Ceyhun Bayramov gənc diplomatlarla görüşdü
Xarici işlər naziri Ceyhun Bayramov rotasiya qaydasında xarici ezamiyyətə gedən diplomatlarla görüşüb.
XİN-dən Azxeber.com-a verilən məlumata görə, nazir Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlik və konsulluqlarında fəaliyyət göstərəcək diplomatları təyinatları münasibətilə təbrik edib. Nazir, ölkəmiz üçün tarixi bir dönəmdə həyata keçən bu təyinatın, ölkəmizin beynəlxalq müstəvidə layiqli şəkildə təmsilçiliyi baxımından hər bir diplomatın üzərinə böyük məsuliyyət qoyduğunu qeyd edib və bu xüsusda, diplomatlarımızın hərtərəfli hazırlığının vacib olduğunu vurğulayıb.
Nazir Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında, Müzəffər Azərbaycan Ordusunun əldə etdiyi qələbədən sonra bölgədə yaranmış yeni reallıqlar, ölkəmizin xarici siyasətinin bu reallıqlara uyğun olaraq həyata keçirilməsi, Azərbaycanın maraqlarının beynəlxalq müstəvidə təmin olunması, diplomatların təmsilçiliyin vəzifələri və digər mövzular barədə diplomatlara ətraflı məlumat verib.
Diplomatlarla geniş fikir mübadiləsi aparan nazir, onların suallarını cavablandırıb.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Prezident Canni İnfantinonu qəbul etdi
Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Prezident sərəncam imzaladı
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
Bakıda 16 avtobusun hərəkət sxemi müvəqqəti dəyişdirilir
Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir