Ceyhun Bayramov Ermənistanın təxribatlarından danışdı

Ceyhun Bayramov Ermənistanın təxribatlarından danışdıBu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Xorvatiyaya rəsmi səfəri çərçivəsində bu ölkənin İnkişaf və Beynəlxalq Əlaqələr İnstitutunun (Institute for Development and International Relations –IRMO) təşkil etdiyi "Cənubi Qafqazda təhlükəsizlik problemləri və Azərbaycan ilə Xorvatiya arasında əməkdaşlıq perspektivləri" mövzusunda dəyirmi masa müzakirələrində iştirak və çıxış edib.
XİN-dən KONKRET.az-a verilən məlumata görə, Xorvatiyada fəaliyyət göstərən akademik dairələr və beyin mərkəzlərinin nümayəndələrinin iştirakı ilə keçirilən dəyirmi masa müzakirələrində Azərbaycan və Xorvatiya arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, habelə regionda mövcud vəziyyət müzakirə olunub.
Müzakirələrdə çıxış edən nazir Ceyhun Bayramov, strateji tərəfdaşlıq xarakteri daşıyan Azərbaycan və Xorvatiya arasında münasibətlərin inkişafında qarşılıqlı təmasların, yüksək səviyyəli səfərlərin və siyasi məsləhətləşmələr mexanizminin müstəsna rol oynadığını bildirib. İki ölkə arasında ikitərəfli, o cümlədən çoxtərəfli əsasda qarşılıqlı faydalı əməkdaşlıq gündəliyinin mövcudluğundan bəhs edən nazir, xüsusilə beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək və həmrəyliyin nümayiş olunmasının təqdirəlayiq olduğunu bildirib.
Azərbaycan və Xorvatiya arasında münasibətlərin müxtəlif sahələr, xüsusilə iqtisadi, enerji təhlükəsizliyi, alternativ enerji, investisiyalar, nəqliyyat, logistika, əczaçılıq, turizm və s. sahələr üzrə inkişafı üçün mövcud potensialdan istifadə olunmasının vacibliyi qeyd olunub.
Nazir Ceyhun Bayramov, həmçinin 44 günlük Vətən müharibəsindən sonra bölgədə mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri, habelə Azərbaycan və Ermənistan arasında normallaşma prosesi barədə tədbir iştirakçılarını ətraflı məlumatlandırıb.
Sülh gündəliyinin irəli aparılmasının qarşısında duran çağırışlar qismində Ermənistanın prosesi ləngidən mövqeyi və təxribatları, ölkəmizin suverenliyi və ərazi bütövlüyünə qarşı addımları, o cümlədən Azərbaycan ərazilərindən erməni silahlı qüvvələrini hələ də tam olaraq çıxarmaması, Qarabağ bölgəsində məskunlaşan erməni sakinlərin cəmiyyətimizə reinteqrasiyası fəaliyyətinə müdaxilələr, mina təhdidinin davam etdirilməsi təxribatları vurğulanıb.
Nazir Ermənistan tərəfinin Laçın yolu ətrafında yaratdığı saxta propaqandanın heç bir əsasının olmadığını, Azərbaycanın ərazisindən keçən yolların paralel olaraq erməni sakinlərin yaşadığı Azərbaycanın Qarabağ bölgəsinə yüklərin daşınması üçün istifadə edilməsinə şərait yaratdığı, buna baxmayaraq, Ermənistanın və onun ərazimizdə yaratdığı qondarma rejimin nümayəndələri tərəfindən prosesə maneçilik törətdiklərini diqqətə çatdırıb. Bölgədə "blokada" və "çətin humanitar vəziyyət" barədə iddiaların siyasi manipulyasiyadan başqa bir şey olmadığını bildirib. Bu çərçivədə, Ermənistanın müharibədən sonrakı iki il yarım ərzində Laçın yolundan sui-istifadə hallarını xatırladıb.
30 ilə yaxın münaqişədən sonra bölgədə sülhün bərqərar edilməsi üçün yaranan tarixi imkanın itirilməməsi üçün beynəlxalq ictimaiyyətin bölgədəki vəziyyəti düzgün qiymətləndirməsinin, habelə Ermənistanın təxribatlarına qarşı adekvat mövqeyin formalaşdırılmasının hər zamankından daha əhəmiyyətli olduğu bildirilib.
Daha sonra müzakirələr sual-cavab sessiyası ilə davam edib.

Siyasi       Tarix: 06 sentyabr 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıc

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c

Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan noyabrın 8-də Xankəndidə təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Euronews' Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş materia

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

Ərdoğan sabah Qarabağa gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məluma

Prezident İlham Əliyev: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Yeni salınan kəndlər, şəhərlər, köçkünlərin doğma torpaqlara qayıtması – yəni biz bu məsələlərlə məşğuluq və deyə bilərəm ki, bütün Azərbaycan xalqı bu fikirlə yaşayır. KONKRET.azxəbər verir ki, bu barədə Prezident İlha


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən canlı butun xeberler ən son xeberler xəbər az