Ceyhun Bayramov: "Azərbaycan sülh yolu ilə həllin tərəfdarı idi, ancaq Ermənistan...

Ceyhun Bayramov: "Azərbaycan sülh yolu ilə həllin tərəfdarı idi, ancaq Ermənistan...Ceyhun Bayramov: "Azərbaycan sülh yolu ilə həllin tərəfdarı idi, ancaq Ermənistan..."
İsrailin aparıcı mətbu orqanlarından olan, ingilis və ivrit dillərində dərc olunan "İsrael HaYom" qəzetində Xarici İşlər naziri Ceyhun Bayramovun müsahibəsi dərc edilib.
Bununla bağlı Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Xarici İşlər naziri Ceyhun Bayramov qəzetin bölgədəki son vəziyyət, Ermənistan-Azərbaycan münaqişəsinin həlli, eləcə də, Azərbaycan-İsrail ikitərəfli münasibətləri, Azərbaycanda mövcud olan tolerantlıq mühiti və yəhudilərin ölkədə əsrlərlə sülh şəraitində yaşaması ilə bağlı suallarını cavablandırıb.
Ceyhun Bayramov Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyi, Ermənistanın uzun illər davam edən işğalçı siyasəti və danışıqlar prosesində nümayiş etdirdiyi destruktiv mövqeyindən bəhs edib.
O, Azərbaycanın hər zaman münaqişənin sülh yolu ilə həll edilməsinin tərəfdarı olduğunu, lakin Ermənistan rəhbərliyinin məsuliyyətsiz və təxribat xarakterli bəyanatları, həmçinin, danışıqlar prosesində tutduğu destruktiv mövqeyinin bölgədəki son gərginliyə gətirib çıxardığını bildirib.
Nazir Azərbaycanın ərazi bütövlüyünün heç bir zaman danışıqlar predmeti olmadığını vurğulayıb.      
Nazir Ceyhun Bayramov Yaxın Şərq sülh prosesində inkişafın Azərbaycan tərəfindən diqqətlə izlənildiyini bildirib. O, Yaxın Şərqdə sülh və təhlükəsizliyin bərqərar olunmasına ölkəmizin həmişə dəstək göstərdiyini və "İbrahim razılaşmaları"nın bütün bölgənin inkişafına və rifahına töhfə verəcəyinə inandığını qeyd edib. Nazir, habelə ikitərəfli münasibətlərdən bəhs edərək, ölkələrimiz arasında bir çox sahələrdə, xüsusilə kənd təsərrüfatı və turizm sahələrində əməkdaşlığın geniş perspektivlərinin mövcud olduğunu vurğulayıb.  
Nazir Ceyhun Bayramov müsahibəsində Azərbaycanda yəhudilərin azərbaycanlılarla birgə əsrlər boyu yaşadıqlarını qeyd edib və bu gözəl ənənənin bu gündə davam etdiyini qürur hissi ilə vurğulayıb. Həmçinin Azərbaycanda yaşayan yəhudi icmasının Azərbaycan-İsrail münasibətlərinə verdiyi töhfəni yüksək qiymətləndirdiyini qeyd edib və bunun münasibətlərin inkişafında aparıcı rol oynadığını bildirib. /oxu.az

Siyasi       Tarix: 11 noyabr 2020
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Kalininqrad böhranı: Rusiya NATO ilə müharibəyə girə bilər? – POLİTOLOQDAN AÇIQLAMA

Rusiyanın Kalininqrad vilayəti ilə bağlı NATO ölkələrini "təxribat xarakterli addımlar" atmaqda ittiham etməsi və birbaşa silahlı toqquşma riskinin artdığını açıqlaması Rusiya–NATO münasibətlərində gərginliyin yenidə

Prezident və xanımı Bakıda sərgidə

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxal

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi

Türkiyədən Rusiyaya dost ölkəyə S-400-lərin köçürülməsi ehtimalı gündəmdədir. KONKRET.azapa-ya istinadən xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, bu istiqamətdə müvafiq işlə

Putin Kasparovu öldürmək istəyir

Rusiya hakimiyyəti ABŞ-da Harri Kasparov və İlya Ponomaryovu öldürməyə hazırlaşıb. KONKRET.azxəbər verir ki, bu barədə İspaniyanın El Mundo qəzeti yazıb. Qəzetin məlumatına görə, Rusiya tərəfi ABŞ-da Free Russia Forum təşkilatını

Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR

27 Sentyabr – Anım Günü ilə əlaqədar Baş nazir Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova, digər dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar. Dövlə

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik

27 Sentyabr – Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiram, rəhmət və minnətdarlıqla yad edirik. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin paylaşımınd

Prezident "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026" 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisini

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti


yeni xeberler azerbaycan xeberleri son xeberler şou biznes xəbərləri zelzele bugünki xəbərlər xeber.az bu gun