Ceyhun Bayramov: 'Azərbaycan BMT ilə əməkdaşlığa əhəmiyyət verir
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İnkişaf Proqramının Azərbaycanda rezident nümayəndəsi Alessandro Frakassettini ölkəmizdəki fəaliyyət müddətinin başa çatması münasibətilə qəbul edib.
Bu barədə Azxeber.com-a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Nazir Ceyhun Bayramov rezident əlaqələndiricinin Azərbaycandakı uğurlu fəaliyyətini qeyd edərək, bu xüsusda Alessandro Frakassettiyə təşəkkürünü bildirib.
Ölkəmizin BMT və onun ixtisaslaşmış qurumları ilə əməkdaşlığa əhəmiyyət verdiyini söyləyən nazir Ceyhun Bayramov BMT-nin İnkişaf Proqramı ilə əlaqələrimizi xüsusilə vurğulayıb.
Alessandro Frakassettinin fəaliyyəti müddətində bir sıra sahələrdə, xüsusilədə dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsi ilə bağlı görülən işləri məmnunluqla qeyd edən nazir, gələcəkdə bu əməkdaşlığın daha da genişləndirilməsi imkanlarının olduğunu bildirib.
Alessandro Frakassetti, öz növbəsində fəaliyyəti müddətində ona göstərilən diqqətə görə təşəkkürünü bildirərək, hökümət tərəfindən BMTİP-in mandatına verilən dəstəyi yüksək qiymətləndirib. 1992-ci ildən etibarən Azərbaycanda fəaliyyət göstərən BMTİP-in bu müddət ərzində bir sıra sahələrdə, o cümlədən həssas qrupların dəstəklənməsi, peşə təhsili, iqlim dəyişikliyi, yaşıl iqtisadiyyat, kəndlərin inkişafı, gənclərin işlə təyin olunması və s. proqramların uğurla həyata keçirildiyini qeyd edib. BMTİP-in həmçinin münaqişə sonrası minadan təmizləmə fəaliyyətinə də dəstək verdiyi qeyd olunub.
BMTİP proqramının növbəti rezident əlaqələndiricisiylə əməkdaşlığın yüksək səviyyədə davam edəcəyinə əminlik ifadə edən nazir Ceyhun Bayramov A.Frakassettiyə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Seymur Cəfərov vəfat etdi
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir
Prezident ona general rütbəsi verdi
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı