Ceyhun Bayramov BQXK-nin Azərbaycan nümayəndəliyinin rəhbəri ilə görüşdü

Ceyhun Bayramov BQXK-nin Azərbaycan nümayəndəliyinin rəhbəri ilə görüşdüXarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin rəhbəri Arian Baueri Azərbaycandakı fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
azxeber.com XİN-in yaydığı məlumata istinadən xəbər verir ki, Ceyhun Bayramov BQXK-nın ölkəmizdəki həyata keçirdiyi layihələrinin əhəmiyyətini qeyd edərək, bu xüsusda Arian Bauerin fəaliyyətini məmnunluqla vurğulayıb. O, Arian Bauerin ölkəmiz üçün xüsusi önəmli bir dövrdə, Vətən müharibəsi dövründə fəaliyyət göstərdiyini qeyd edərək ona postmünaqişə mərhələsində Azərbaycandakı səmərəli fəaliyyətinə görə təşəkkür edib və gələcək səylərində uğurlar arzu edib.
Ceyhun Bayramov, eyni zamanda BQXK-ın Azərbaycan nümayəndəliyinin yeni rəhbəri Draqana Koyiçə gələcək işlərində uğurlar arzulayıb. Nazir yeni nümayəndəyə bölgədə hazırda mövcud olan vəziyyət, münaqişə sonrasında mina təhlükəsinin doğurduğu acı fəsadlar, hələ birinci Qarabağ müharibəsindən itkin düşmüş 4 000-ə yaxın soydaşımızın taleyinin naməlum qaldığı və digər məsələlər barədə məlumat verib. O, bölgədə sülh və tərəqqinin təmin olunmasında Azərbaycanın qətiyyətli olduğunu diqqətə çatdırıb.
Arian Bauer fəaliyyəti müddətində ona göstərilmiş siyasi dəstəyə görə minnətdarlığını ifadə edib və BQXK ölkəmizdə bir çox istiqamətlərdə həyata keçirdiyi fəaliyyəti barədə məlumat verib.
Öz növbəsində Draqana Koyiç ölkəmizdə çalışacağı müddətdə BQXK-nın Azərbaycandakı fəaliyyətinin uğurla davam etdirilməsi üçün səylərini əsirgəməyəcəyini qeyd edib.
Tərəflər Azərbaycan ilə BQXK arasında qarşılıqlı etimad doğuran münasibətlərin və açıq dialoqun gələcəkdə də davam etdiriləcəyinə əminlik ifadə ediblər.

Siyasi       Tarix: 25 iyun 2022
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti, Baş naziri və Dubay Hakimi Şeyx Məhəmməd bin Rəşid Al Məktuma başsağlığı məktubu ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Əlahəzrət,

Vətən müharibəsindən suverenliyə: Qarabağda tarixi dönüşün əsas mərhələlər

"27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarından sonra başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın təxminən 30 il işğal altında qalmış ərazilərinin böyük hissəsinin aza

Prezident icra başçısını vəzifəsindən azad etdi

Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb

İlham Əliyev Qazaxıstan Prezidentinə BAŞSAĞLIĞI VERDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib. xəbər verir ki, başsağlığı mətnində deyilir:. "Hörmətli Kasım-Jomart Kemeleviç,. Manqistau vilayətində keçirilən hərb

Tixanovskaya: ABŞ Lukaşenkonun hökuməti ilə ticarət etməməlidir

ABŞ Belarus Prezidenti Aleksandr Lukaşenkonun hökuməti ilə ticarət etməməlidir. xəbər verir ki, bunu Belarusun demokratik qüvvələrinin lideri Svetlana Tixanovskaya BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən iclası çərçivəsind

27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı

Ermənilərin xalqımıza qarşı düşmənçilik siyasəti 200 ildən artıq bir zaman kəsiyində – çar Rusiyası zamanı əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər davam edir. Məskunlaşdıqları il

Prezidentdən "AzerGold"la bağlı - Sərəncam

"AzerGold" QSC-nin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli 2515 nömrəli Sərəncamında dəyişiklik edilib. Bununla bağlı Preziden

Moskva itirir - Azərbaycan isə real güc əldə edir - Yeni xəritə

ABŞ və Ermənistan TRIPP layihəsinin praktiki reallaşdırılması üçün yeni institusional mexanizmlərin formalaşdırılmasını sürətləndirir. Layihə çərçivəsində yaradılacaq TRIPP Development Company şirkətində amerikan tərəfi

Prezident əfv Sərəncamı imzaladı

Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş bəzi şəxslər cəzanın çəkilməmiş hissəsindən azad ediliblər. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmi


son xeberler azerbaycan xeberleri yeni xeberler xeber.az 2026 bugünkü son xəbərlər bugunun xeberleri cəbhədən son məlumat