Ceyhun Bayramov: "Ermənistan 10 noyabr bəyanatından irəli gələn öhdəlikləri pozur" - VİDEO

Ceyhun Bayramov: "Ermənistan 10 noyabr bəyanatından irəli gələn öhdəlikləri pozur" - VİDEOCeyhun Bayramov: "Ermənistan 10 noyabr bəyanatından irəli gələn öhdəlikləri pozur" - VİDEO
Xarici işlər naziri Ceyhun Bayramov Avropa Şurası Nazirlər Komitəsinin 131-ci iclasında çıxış edib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, bu ilin 25 yanvar tarixində Azərbaycanın Avropa Şurasına üzvlüyünün 20-ci ildönümü tamam olduğunu bildirən nazir, Avropa Şurasına üzv olduğu müddətdə Azərbaycan bu təşkilat və onun müxtəlif təsisatları ilə təşkilatın bütün istiqamətləri üzrə konstruktiv əməkdaşlığa fəal şəkildə cəlb olunduğu və bu əməkdaşlığın qarşılıqlı hörmət və anlayış əsasında davam etdirilməsində maraqlı olduğunu qeyd edib.
Nazir Ceyhun Bayramov cari ildə Azərbaycanın 1991-ci ildə müstəqilliyinin bərpasının 30-cu ildönümünün qeyd olunduğu və 30 illik müstəqillik dövründə ilk silahlı münaqişəsiz il olduğunu vurğulayıb. 10 noyabr 2020-ci il tarixində Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən imzalanmış üçtərəfli bəyanatın Ermənistan və Azərbaycan arasında 30 ilə yaxın davam edən silahlı münaqişəyə son qoyduğu qeyd edilib. Sözügedən sənədin iki ölkənin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət əsasında Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması üçün lazımı şəraiti yaratdığını iclas iştirakçılarının diqqətinə çatdırılıb.
Eyni zamanda, C.Bayramov hələ də Ermənistan tərəfindən 10 noyabr tarixli bəyanatdan və ümumilikdə, beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərinin pozulmasının şahidi olduğumuzu təəssüf ilə qeyd edib. Bu xüsusda, Ermənistanın hələ də Azərbaycanın işğaldan azad olunmuş ərazilərində yerləşdirilmiş minaların xəritələrini təqdim etməkdən imtina etməsi, eləcə də Ermənistan 1991-1994-cü illər ərzində Azərbaycana qarşı törətdiyi hərbi təcavüz nəticəsində itkin düşmüş 4000-ə yaxın Azərbaycanlının taleyi barədə məlumatı təqdim etməməsinin ciddi narahatlıq kəsb etdiyi vurğulanıb.
Nazir Avropa Şurası da daxil olmaqla, beynəlxalq ictimaiyyəti Ermənistanı revanşıst fəaliyyət və Azərbaycana qarşı olan nifrətdən imtina edərək, davamlı sülh, regional əməkdaşlıq və inkişaf üçün unikal imkandan istifadə etməyə inandırmaqda qətiyyət nümayiş etdirməyə çağırıb.
Ceyhun Bayramov çıxışında Avropa Şurası Nazirlər Komitəsində sədrliyini müvəffəqiyyətlə başa vurması münasibətilə Almaniyanı təbrik edib və gələcək Macarıstan sədrliyinə tam dəstəyimizi ifadə edib.

/oxu.az

Siyasi       Tarix: 21 may 2021
f Paylaş

Oxşar xəbərlər

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi

Türkiyədən Rusiyaya dost ölkəyə S-400-lərin köçürülməsi ehtimalı gündəmdədir. KONKRET.azapa-ya istinadən xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, bu istiqamətdə müvafiq işlə

Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına

Azərbaycan xalqı həm öz qonşularına münasibətdə, həm də ölkə daxilindəki digər etnosların nümayəndələrinə, onların dini etidaqlarına münasibətdə dünyanın ən tolerant xalqlarından biridir. Bizim dövlətimiz də bütün qonşularl

Leyla Əliyeva Kuvakadla müzakirə apardı - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 29-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüb. xəbər verir ki, görüşdə kardinal Cor

Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."

ABŞ rəsmiləri İranın son addımları və bölgədəki vəziyyətlə bağlı sərt bəyanatlar səsləndiriblər. KONKRET.azxəbər verir ki, ABŞ rəhbərliyindən bildirilib ki, iranlılar öz hərəkətlərində səhvə yol verdiklərini anlayırlar. "Onla

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı ölkəmizin beynəlxalq əhəmiyyətli nüfuzl

Prezident "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026" 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisini

Prezidentlə ailəsinin Formula 1-dən - Fotoları

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakı şəhər halqasında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışını izləyiblər. Prezident və ailəsinin yarışdan fotolarını təqdi

Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova

Azərbaycan və Slovakiya arasında münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rolu var. xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyanın Milli Günü münasibətilə keçirilən rəsm


azerbaycan xeberleri yeni xeberler son xeberler kriminal xeberler sonxəbər cəbhədən ən son xəbərlər metbuat