Ceyhun Bayramov: 'Ermənistan Qarabağda Azərbaycan hakimiyyəti ilə erməniəsilli sakinlər arasında dialoqa maneçilik törədir
"Ermənistan Qarabağda Azərbaycanın mərkəzi hakimiyyət orqanları ilə erməniəsilli yerli sakinlər arasında dialoqa maneçilik törədir".
azxeber.com xəbər verir ki, bu barədə Ceyhun Bayramov Macarıstan diplomatik nümayəndəlik rəhbərlərinin konfransında çıxışı zamanı deyib.
Nazir Ermənistanın Azərbaycana qarşı təcavüzü, Vətən müharibəsi, normallaşma gündəliyi barədə konfrans iştirakçılarını məlumatlandırıb.
O, Ermənistanın öhdəliklərə zidd və dövlətlərarası normallaşma üçün əsas maneə olan Azərbaycanın suveren ərazilərində qeyri-qanuni hərbi mövcudluğunu davam etdirməsindən, davamlı hərbi təxribatlar, o cümlədən mina təhlükəsi, daxili işlərimizə daimi müdaxiləsindən, Azərbaycanın mərkəzi hakimiyyət orqanları ilə erməni əsilli yerli sakinlər arasında dialoqa maneçilik törətməsindən, beynəlxalq səviyyədə aparılan genişmiqyaslı qarayaxma kampaniyasından bəhs edib. Macarıstanın istər münaqişə zamanı, istərsə də ondan sonra Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə verdiyi dəstək yüksək qiymətləndirilib.
Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əsilli vətəndaşlarını öz siyasi, sosial, iqtisadi məkanına inteqrasiya etməkdə qətiyyətli olduğu, post-münaqişə dövründə misli görünməmiş bərpa və yenidənqurma işlərinə başladığı bildirilərək, bu kontekstdə işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması prosesində Azərbaycana dəstək verməyə hazır olduqları üçün macar dostlara minnətdarlıq ifadə olunub.

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ