Ceyhun Bayramov Beynəlxalq Türk Akademiyasının rəhbəri ilə görüşdü
18 iyun 2022-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Türk Akademiyasının rəhbəri Darhan Kıdırali ilə görüşüb.
Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən KONKRET.az-a verilən xəbərə görə, nazir Ceyhun Bayramov Beynəlxalq Türk Akademiyasının fəaliyyətini yüksək dəyərləndirib və Azərbaycanın Akademiyanın işinə verdiyi töhfəni qeyd edib.
Türk xalqlarının ortaq tarixi və coğrafiyası ilə bağlı dərsliklərin hazırlanması, habelə Elmi Şuraların fəaliyyəti məmnunluqla qeyd edilib. Nazir, Akademiyanın fəaliyyətinə şəxsən D.Kıdırali tərəfindən verilən töhfənin yüksək qiymətləndirildiyini bildirib.
Dalhan Kıdırali Azərbaycana səfəri çərçivəsində Bakı Qlobal Forumunda iştirakını, Şuşa şəhərinə səfərini məmnunluqla qeyd edib. O, Beynəlxalq Türk Akademiyasının Azərbaycanla bağlı bir sıra layihələrinin olduğunu, o cümlədən Şuşanın 2023-cü il Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi ilə bağlı layihələrin nəzərdə tutulduğunu səsləndirib. Azərbaycanın Akademiyanı hər zaman dəstəklədiyini söyləyən D. Kıdırali, bu dəstəyin gələcəkdə Akademiyanın fəaliyyətinin daha da yüksəlməsinə xidmət edəcəyindən əminliyini ifadə edib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?