Ceyhun Bayramov Çinin Azərbaycandakı səfirini qəbul edib - FOTO

Ceyhun Bayramov Çinin Azərbaycandakı səfirini qəbul edib - FOTOCeyhun Bayramov Çinin Azərbaycandakı səfirini qəbul edib - FOTO
19 avqust 2020-ci il tarixində Xarici İşlər naziri Ceyhun Bayramov Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı səfiri xanım Qo Mini qəbul edib.
XİN-dən Oxu.Az-a verilən məlumata görə, Ceyhun Bayramov Azərbaycan və Çin arasında qarşılıqlı anlaşma və etimada əsaslanan ən yüksək səviyyəli siyasi dialoqun mövcud olduğunu qeyd edib. Ölkələr arasında qarşılıqlı əməkdaşlıq əlaqələrindən bəhs edən Nazir, Azərbaycan və Çin arasında əlaqələrin siyasi, iqtisadi-ticarət, humanitar, səhiyyə və təhsil sahələrində inkişafından məmnunluq ifadə edib.
Səfir Qo Min Çinin Xarici İşlər naziri Vanq Yinin səmimi salamlarını və təbriklərini nazir Ceyhun Bayramovun diqqətinə çatdırıb.
Görüşdə tərəflər ikitərəfli və çoxtərəfli formatlarda, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi üzrə fikir mübadiləsi aparıblar.
Ölkə rəhbərləri səviyyəsində səfərlərin iki ölkə arasında əlaqələrin inkişafına təkan verdiyi qeyd olunub.
Tərəflərin dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmətlə bağlı prinsipial mövqeyi vurğulanıb.
Ermənistan - Azərbaycan Dağlıq-Qarabağ münaqişəsi barədə qarşı tərəfə məlumat verən Nazir, xüsusilə cari ilin 12 iyul tarixində Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələri tərəfindən əvvəlcədən planlaşdırılan təxribat barədə danışıb. Ermənistanın bu növbəti təxribatının ölkənin hərbi-siyasi məqsədlərinə xidmət etdiyini və münaqişənin həlli üzrə substantiv danışıqlara mane olmaq məqsədi güddüyünü bildirib.
Görüş zamanı səfir, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə hörmət ifadə olunması ilə bağlı Çinin qəti mövqeyini diqqətə çatdırıb.
Xanım səfir Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycanın fəaliyyətini, xüsusilə pandemiya ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti tərəfindən irəli sürülmüş bir sıra qlobal təşəbbüslərin Çin tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.
Tərəflər, habelə qlobal səviyyədə COVİD-19 pandemiyası ilə mübarizə aparıldığı bir dövrdə beynəlxalq əməkdaşlıq və həmrəyliyin əhəmiyyətini qeyd ediblər. Çin tərəfindən göstərilən texniki dəstəyi vurğulayan Nazir, bunun Azərbaycan və Çin xalqları arasında dostluq ənənələrinə sadiq qaldığının bariz nümunəsi olduğunu qeyd edib və bu çətin günlərdə göstərilən dəstəyə və həmrəyliyə görə minnətdarlıq bildirib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər üzrə müzakirələr aparılıb.
Ceyhun Bayramov Çinin Azərbaycandakı səfirini qəbul edib - FOTOCeyhun Bayramov Çinin Azərbaycandakı səfirini qəbul edib - FOTOCeyhun Bayramov Çinin Azərbaycandakı səfirini qəbul edib - FOTO

Siyasi       Tarix: 20 avqust 2020
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda

İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian"

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

Netanyahu onlardan milyonluq təzminat tələb edir

İsrailin baş naziri Benyamin Netanyahu bir neçə yerli KİV və tanınmış jurnalistlərə qarşı məhkəmə iddiası qaldırıb. xəbər verir ki, bu barədə "Likud" partiyası məlumat yayıb. İskə səbəb həmin media qurumlarını

Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir

"Azərbaycan həmişə beynəlxalq platformalarda fəal iştirak edir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbayca

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."

Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev Rusiya lideri Vladimir Putinin Avropa və bütün dünya üçün ən məqbul rəhbər olduğunu bildirib. KONKRET.azxəbər verir ki, o, bu barədə Almaniya lideri Fridrix Mərtz ilə keçirdiyi mətbua

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi

Türkiyədən Rusiyaya dost ölkəyə S-400-lərin köçürülməsi ehtimalı gündəmdədir. KONKRET.azapa-ya istinadən xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, bu istiqamətdə müvafiq işlə

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Hacıbaba Adil oğlu Babayev bu gün Azərbayca


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberler bugun hava xeber.az bu gun xəbər az