlumata görə, arxiyepiskop baş nazirin iyunu

Ankara Zirvəsi ilə bağlı sensasion detallar: NATO Rusiyaya qarşı yeni strategiya hazırlayır?

"Ankara Zirvəsi NATO üçün adi toplantı deyil, alyansın yeni təhlükəsizlik arxitekturasını müəyyənləşdirəcək platformadır. Çünki gündəmdə təkcə Ukraynaya dəstək yox, həm də müdafiə xərclərinin artırılması, Avropanın dah

İlham Əliyev: Bizi istəməyən qüvvələrlə mübarizəmiz daimi olacaq

Prezident İlham Əliyev Azərbaycanı istəməyən qüvvələrin heç vaxt əl çəkməyəcəyini deyib və bu mübarizənin daimi olacağını bəyan edib. Şuşada "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidə

Ankarada tarixi NATO sammiti: Türkiyənin rolu daha da artır

Ankarada NATO-ya üzv ölkələrin dövlət və hökumət başçılarının iştirakı ilə Alyansın 36-cı Zirvə Toplantısı keçirilir. İki gün davam edəcək sammitdə kollektiv müdafiənin gücləndirilməsi, müdafiə xərclərinin artırılması, Ukraynay

Trampın Ankarada təhlükəsizliyi üçün bu tədbirlər görüldü - Fotolar

ABŞ Prezidenti Donald Trampın NATO sammitində iştirak etmək üçün Ankaraya səfəri ilə bağlı yüksək təhlükəsizlik tədbirləri görülüb. KONKRET.azTürkiyə mətbuatına istinadən xəbər verir ki, dövlət başçısının qalacağı hotel onu

Yunan nəşri: İsrail ermənilərə görə geri çəkildi, Azərbaycan

İsrail hökuməti 1915-ci il hadisələrinin qondarma "erməni soyqırımı" kimi tanınmasına dair təşəbbüsün irəlilədilməsini dayandırıb. xəbər verir ki, Yunanıstanın ProtoThema nəşri bu qərarın Azərbaycanla münasibətlər

Türk bölgəsini ayağa qaldıran qadağa: Rusiya və türk ölkələri hərəkətə keçə bilər

Moldova Konstitusiya Məhkəməsi Qaqauziyanın seçkilər təşkil etmək və təhlükəsizlik qurumlarının yüksək vəzifəli rəhbərlərini təyin etmək səlahiyyətlərini ləğv edib. Məhkəmə Qaqauziyanın xüsusi hüquqi statusunu tənzimləyə


yeni xeberler azerbaycan xeberleri son xeberler axsam.az xeberler gunun xeberleri hava haqqinda cəbhədən xəbər